Əkrəm Əylisli: “Müsəlman dünyası əks fikrə dözümsüzdür”
Yazıçı Əkrəm Əylisli ilə söhbət …
"Putin sadəcə Roma İmperiyasının qürubuna az qalmış ortaya atılan zavallı bir sezardır. O, ancaq yalanın köməyi ilə hakimiyyətdən sallaşıb qala bilib"
Eduard Limonovun Fransanın “Books” jurnalına müsahibəsi.
- Emanuel Karrera (Emmanuel Carrère) sizə həsr etdiyi kitabının sonunda yazır: “Məncə, Putin görkəmli dövlət xadimidir və onun məşhurluğu təkcə hökümətyönümlü KİV-lərin insanların düşüncəsinə təsiri ilə əlaqədar deyil”. Siz belə nəzər nöqtəsi ilə bağlı nə düşünürsünüz?
-Karreranın baxışı xarici müşahidəçinin baxışıdır. Mənim nəzər nöqtəm isə başqa cürdür. Putin hakimiyyətə varis kimi gəlib: o, Yeltsinin sevimlisi idi. 2000-ci ilə qədər onun bir damcı da olsun siyasi işi ya da partiyadaxili mübarizəsi yox idi. Bu vaxta qədər o bir dəfə də olsun seçkilərdə iştirak etməmişdi. Qısacası, o siyasətçi deyildi. O hər şeyi onun bunun əlinə baxıb öyrənib. Daha doğrusu bizim əlimizə baxıb. İndi isə onun səhflərinə görə bütün Rusiya “cavab verməli” olur.
Putinin məşhurluğunu danmıram, amma bu ancaq və ancaq onun dövlət başçısı olması ilə əlaqədardır. Rusiyada prezident elə Allah kimi bir şeydir. Ancaq onun rəhbərlik etdiyi dövlət artıq Yeltsinin tərəfindən dağıdılıb və indi də hissə-hissə sökülüb uçulmaqdadır. Mahiyyətcə indi o rus dövlətinin bu özəyinə qədər sökülüb dağıdılması prosesinə rəhbərlik edir. O mənə Roma İmperiyasının qürubuna az qalmış ortaya atılan zavallı sezarı xatırladır.
- Bəs onda nəyə görə ümumi rəy sorğusuna görə, rusların böyük əksəriyyəti Putini dəstəkləyir?
- Rusiyada aparılmış sorğulara və bu qəbildən başqa ictimai rəyi öyrənməyə yönəlmiş araşdırmalara bel bağlamaq olmaz. Bizdə seçkiləri saxtalaşdırdıqları kimi, rəy sorğularını da asanlıqla saxtalaşdırırlar. Ayıq insanlar üçün artıq həyasızca saxtalaşdırılımış elə sorğular mənasız şeyə çevrilib
- Belə çıxır ki, həqiqətən hakimiyyətyönümlü KİV-lər rusların beynini yuyur?
- “Rusiyalılar” çoxlu sayda cürbəcür qruplardan ibarətdir. Ölkə heç də eyni tipli və eyni şeyi düşünən bir dəniz dolusu kəllədən ibarət deyil. Bu gün varlılar Putindən qorxur (Xodorkovskini ilişdirəndən sonra), kasıblar ondan üz döndərib (2005-ci ildə sosial imtiyazları birdəfəlik kompensasiyalarla ləğv etdikdən sonra), ziyalıların isə ondan zəhləsi gedir, çünki o siyasi etikanı heçə sayır və bütün azadlıqları minimuma endirib. Belə olan halda əlbəttə ki, onu ancaq təqaüdçülər dəstəkləyə bilər. Elə onun əsas eloktratını təqaüdçülər təşkil edir.
- Siz indiki Rusiyadakı siyasi rejimi necə adlandırardınız: avtoritar demokratiya, demokrtaik monarxiya, mafioz oliqarxiya ya da başqa bir şey?
- Stalin hakimiyyətdə NKVD -nin (Daxili İşlər üzrə Xalq Komissarlığı) amansızlığı sayəsində qala bilmişdi. Putinsə hakimiyyətdə yalan sayəsində qalmaqdadır. Biz indi rus koloritləri ilə boyanmış, demokratiyanın xüsusi tipi olan imitasiya demokratiyasına can atan polis dövləti, yalan imperiyasında yaşayırıq.
- Müasir Rusiyada intellektuallar hansısa mövqeyə sahibdirlərmi?
- Ciddi desəm bu gün mən müasir Rusiyada “intellektual” ünvanına iddia edə biləcək yeganə insanam. Böyük bir ziyalı təbəqəsi köhnə ideyaların (kommunizm və liberalizm kimi) istismarı altında yaşayır, bu həqiqətən belədir. Lakin onların arasında yeni ideyalara qapılar açan hansısa intellektual görməmişəm. Bu rolda ancaq özümü görürəm. Fransada məni pis tanıyırlar və ümumən “Limonov” adlanan bestseller kimi oxuyurlar (mənə belə xəbər veriblər). Onlara görə mən maraqlı bioqrafiyası olan qatı avatüristəm. Həmçinin fransızlar mənim: “Nizam-intizam sanatoriyası”(1989), “Qarovulun qətli” (1992), “Başqa Rusiya” (2003), “Kafirlər” (2008) kimi yeni şüura xidmət edən kitablarımdan da xəbərsizdirlər. Mən Rusiyada iki nəslin gənclərinə təsir etmişəm. On minlərlə gənc mənim yaratdığım (indi qadağan edilmiş – tərc) “Milli bolşevik partiyası”nın sıralarında mübarizə aparıblar. (Bilirəm ki, belə adı olan partiya fransızları dəhşətə gətirir).
- Siz hələ də özünüzü milli-bolşevik hesab edirsiniz?
- İndi mən “Başqa Rusiya” partiyanın icraedici şurasının rəhbəriyəm. 19 aprel 2007-ci ildə Moskva məhkəməsi tərəfindən Milli Bolşevik Partiyasının fəaliyyətinə qadağa qoyulub. Ona üzv olduğu üçün insanları tutub, mühakimə edib, həbsə atırlar.
- Rusiya üçün əsas ümid mənbəyi nədir?
- Ölkədə vətəndaş müqaviməti aksiyalarının baş qaldırdığını görmək xoşdur. Məsəlçün bunlardan biri elə mənim partiyamın Moskva və Sankt-Peterburqda təşkil etdiyi mitinqlərdir. Bundan əlavə Putin-Medvedev tandemi hakimiyyətinin nüfuzunu tamam itirdiyini çılpaq gözlə də görmək mümkündür. Ümidverici göstəricilər var: artıq savadlı adamlar arasında hakimiyyətin tərəfində olmaq dəbdə deyil. Adamlar proqressiv görünmək üçün bu rejimə qarşı çıxış etməyin vacibliyini anlayırlar.
02/11/2011
Çeviri: Namiq Hüseynli