post-title

Saxta Vətənpərvərlik

Bildiyiniz kimi sabah ADNA günüdür.Həm də sabah Baki futbol klubu ilə Atletiko Madrid klubunun yoldaşlıq görüşü var və bundan başqa Futboldan əvvəl konsert və deyilənə görə axşam Bulvarda konsertden sonra Atəşfəşanlıq var. Mən əminəm ki, bura xeyli adam gedəcək. Mən bir şeyə də əminəm Sabah ADNA-nın qabağına, orda ölənləri yad etməyə çox az adam gedəcək.

 

 
Amma Boston-da, New York-da, Norveç-də terror olanda statusları ilə baş-beynimizi aparanlar, yalandan orda ölənlərə yazığı gələnlər, terroru pisləyənlər öz ölkəsindəki terror qurbanlarını yad etməyə qorxurlar! Sonra isə həmin adamlar Vətənpərvərlikdən, Millətçilikdən, Bozqurdçuluqdan danışırlar. Vətənpərvərlik ermənini söymək, sarkisyanın başını photoshopla heyvan başına montaj etmək deyil. Vətənpərvərlik öz Millətinin nümayəndəsinə dəyər verməyənlərə qarşı mübarizə aparmaqdır, Vətənpərvərlik öz ölkəndə olan haqsızlıqlara qarşı mübarizə aparmaqdır, Vətənpərvərlik öz ölkəndə terror olan gün dövlət strukturlarının qəsdən təşkil etdiyi əyləncə tədbirlərini Boykot etməkdir! Bunları görüb susanlar, birinci sadaladıqlarımı isə canla-başla edənlərin bir adı var Saxta Vətənpərvər, Saxta Millətçi və ən əsası ikiüzlü Yaltaq! Mən yenə də deyirəm Sabah bu xalqın böyük əksəriyyəti Futbola da gedəcək, Konsertə də gedəcək çünki bunlar ADNA olan ili, gül bayramında müxtəlif pozalarla şəkil çəkdirən xalqdı.
 
Ümid edirəm ki, mənim yazdıqlarım yalnış olar və dediyim saxta vətənşüvənlər məni yanıldalar, sabah konsertə və futbola getməyib sözdə deyil əməldə də vətənpərvər olduqlarını göstərərlər.
 
Haldun Novruzzadə

Yuxarı