Dilin Hökmü - Yazıçının ölümü–Oxucunun doğuluşu
Biz mübarizəni, Hakimiyyətin cürbəcür n…
Ölüm qədər arıq, kilkə saçlarını toz basmış, dodaqları tutqun qəlbi kimi möhkəm qısılmış, gözləri öz dişisini axtaran işıldaquşsayağı yanan azğın bir sərsəri iksir daşı axtarırdı.
Qarşısında ucu-bucağı görünməyən dəniz uğuldayırdı.
Gurultulu dalğalar ara vermədən gizlin xəzinələrdən danışıb, onların dilini anlamayan bu nadana gülürdü.
Onun, bəlkə də, heç bir ümidi qalmamışdı, amma dincəlməyi ağlına da gətirmirdi, çünki axtarış onun həyatının yeganə qayəsi olmuşdu.
Okean ağuşuna daim irişilməz səmaya açan kimi.
Ulduzlar irişilməz həddə çatmaq üçün daim dövr etdikləri kimi.
O da, kilkə saçlarını toz basmış o divanə də tənha sahillərdə veyllənə-veyllənə, iksir daşı axtarırdı.
Bir dəfə bir kəndli uşaq ona yaxınlaşıb soruşdu:
- Söylə görüm, belindəki bu qızıl zənciri haradan tapıbsan?
Divanə diksindi, - bir zaman dəmirdən olan həmin zincir doğrudan da dönüb qızıl olmuşdu; bu, yuxu deyildi, amma o divanə bu dəyişikliyin nə vaxt baş verdiyini duymamışdı.
O, vəhşi bir hərəkətlə əllərini başına apardı, - Of, necə olmuşdu, necə olmuşdu ki, özü də bilmədən belə bir müvəffəqiyyətə nail olmuşdu?
O, artıq vərdiş etmişdi, - yerdən daşları qaldırıb, zəncirə toxundurur və bir dəyişiklik olub-olmadığına heç baxmadan, daşı tullayırdı. Beləliklə, divanə iksir daşını həm tapmış, həm də itirmişdi.
Günəş qüruba enir, göy üzünü başdan-başa zər bürümüşdü. Divanə taqətdən düşmüş, beli bükülmüş, qəlbi kökündən qopardılmış bir ağac kimi puç olmuş bir halda itirdiyi xəzinəni yenidən axtarmağa başladı.
Taqor