post-title

Qaqaşlarla mübarizə

Azərbaycanın nə mövqe, nə də sosial aspektdən bəxti gətirməyib. "Qumarda itirən eşqdə qazanar" prinsipi özünü heç də bu başı bəlalı ölkədə doğrultmadı. Tarix boyu qonşu dövlətlərin vassallığı hələ də xalqı qul təfəkküründən çıxara bilmir. Zehni kasıblıq ölkə vətəndaşlarının əksəriyyətitdə artıq sosial yox, genetik baxımdan formalaşıb. Keçmiş azərbaycanlılarda görünür bu artıq genin dəyişməsinə gətirib çıxarıb ki, hələ də at kimi düşünən insanlar əksəriyyət təşkil eləyir. Bu da öz növbəsində gələcək nəsillərdə həmin xüsusiyyəti formalaşdırır. Həmin geni daşıyan təfəkkürsüz insanlar isə çox tez bir zamanda təsir altına - auraya düşürlər. Belə olduğu halda isə "hipnoza uğramış" canlıları idarə etmək çox asandır.

 

Onu da deyim ki, istənilən tez bir zamanda baş vermiş prosesin nəticəsi çox zəif və əhəmiyyətsiz olur. Dolayı yolla özlərinə mənəvi zərər verən fərdlər, bataqlıqda yaşamağa dünəndən üstünlük verən cəmiyyətə radioaktiv maddə kimi ziyanlıdır, amma bu onu dərk eləmək iqtidarına malik deyil təəssüf ki. Bu periodik zəncirvari proseslərin fasiləsiz və davamlı olaraq getməsi Azərbaycan cəmiyyətinin gələcəyinin üstündən qara və böyük bir xətt çəkir.

Məsələyə yalnız bu müstəvidən yanaşmaq da düzgün deyil. Bu xətt çəkməklə məşğul olanlar yalnız şəhərin küçələrində, parklarında oturub, etik surətdə dilənən, camaata söz atan, lazım gələndə dombalaq aşan yeniyetmələr deyil.

Xalqın yeganə məlumat aldığı mətbuat orqanı televiziyadır. Televiziyada intellektual verilişlərin reytinqi sıfır səviyyəsindədirsə, 3 planet, 11 ölkə, 1 milyondan çox adam xilas etmiş Polad Ələmdarın reytinqi kəllə çarxdadır. Bu həqiqətən biabırçılıqdı. İstənilən cəmiyyətin gidi gənclərdir. Əgər gənclərin elədiyi söhbət Çakır, Polad, Ələmdar, Məmati, "Fənərbaxça", "Qalatasaray"dısa, o kütlə çoxdan özünün "Allah Kərimdir"ini deyib. 

Qaşlarını çatan, yumruğunu sıxıb, burnunu, qulağını bilə-bilə müəyyən səbəblərə görə sındırıb, qollarını bədənindən ayıraraq gəzən idmançı obrazı yaradan gənclərin də boyunlarına bir xeyli yük düşür. Hansı dövrdə yaşayırıq ki, qızın gözünün içinə baxır, əgər qarşı cinsin gözü təsadüfən ona sataşsa, həmin qızın obrazlı dildə desək "eşşəyi öldü". Həmin əclaf günün sonuna qədər qızın dalınca düşəcək. Kiminsə müəyyən və qeyri-müəyyən səbəblərdən dalınca düşüb, onu narahat eləmək nə etik cəhətdən, nə də hüquqi cəhətdən düzgün deyil. Maraqlısı odur ki, izlənən xanımların nazı, razılığı, mum kimi əriməyi də gözdən qaçılmazdı. Ay qaqaşlar, ay söhbət xırdalayan, təsbeh gəzdirən, çeçenka saçlı, dar şalvarlı, üzeyirkimiləri dinləyənlər, inkişaf eləmək istəyirsinizsə taktikanızı, siyasətinizi dəyişin. Beyninizi işlədin. Əgər hər yerdə mini geyimli xanım görmək istəyirsinizsə, gözlərinizi bir müddət ayırın ayaqlardan, kimsəni narahat eləməyin, təsbeh fırlatmayın, məcbur olduğunuz kimi yox ,istədiyiniz kimi, zövqlü geyinin. Daha pozitiv olun. Saxta olmayın, özünüz olun. "Bakirəlik, peysərlik, yaxşı oğlan pis oğlan" anlayışlarını çıxardın kitabınızdan. Baxın, əgər bu tendensiyanı bircə il davam elətdirsəniz, biz də Aropanın "pislərini" qoyub "yaxşılarını" götürəcəyimizə söz veririk. Hər yer, güllü-çiçəkli, hər gülün-çiçəyin üstündə xəyallarınızı bəzəyən bir mini geyinən xanım. Bu deyilmi sizin üçün xoşbəxtlik? Niyə gələcəyinizə və xoşbəxtliyinizə təpik atırsız? Şərtlərə 1-cə il riayət etsəz, yazılan idealist fikirlər ölkəmizdə reallaşacağına əmin eləyirəm sizi. Bu utopiya deyil, qaqalar.

Onlara nifrət edənlər üçün.

Nifrət yaxşı bir şey deyil. Canlının öz yoldaşına nifrəti haniballıq əlamətidir. Bu və analoji qaqaşlarla mübarizənizi əsirgəməyin. Mübarizəni isə çox pozitiv və rahat şəkildə aparın. Və bilin ki sizin düşmənləriniz ermənilər yox, elə özünüzün dar düşüncəli mağaradan təzə çıxmış gəncləridir.

İngilisnən azərbaycanca danışsan, başa düşməyəcək. Bunlarla isə mağara dilində danışın ki, başa düşsünlər. Yavaş-yavaş, tərəddüd etmədən, çox rahat şəkildə rəndələyin onları. Maskalanmağı bacarın. Əgər sizin yaxınlarınızdan biri bu təriqətin qurbanı olubsa, onunla söhbət eləyin. Əvvəlcə yavaş-yavaş təsbehini alın, telefonundakı mahnıları dəyişin, sonra saçını dağıdın, saqqalını qırxdırın, ən son da isə təfəkkürünü, konservativ beyinini "refresh" eləyin. İnanın alınır. Bunları nəzəri olaraq yox, öz şəxsi praktikama əsaslanaraq deyirəm.

Nurlan Osmanlı

Kultura.az

Yuxarı