Kənd yazarları, şəhər yazarları
Əl-qərəz, bizim iki cəbhəyə bölünmüş yazarlar haqq…
O əşyalarını paylayandan, hər kəslə vidalaşandan, əlləri sıxandan sonra, emalatxananın qaranlıq bucaqlarında narahat danışıqları kəsəndən sonra hər kəsə işə başlamağı əmr etdi. Onlar sakitcə tabe oldular. Bütün bunların baş verdiyi emalatxana uzun zal idi, hər iki tərəfində pəncərələri, və iki ucunda üz üzə baxan qapıları var idi.
Dəzgahlar hər iki tərəfdə pəncərələrə yaxın, oturacaqlar divarın sağ tərəfində düzülmüşdür və dəzgahlar arasında boş qalan sahə bütün otağı keçərək bir qapıdan o biri qapıya düz xətlə yönəlirdi. Bu direktor yoxlamasını həyata keçirərkən keçəcəyi dar uzun yol idi; o cənub qapısından girib sağ və solda olan işçilərə baxandan sonra şimal qapısından çıxacaqdır. Adətən o bu məsafəni cəld və dayanmadan qət edirdi. Klod öz iş dəzgahında oturub öz işi ilə məşğul idi, Jak Klemanın ibadət etdiyi kimi. Hər kəs gözləyirdi. Gözlənilən vaxt yaxınlaşırdı. Qəflətən zəng səsi eşidildi. Klod dedi:
– Bu son on beş dəqiqədir.
O yerindən durdu, otağın əsas hissəsini ağır ağır keçdi və giriş qapısının yanındakı sol tərəfdəki birinci dəzgahın küncünə dirsəkləndi. Onun sifəti tamamilə sakit və xeyrxah görünürdü. Saat doqquz oldu. Qapı açıldı. Direktor daxil oldu. Bu an emalatxanada dərin süküt çökdü. Direktor hər zamankı kimi yalnız idi. O şən görünüşü ilə daxil oldu, razı və amansız, qapının solunda durub sağ əlini şalvarında gizlədən Klodu görmədən, başını silkələyərək, sözlərini çeynəyərək, ətrafa baxaraq və bütün gözlərin dəhşətli bir məqsədə zilləndiyini görmədən ilk cihazın yanından cəld keçdi. Qəfldən arxasından səs eşidərək təccüblə döndü. Bu Klod idi, bayaqdan sakitcə onun arxasıca gəlirdi.
– Burada nə edirsən ? direktor dedi; niyə öz yerində deyilsən?
Bu həbsxanada bir şəxs insan kimi yox bir it kimi qəbul olunur, ona sən deyə müraciət edirlər.
Klod nəvazişlə cavab verdi :
– Sizinlə danışmaq istəyirəm cənab direktor.
– Nə barədə ?
– Albin barədə.
– Yenə ! direktor dedi.
– Hər zaman, Klod cavab verdi.
– Deməli! Direktor yeriyərək cavab verdi, iyirmi dörd saatlıq zirzəmi sənə bəs etmədi?
Klod onun arxasıca gedərək cavab verdi :
– Cənab direktor, mənə yoldaşımı qaytarın.
– Mümkün deyil !
– Cənab direktor, Klod hətta şeytanı da yola gətirəcək səslə dedi, sizə yalvarıram, Albini mənim yanıma gətirin, görəcəksiniz necə yaxşı işləyirəm. Sizin kimi azad insan üçün fərqi yoxdur, siz dostun nə olduğunu bilmirsiniz ; lakin mən, mən sadəcə həbsxananın dörd divarına malikəm. Siz istədiyiniz zaman gedib-gələ bilərsiniz ; amma mənim Albindən başqa heç kimim yoxdur. Onu mənə qaytarın. Albin məni yedizdirirdi, siz bunu yaxşı bilirsiniz. Bu sizə sadəcə bəli deməyin əziyyətini verəcəkdir. Sizin üçün nə fərqi var ki, eyni otaqda Klod Qö və Albin adlı iki şəxs olsun? Çünki bu elə də çətin deyil.
Cənab direktor, mənim hörmətli cənab D.-yim, sizə yalvarıram, Allahın adından !
Klod bəlkədə bir həbsxana işçisinə eyni zamanda heç zaman bu qədər söz dedəmişdi. Bu cəhdən sonra o yorğun halda gözlədi. Direktor səbrsiz halda dilləndi :
– Mümkün deyil. Bu belədir. Bir daha mənimlə danışma. Məni bezdirirsən.
Tələsdiyi üçün o yerişlərini cəldləşdirdi. Klod da həmçinin. Söhbət edərkən hər ikisi çıxış qapısına gəlib çatmışdılar; orada olan səksən oğru təngənəfəs baxıb və dinləyirdi.
Klod yavaşca direktorun qoluna toxundu.
– Ən azından nə üçün ölüm hökmünə məhkum olunacağımı bilim. Nə üçün onu məndən ayırdiniz.
– Mən artıq sənə dedim, direktor cavab verdi, çünki.
Kloda arxasını çevirərək çıxış qapısına doğru yeridi.
Direktorun cavabını alan Klod geriyə bir addım atmışdı. Orada olan səksən heykəl onu sağ əli ilə şalvarından baltanı şıxaran gördülər. Bu əl qalxdı və direktor qışqırmağa macal tapmazdan əvvəl, deyiləsi də dəhşət olan, üç zərbə eyni yerdən dəyərək onun kəlləsini ikiyə böldü. Yıxıldığı zaman dördüncü zərbə onun sifətini doğradı; özünü ələ ala bilməyən Klod onun buduna lazımsız bir zərbə yendirdi. Direktor ölmüşdü.
Klod baltanı atdı və qışqırdı : İndi növbəti!
Növbəti onun özü idi. O yaxasından “arvadının” balaca qayçısını çıxardı, kimsə ona mane olmadan onu sinəsinə soxdu. Yun qısa olsada onun sinəsi dərin idi. O qayçını israrla sinəsinə soxur və iyirmi dəfədən artıq qışqıraraq dedi – lənətə gəlmiş ürək deyəsən səni tapa bilməyəcəm ! – Nəhayət qanına qəlğan olmuş halda meyidin üstünə düşdü. Hansı o birinin qurbanı idi ?
Klod Qö özünə gəldi, o bir çarpayıda uzanıb, kətan və sarğılarla örtülmüş, müalicə olunurdu. Onun çarpayısı yanında bir dindan qadın və istintaq aparan bir hakim var idi, hansı ki ondan soruşdu: – Özünüzü necə hiss edirsiniz ? O çoxlu qan itirsədə onu yaralayan qayçı işini yaxşı görməmişdir; vurduğu zərbənin heç biri təhlükəli deyildi. Onun sadəcə M.D. yə vurduğu zərbələr ölümcül idi.
İstintaq başladı. Ondan Klervo həbsxanasının emalatxanalarının direktorunu öldürənin o olduğunu soruşdular. O cavab verdi: Bəli. Ondan səbəbini soruşdular. O cavab verdi : Çünki. Amma bəzən onun yaraları ağrımağa başladı; az qala onu öldürəcək qızdırmaya tuş oldu. Noyabr, dekabr, yanvar və fevral müalicə və hazırliqlarla keçdi; həkimlər və hakimlər Klodun ətrafına toplaşırdılar; birincilər yaraları sağaldır, ikincilər isə dar ağacını qururdular. Tam sağalandan sonra o 16 mart 1832-ci ildə Troyun ağır cinayətlər məhkəməsi qarşısına çıxdı. Şəhərin bütün sakinləri orada idi. Klod məhkəmə qarşısında özünü yaxşı aparırdı. O üzü səliqə ilə traş etdirmiş, başı açıq və boz zolaqları olan Klervonun dustaq geyimində idi. Kral prokuroru ərazinin bütün əli yaraqlısını məhkəmə otağını yığmışdır, « məhkəmə vaxtı izah etdi ki, bu şahid kimi ifadə verəcək caniləri kontrol etmək üçündür ». Dinləmələr başlanmazdan əvvəl bir çətinlik ortaya çıxdı. 4 noyabr hadisələrinin şahidlərindən heç biri Kloda qarşı ifadə vermək istəmirdi. Sədr onları cəzalandırmaqla təhdid etdi. Amma bu nəyisə dəyişmədi. Bu zaman Klod onlara ifadə verməyi göstəriş verdi. Bütün dillər açıldı.Onlar nə görmüşdülər dedilər. Klod onların hər birini çox diqqətlə dinləyirdi. Onlardan hansısa ya unudaraq ya da Kloda yaxşılıq etmək məqsədilə təqsirləndirilənin ziyanına olan halları demirdisə Klod bu yanlışlığı düzəldirdi. İfadələr verildikcə bizim nəql etdiyimiz hadisələr məhkəmə qarşısında açıqlandı. Bəzən oradakı qadınlar ağlayırdı. Katib məhkum Albini çağırdı. Onun ifadə vermək növbəsi idi. O qərarsız addımlarla daxil oldu; o hönkür hünkür ağlayırdı. Jandarmalar ona gedib Klodu qucaqlamağa mane ola bilmədilər. Klod onu yıxılmaması üçün tutdu və kral prokuroruna təbəssümlə dedi – budur aclarla öz çörəyini paylaşan cinayətkar. Sonra o Albinin əlini öpdü. Şahidlərin siyahısı bitəndən sonra cənab kral prokuroru ayağa qalxaraq bu ifadələrlə çıxış etməyə başladı – cənab adnlılar, əyər bu cür günahkarlar sərt cəzalanmansa cəmiyyətin əsas dəyərləri alt üst olacaq, və. s.
Bu yadda qalan çıxışdan sonra Klodun vəkili söz aldı. Lehinə və əleyhinə olan çıxışlar cinayət mühakiməsi adlanan bu podyomda adəti üzrə baş verdiyi kimi oldu. Klod düşünürdü ki, lazım olan hər şey deyilmədi. O öz növbəsində yerindən durdu. O elə bir formada danışdı ki, bu mühakimədə iştirak edən ağıllı bir şəxs təccüb etdiyini bildirdi. Bu zavallı fəhlə cani olduğundan çox bir natiq imiş. O ayaq üstə, açıq baxışla, səmimi və qərarlı, eyni amma hökmlü əl hərəkətləri ilə kəsici və davamlı səslə danışdı. O hadisələri olduğu kimi, sadəcə, ciddi, dəyişmədən ya təsirini azaltmadan anlatdı, olanları etiraf etdi və 196-cı maddəyə dik baxaraq başını üzərinə qoydu. Bəzən o elə məharətlə danışırdı ki, oraya yığılanları hərəkətə gətirir və tamaşa edənlər onun dediklərinə diqqətlə qulaq asırdı. Klod nəfəsini alaraq qururlu baxışları ilə köməkçilərə baxarkən tamaşaçıların hərəkəti pıçıltı kimi eşidilirdi. Başqa hallarda oxumaq bilməyən bu şəxs savadlı biri kimi yumşaq, tərbiyəli və sakit görünürdü; bəzən isə təvazökar, ölçülü, diqqətli, mübahisənin zərif yerində ehtiyatlı olan və hakimlərə qarşı xoşniyyətli görünürdü. Yalnız bir kərə o hirslənməyə yol verdi. Kral prokuroru istinad etdiyimiz çıxışında müəyyən etmişdir ki, Klod Qö emalatxanaların direktorunu onun qanunsuzluq və ya zorakalıq etmədiyi halda, və heç bir provakasiya olmadan qətlə yetirmişdir.
- Necə! Klod bağırdı, mən provakasiyaya çəkilmədim! Ah ! doğrudan, elədir, mən sizi başa düşürəm. Sərxoş biri mənə bir yumruq vurur, mən onu oldürürəm, siz məni əhv edib icbari işə yollayırsiniz. Amma sərxoş olmayan biri məni dörd il ərzində sıxır, dörd il ərzində alçaldır, məni hər gün, hər saat, hər dəqiqə bədənimin ən zərif yerlərindən bir tikanla sancır! Mən arvadım üçün oğurluq etdim, o bu arvad haqqında dedikləri ilə mənə işgəncə verir; mən uşağım üçün oğurluq etdim, o mənə bu uşaq haqqında dedikləri ilə işgəncə verir; mənim kifayət qədər çörəyim yoxdur, bir dostum mənə çörək verir, o məni bu dostdan və çörkdən məhrum edir. Dostumu tələb edirəm məni zindana salır. Mən bu səviyyəsizə siz deyirəm o mənə sən deyir. Ona əzab çəkdiyimi deyirəm, mənə cavab verir ki, onu bezdirirəm. Nə etməyimi istəyirsiniz? Məndə onu öldürürəm. Lap yaxşı mən vəhşiyəm, mən bu şəxsi provokasiya olunmadan öldürdüm, o zaman başımı kəsin. Kəsin.
Bizim əzəmətli hesab etdiyimiz bu hərəkət, birdən birə cəzaların azaldılmasının yanlış təyin olunmuş kriteriyalarından olan materyel provakasiya sistemi üzərindən qanun tərəfindən unudulmuş mənəvi provakasiya kriteriyaları üzə çıxardı. Dinləmələr bitəndən sonra sədr bitərəf və aydın xülasəsini oxudu. Nəticədə ortaya çıxan bu idi. Bədbəxt bir həyat. Həqiqətən də bir vəhşi. Klod Qö öncə tərbiyəsiz bir qadınla yaşayırdı, sonra o oğurluq etdi və sonra öldürdü. Bütün bunlar doğru idi. Andlıları qərar vermək üçün öz otaqlarına yollamazdan əvvəl sədr müttəhimdən verilən suallarla bağlı nə isə demək istədiyini soruşdu.
– Az bir şey, Klod cavab verdi. Amma bunu. Mən bir oğru və bir qatiləm ; mən oğurladım və öldürdüm. Amma nə üçün oğurluq etdim ? Nə üçün öldürdüm ? Cənab andlılar, bu iki sualı birklikdə verin.
On beş dəqiqəlik müşavirədən sonra, cənab andlılar adlanan on iki şampanlının qərarı əsasında Klod Qö ölüm hökmünə məhkum edildi. Sözsüz ki, dinləmələr başlayandan etibarəb onlardan bəziləri fikir vermişdilər ki, müttəhim Qö adlanırdı (bu söz fransız dilində səfil, dilənçi mənasını verir. Tərcüməçinin qeydi), buda onlarda dərin təsürrat yaratmışdır. Qərarı Kloda oxudular və o sadəcə dedi:
– Əla. Nə üçün bu şəxs oğurladı ? Nə üçün bu şəxs öldürdü ? Bu iki suala onlar cavab vermirlər.
Həbsxanaya qayıdandan sonra o gülə-gülə nahar edərək dedi :
– Otuz altı ili başa vurdum !
O kassasiya şikayəti vermədi. Onu müainə edən dindarlardan biri ağlayaraq ona yalvardı. O kasasiya məhkəməsinə onun xatirinə müraciət etdi. Deyilənlərə görə o sona qədər müqavimət göstərdi, çünki kassasiya məhkəməsinin katibliyində qeyd dəftərinə imza edəndə şikayət vermək üçün qanuni üç gün bir neçə dəqiqədən bəri bitmişdir. Zavallı qız, təşəkkür etmək üçün ona beş frank verdi. O pulu götürüb təşəkkür etdi. Kassasiya məhkəməsinin qərarı çıxana qədər Troyun məhkumları ona qaçmaq təklifi etdilər. Məhkumlar onun zirzəmisinə ip vasitəsilə mismar, dəmir naqil parçası və vedrə qulpu atdılar. Klod kimi ağıllı bir şəxsə, məngənələri kəsmək üçün bu üç əşya kifayət edirdi. O vedrə qulpunu, naqili və mismarı nəzarətçiyə verdi. 8 iyun 1832-ci ildə, yeddi ay və dörd gün sonra, kəffarət, pede claudo (qisas axsaq olsada gəlib çatacaqdır, Tərcüməçinin qeydi), gəlib çatdı. Həmin gün, səhər saat yeddidə, məhkəmə katibi Klodun zirzəmisinə daxil olub ona yaşamaq üçün bir saatı olduğunu bildirdi. Onun kassasiya şikayəti qəbul olunmamışdı.
– Klod soyuqqanlılıqla cavab verdi, bu axşam çox yaxşı yatdım, gələn gecə lap yaxşı yatacağımı heç ağlımada getirmirdim. Deyilənlərə görə güclü şəxslərin ölümündən əvvəl dedikləri sözlər xüsusi əzəmətə malikdir. Rahib və sonrada cəllad gəldi. O rahiblə nəzakətli, o biri ilə sakit davrandı. O nə qəlbini nə də vücüdunu əsirgəmədi. O tam açıq düşüncəylə söhbətləşdi. Onun saçlarını kəsdikləri zaman zirzəminin küncündə kimsə hazırda Troyu təhdid edən vəba haqqında danışdı.
– Mənə gəldikdə, Klod gülərək dedi, mən vəbadan qorxmuram. O rahibi diqqətlə dinləyir özünü dini tədris almamaqda təqsirləndirirdi. Öz istəyi əsasında özünə xətər yetirdiyi qayçını ona verdilər. Qayçının bir ucu yox idi, onun sinəsində qırılmışdı. O nəzarətçidən bu qayçını Albinə verməsini xahiş elədi. O bu vərəsəyə həmən gün yeyəcəyi çörəyi də əlavə etməklərini xahiş etdi. Əllərini bağlayanlardan xahiş etdi ki, onun sağ əlinə dindar qadının verdiyi beş frankı qoysunlar, onun sahib olduğu yeganə şey. Saat səkkizə on beş dəqiqə qalmış o ölümə məhkum olunmuşların tutqun və sadə korteji ilə həbsxanadan çıxdı. O piyada, solgun, gözləri rahibin xaçına zillənmiş, amma ağır addımla yeriyirdi. Edam gününü bu gün onun üçün seçmişdilər ki, bu gün bazar günü idi və onun üzərinə zillənəcək gözlərin kifayət qədər olmasına əmin olmaq istəyirdilər; çünki deyilənlərə görə Fransada hələdə cəmiyyət bir şəxsi öldürdüyü zaman fəxrlə baxan yarı-vəhşi kəndlər vardır. O gözlərini İsanın dar ağacına dikərək ağır-ağır edam körpüsünün üzərinə çıxdı. O istədi Rahibi və cəlladı qucaqlasın, birinə təşəkkür etmək üçün, o birini bağışlamaq üçün. Bir tanışımın dediyinə görə cəllad onu yavaşca itələdi. Köməkçi onu yondəmsiz mexanizmin üzərinə bağladığı zaman o rahibə sağ əlindəki beş frankı götürməyi işarə etdi və dedi:
– Kasıblar üçün.
Bu zaman saat səkkiz tamamı göstərdiyi üçün saatın zənginin səsi onun səsini boğurdu və ruhani ona eşitmədiyini bildirdi. Klod iki zərbə arasındakı fasiləni gözlədi və yavaşca dedi:
– Kasıblar üçün.
Səkkizinci zəng eşidilməmişdən əvvəl bu ağıllı və nəcib baş düşdü.
İctimai edamların ən yadda qalan təsiri ! Həmin gün edam maşını hələ onların arasında olduğu an və hələ yuyulmamış bazarda çalışanlar bir qiymət məsələsinə görə ayağa qalxdılar və vergi nümayəndəsini azca qala öldürəcəkdilər. Bu kimi qanunları təsbit edən alicənab xalq! Biz Klod Qöyün əhvalatını detalları ilə nəql etdiyimizi düşünürük, çünki, fikrimizcə, bu hekayənin hər bir paraqrafı on duqquzuncu əsrin ən böyük problemlərini önə çəkəcək kitabın hər hissəsinə bir başlıq ola bilər. Bu vacib həyatda iki əsas an vardır: yıxılmazdan əvvəl, yıxıldıqdan sonra; və bu iki anda iki sual : tərbiyə məsələsi, cəza məsələsi ; və bu iki sual arasında, bütün cəmiyyət.
Bu şəxs sözsüz ki, yaxşı insan, yaxşı təşkilatlı, bacarıqlı idi. Bəs çatışmayan nə idi? Düşünün.
Bu böyük problemin ümümbəşəri tarazlıq yaradacaq cavabını tapmaq lazımdır: cəmiyyət şəxsə ən azından təbiyyətin verdiyi qədər verməlidir. Klod Qöyə baxın. Heç bir şübhəsiz ki, beyni və ürəyi yaxşı olan şəxs idi. Amma taleh onu pis bir cəmiyyətə atdığı üçün oğurluq etməyə başlayır; cəmiyyət onu elə pis həbsxanaya atır ki, o öldürür. Həqiqi günahkar kimdir?
Odurmu ?
Və ya biz ?
Ağır və narahatedici bu sual bütün ağılların səfərbəy olmasını tələb edir, bizi yaxamızdan tutub dartır və bir gün bizim yolumuzu elə kəsəcək ki, bu zaman yaxşı yaxşı önə baxaraq bizdən nə istədiyini anlamaq lazım olacaqdır. Bu misraların müəllifi bir gün bəlkədə bunu necə başa düşdüyünü deyəcəkdir. Bu cür halları və bu sualların bizi narahat etdiyini görəndə, istər istəməz bizi idarə edənlərin bunlar haqqında deyil bəs nə haqqında düşündüyünü soruşursan. Palatalar hər il məşğuldurlar. Sozsüz ki, müəyyən imtiyazları azaltmaq və büdcəyə nəzarət etmək vacibdir; məni əsgər forması geyinib tanımadığım və tanımaq istəmədiyim Lobo knyazı M.-in qapısında qarovul çəkməyə göndərməyə və ya Mariyni ətrafında mənə zabit təyin olunan dükançının xoşuna gəlmək üçün hərbi yeriş yeriməyə məcbur edən qanun qəbul etmək çox vacibdir. Cənab deputat və nazirlər, bu ölkədə bütün imkan və ideyaları vacib məslələr üçün səfərbəy etmək lazımdır; misal üçün on doqquzuncu əsrin bu metodlarını sual altına qoyub və haqqında düşünmək lazımdır; icraçı və idarə edənlər vaxtınızı məhəllə məktəblərinin müəllimlərinin çiynini çəkməyə vadar edən konfranslara sərf etmək məqsədə uyğun deyil; demək lazımdır ki, inseste yol açan bu müasir faciələrdir. Sözsüz ki, bizim məqsədimiz küçələri və evləri qoruyan şəhər patrulunu tənqid etmək deyil; amma hərbi parad, dəbdəbəli geyim, şöhrət və hərbi səs küy, manasız bu şeylər sadəcə zadəgandan əsgər parodiyası düzəltməyə xidmət edir. İnsesti, zinanı, ata qətlini, uşaq qətlini və zəhərləməni kəşf edənin müasir drama olduğunu və Fedri, Jokastı, Oedipi, Medeni, Rodoqünü tanımağı bildirmək lazımdır; gərək bu ölkənin siyasi natiqləri üç gün ərzində büdcə haqqında mübahisə edib Korney və Rasinin fikirlərini kiminsə fikirlərinə qarşı müdafiə etsinlər, və bu ədəbi mübahisədən istifadə edərək bacardıqları qədər bir birlərinin fransız dilində yol verdiyi səhvləri onun boğazına qədər soğsunlar. Bütün bunlar vacibdir; amma biz düşünürük ki, bundan da vacib şeylər ola bilər.
Tez tez baş verən qarma-qarışıqlar vaxtı müxalifət nazirliyin, nazirlik müxalifətin yaxasından tutan zaman kimsə tamaşaçıların içindən və ya parlamentin daxilindən ayağa aqlxıb aşağıdakı ciddi sözləri desə palata necə qəbul edər:
— Kəsin səsinizi, kim olsanızda, burada danışanlar, kəsin səsinizi ! siz məsələdən agah olduğunuzu düşünürsünüz, amma elə deyil.
Məsələnin nə olduğunu bilmək istəyirsinizsə, bilin. Bir il olar ədalət mühakiməsi bir şəxsi Pamyedə param parça etdi; Dijonda bir qadının başını qopardı ; Parisdə, San Jak ətrafında görünməmiş edamlar həyata keçilir.
Əsas məsələ budur. Bununla məşğul olun.
Bundan sonra siz qarovulun düyməsinin rənginin ağ ya qırmızı olması və ya sığorta sözü ilə əminlik sözünün hansının daha yaxşı olması mövzusunda mübahisə edərsiniz.
Cənab mərkəzçilər, cənab ekstremistlər, əhalinin əsas hissəsi əziyyət çəkir!
Siz onu Respublika və ya Monarxiya adlandırsanızda xalq əziyyət çəkir, bu danılmazdır.
Xalq üşüyür, xalq acdır. Səfalət onu cinsindən asılı olaraq cinayətə və ya əxlaqsızlığa vadar edir. Katorqa oğullarını, fahişəxana qızlarını əlindən alan xalqa yazığınız gəlsin. Sizin məhkumunuz və fahişəniz həddindən artıqdır. Bu iki yara nəyə xidmət edir? Deməli sosiyal bədənin qanında qəbahət vardır. Budur xəstənin başı üzərinə yığışmısınız, onun xəstəliyindən muğayat olun. Bu xəstəliyi siz müalicə edə bilmirsiniz. Onu daha yaxşı nəzərdən keçirin. Sizin hərdən qəbul etdiyiniz qanunlar sadəcə müvəqqəti və təsirsizdir. Sizin işinizin yarısı daxili nizam intizam yarısı isə şarlatanlıqdır. Dustaqların bədənini dağlamaqla işarələmək yaranı qanqrenaya aparan amildir; cinayəti ömür boyu cinayətkarın adına yazacaq cəza yersiz cəzadır! Onları iki dost, iki yoldaş, iki ayrılmaz etməkdə həmçinin !
Katorqa sorub çıxardığı çirkli qanı daha da çirkləndirən bir suluqdur. Ölüm hökmü isə vəhşicəsinə həyata keçirilən ampütasiyadır.
Amma dağlama, katorqa, ölüm hökmü hələdə qüvvədədir. Siz dağlamanı ləğv etdiniz, əyər məntiqlisinizsə yerdə qalanları da ləğv edin.
Dağlama, məhkumların ayağına bağlanan dəmir top və cəllad baltası silojizmin üç hissələri idi.
Siz dağlamanı aradan götürdüyünüz üçün dəmir top və cəllad baltasının heç bir nənası yoxdur.
Unlamaq (o vaxtkı fransada cəza növü. Tərcüməçinin qeydi ) dəhşətli idi, amma absurd deyildi.
Bu arxaiq cinayət və cəza sistemini soküb yenidən qurun. Cəzalarınızı, məcəllələrinizi, həbsxanalarınızı, hakimlərinizi yenidən təşkil edin. Qanunları adət ənələlərə uyğunlaşdırın.
Cənablar, Fransada hər il həddindən artıq baş kəsilir. Madam ki, qənaət etmək istəyirsiniz, bu sahədə edin. Madam ki, ləğv etməyi xoşlayırsiniz, cəlladı ləğv edin. Səksən cəlladın maaşına altı yüz məktəb tərbiyəçisi maliyələşdirə bilərsiniz.
Xalq haqqında düşünün. Uşaqlar üçün məktəblər, böyüklər üçün emalatxanalar açın. Xəbəriniz varmı ki, Fransada oxuya bilənlərin sayı avropada ən azdır! Necə! İsveçrə oxuya bilir, Belçika oxuya bilir, Danimarka oxuya bilir, Yunanstan oxuya bilir, İrlandiya oxuya bilir, Fransa oxuya bilmir? Bu utanc vericidir.
Katorqalara baş çəkin. Dustaqları başınıza yığın. Bütün bu insan qanunlarına uyğun gəlməyənləri bir bir yoxlayın. Bütün bu şəxsləri, bütün bu kəllələri nəzərdən keçirin. Onların hər biri heyvanı xüsusiyyətlərindən də aşağı yeniblər; onların hər biri bir heyvanın insanla calağlanmasının nəticəsinə bənzəyir. Budur vaşaq, budur pişik, budur meymun, budur qartal, budur kaftar. Halbuki bətbəxtlərin ilk günahı təbiətə, ikinci günahı isə tədrisə bağlıdır. Təbiət çertyoju pis cizdi, tədris isə bu çatışmazlığı aradan qaldırmadı. Qayğılarınızı bu istiqamətə tuşlayın. Xalq üçün keyfiyyətli tədris. Bu bədbəxt başlarla yaxşı məşğul olun ki, daxilində olan ağıl böyüsün.
Xalqların başının gözəl olub olmaması onun idarələrindən asılısır.
Roma və Yunanstanın alnı yüksək idi. Bacardığınız qədər xalqın üz bucağını açın.
Fransa oxumağı biləndə inkişaf etdirdiyiniz bu ağlı istiqamətsiz qoymayın. Yoxsa bu qarma qarışığa səbəb olacaq. Bilməmək keyfiyyətsiz elmdən üstündür. Yox. Xatırlayın ki, Komper Matyodan daha filozofik, Konstitusiyadan daha tanınmış, 1830-cu il xartiyasından daha əbədi bir kitab vardır, bu müqqəddəs yazıdır. Burada bir izah verim.
Nə edirsiniz edin əsas kütlənin, çoxluğun vəziyyəti hər zaman müəyyən dərəcədə kasıb, bədbəxt və qəmgin olacaqdır. Ağır işləri hər zaman o görəcək, ağır yükləri hər zaman o itələyəcək, çəkəcək və daşıyacaq.
Bu tarazlığı nəzərdən keçirin : bütün xoşbəxtliklər zənginin, bütün bədbəxçiliklır kasıbın qabında. Bu iki pay qeyri-bərabər deyilmi? Tarazlıq digər yana, dövlət də onunla birlikdə əyilməli deyilmi ?
İndi isə kasıblığın püşkünə, səfalətin yaylasına, ülvi gələcəyin əminliyini, əbədi xoşbəxtliyin arzusunu, cənnəti, möhtəşəm əks çəki kimi atın! Bu zaman tarazlığı əldə edəcəksiniz. Kasıbın payı varlının payı qədər zəngindir. Bunu İsa Məsih bildiyi üçün Volterdən də çox bilirdi. İşləyən və əzab çəkən xalqa verin, bu dünyanı pis hesab edən xalqı onun üçün daha yaxşı dünya olduğuna inandırın. Bu zaman o sakit və səbrli olacaqdır. Səbr ümiddən doğurur.
Beləsə kəndləri incillə toxumlayın. Hər evə bir incil. Qoy hər kitab və hər sahə birlikdə bir mənəvi iş görsünlər.
Xalq adamının başı, əsl sual budur. Bu başı lazımı toxumlarla doludur. Onu yetişdirməyə və kəramətdə ən işıqlı və mülayım olan məqsədə yönəltməyə çalışın.
Xalqın bu başını yetişdirin, təmizləyin, sulayın, qidalandırın, işıqlandırın, mənəviləşdirin, istifadə edin, bu zaman onu kəsməyə ehtiyacınız olmayacaq.
Viktor Hüqo
Fransız dilindən tərcümə etdi: Dilbadi Qasımov