Amma bununla bərabər Kamal müəllim özünü çox böyük yazıçı sayır. Söz yox ki, o özünü həm də şair saymaq istədi, amma alınmadı. Belədə isə şairliyin daşını atıb özünü yazıçı kimi təbliğ etməyə başladı. Dünyanın bir çox ölkələrində kitablarını nışr etdirdi. Di gəl bu kitablara dünyanın ehtiyacı nə idi, bu kitablar hansı yollarla işıq üzü gördü, bunlar açıqlanmadı. Əlbəttə ki, Kamal müəllimin Slavyan Universitetinin rektoru olması, Universitetdəki rüşvət və korrupsiya halları nəsə deyirdi.
Sən demə Kamal müəllimin başqa qazanc sahələri də varmış. Və bu sahələrdən biri də Universitet yeməkxanası imiş. Beləcə də camaatın boğazından kəsdiyi pullarla özünə xaricdə kitab çıxartdırırmış yazıçımız.
Konkret olaraq, bu günlərdə Kamal müəllimin bu əməlləri barədə şok faktlar keçib əlimə. Əslində atrıq məsələdən Baş Prokurorluq da, PA-da, DİN-də məlumatlıdır. Sadəcə Kamal müəllimin yeni oyunu mətbuata sızmayıb ki, o da bəndənizin görəvi olsun.
Demək məsələ belədir- Bakı sakini Paşayeva Ziyadə Yusif qızının əri, Türkiyə vətəndaşı Coşka Ali Mehmet oğlu 2006-ci ildə Slavyan Universitetinin yeməkxanasını icarəyə götürür və həmin dövrdə yeməkxana bərbad gündə olduğu üçün Kamal müəllimin Valid adlı təsərrüfat müdürü ilə razılaşıb yeməkxananın sökülüb yerində müasir tipli bir yeməkxana tililməsi üçün razılaşırlar. Əvəzində isə, Ali bəyin işə qoyduğu pul ödənincəyə qədər ondan icarə haqqı alinmamalıymış. Beləcə də Ali bəy 12000 dollar xər çəkərək yeməkxananı sökdürüb yenidən müasir üslubda tikdirir.
Amma bir ay çəkməmiş Valid müəllim Ali bəyin üstünü kəsdirir ki, bəs icarə haqqını ver. Ali bəy əvvəlki şərtləri xatırladanda isə, Valid deyib- mənlik deyil, Kamal müəllimin göstərişi belədir. Sonra da Valid Ali bəyi təhdid edib ki, Kamal müəllimin arxasında presidentə yaxın adamlar var, dediyi olmalıdır.
Beləcə də, Ali bəy hər ay 1500 dollar icarəhaqqı ödəməli olur.
2008- ci ildə isə Universitetdə əsaslı təmir işləri başlayır. Valid müəllim Ali bəyə bildirir ki, indi də Filologiya fakültəsinin yeməkxanasını təmir etməlisiniz, yeni avadanlıqlar almalısınız. Bütün pulları Kamal müəllim ödəyəcəkdir. Əvəzində isə Universitetin nəzdindəki şirniyayt sexi sizə veriləcək.
Ali bəy yenidən razılaşır. Amma Kamal müəllim sonradan bununçün də əlavə 15000 dolalr tələb edir.
Ailə məcbur qalıb bu pulu da ödəyir və Valid yenə də onları aldadır ki, pul 2009-cu ilin mart ayında sizə veriləcək. 04. 02.2009-cu ildə Valid müəllim vəfat edir və onun yerinə Hidayət adlı şəxs görəvə başlayır.
Ali bəy isə Hidayət müəllimdən 30000 manat tələb edir ki, bu pulu ver, hər şey sənin olsun, mən çıxım gedim. Əvvəlcə Hidayət müəllim 15 gün vaxt istəyir. Ali bəy Hidayət müəllimlə razılaşıb Türkiyəyə qayıdır. Bundan istifadə edən Hidayət müəllim yeməkxana işçilərinin yeməkxananı tərk etməsini tələb edir və bu əmrin Kamal müəllim tərəfindən verildiyini israrla qeyd edir. Beləcə də işçilər Universitetdən uzaqlaşdırılır.
Geri qayıdan Ali bəyə Hidayət müəllim heç nə verməyəcəyini, Kamal müəllimin belə istədiyini bildirir.
Belə olduqda Ali bəyin həyat yoldaşı Ziyadə xanım özü Kamal müəllimin qəbuluna gedir, pulunu tələb edir. Məsələnin artıq qəlizləşdiyini görən Kamal müəllim görür ki, Ziyadə xanımı aldatmaq çətindir. Buna görə də Ali bəyi qəbul edəcəyini, hər şeyin həll ediləcəyini bildirir. Beləcə də Ali bəy Kamal müəllimlə görüşür. Kamal müəllim istəyir ki, Ali bəyi aldadıb ondan kağız alsın ki, Kamal müəllimin ona heç bir borcu yoxdur. Bu plan baş tutmadıqda isə Kamal müəllim Hidayət adlı işçini işdən uzaqlaşdırır və yerinə Arif adlı bir şəxsi təyin edir. Arif adlı şəxs isə Ali bəyi aldadaraq ondan 35000 manat pul qoparır və bu pula çörək bişirən dəzgah alınır.
Bu olayın növbəti tələ olduğunu görən Ziyadə xanım yenidən Kamal müəllimin qəbuluna düşür və ailəsinin pulunu tələb edir.
Kamal müəllim təhdidə keçir:
-Əgər məndən bir də pul tələb etsən üstünə narkotik atıb səni tutduracağam, işçilərim də şahid duracaqlar.
Bundan sonra ordan uzaqlaşan Ziyadə xanım şikayət etmədiyi yer qalmır, amam dərdinə əlac tapılmır. Onkoloji xəstə olan Ziyadə xanım üstəlik əsəb xəstəliyi də tapır. Həmçinin Ali bəy də əsəb xəstəliyinə düçar olur. Ali bəy istəyir ki, işi Türkiyə dövləti vasitəsilə həll etsin, Türkiyı prezidentinə müraciət etsin. Amma Ziyadə xanım son ümid kimi Azərbaycan prezidentinə məktub yazmağı düşünür. Beləcə də prezidentə məktub yazılır. Məktubun surəti Ramil Usubova, Zakir Qaralova da göndərilir. Amma hələ də bir nəticə yoxdur.
Inanırıq ki Ziyadə xanıma bu ölkədə bir köməklik olacaqdır.
Şəxsən mən bir qələm adamı kimi bu olaydan çox utandım. Tanrı heç bir xalqa belə yazıçı, belə pedaqoq düçar etməsin.
Bəxtiyar Hidayət