Bizə dövlət lazımdırmı?
Həm 2002-ci, həm də 2009-cu ildə keçirilən referendumlar n…
"Nə qədər pulun olursa olsun, sürdüyün maşının markası hansı brend olursa olsun, intellektual potensialın nə qədər çox olursa olsun, zahiri keyfiyyətlərin standartlara cavab vermirsə, səni adam yerinə qoymurlar". Bunu mənə Avropada yaşayan bir dostum dedi.
İnsanı bilavasitə izah eləyən zahiri keyfiyyət onun paltarıdı. Əgər təmizliyi, gigiyenanı nəzərə almasaq belə, insanın geyimi ilə onun xarakterinin nə yerdə olduğunu görə bilərik. Ətrafınıza baxın! Bu haqda bir balaca düşünün. Nə gündədi azərbaycanlılar? Doğurdan, bu camaatın nəyini istəyirsənsə tənqid edə bilərsən.
Camaat hələ oyanmayıb və bu haqda belə düşünmürlər. Bunu siz etməlisiz. Ətrafını dəyişən, özünə çəkən oyanmış insandır. Bu aksiomadır. Bizim yaşadığımız bu mübarək torpaqda məntiqsiz paradoks dominantlıq edir.
Yolda Sumqayıta getmək üçün pul istəyən, eyni zamanda ana-bacımızın qeyrətini çəkən qaqaşların geyiminə bir nəzər salın. Bu, acınacaqlıdır. Elm insanların bir növünü müəyyən edib. Buna görə də onlarla eyni insan növünə daxil olduğuma görə utanıram. Hər tərəfi qara, gödəkcəsi qara, şalvarı qara, köynəyi, koftası qara, papağı qara, saçı, gözü, dərisi qara. Nə görüblər bu qarada anlamıram? Qara rəngi normal insan düşüncəsi ilə resenziya etsək, kobud, bəd, əhəmiyyətsiz, yaraşıqsız, mənasız, pis, ağır, zəif, axmaq, kasıb və nə qədər neqativ fikirlər mövcuddursa ona aid etmək olar. Həqiqətən fikir vermişəm, Azərbaycanın böyük mütəffəkirlərindən birincisi (s.a.s) buyurub: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Məsələyə bu aspektdən yanaşan gənclər isə qara sapın qiyməti ucuz olduğundan özlərinə elə ucuz və yuxarıda sadaladığım digər neqativ keyfiyyətləri özündə birləşdirən məhsullardan istifadə edirlər. Və inanın ki, bununla onlar özlərini, qüdrətli, hegemon, Polad Ələmdar potensiallı bir şəxsiyyət kimi sayırlar. Halbuki heç Ələmdarınkı ola bilmirlər, qalmışdı Polad.
Yaxın keçmişdə baş verən bir hadisədən danışım. Deməli, dostumla universitetdən çıxmışdıq nəyisə müzakirə eləyirdik, birdən "qırmızı makasin" fəsiləsinin bir neçə nümayəndəsi qabaqda at oynatmağa başladılar. Gah etik ifadə qaydalarını pozur, gah qeyri-insani səslər çıxarır, gah da "ana-bacı" adlandırdıqlarına söz atırdılar. Bu tip nədir axı? Niyə eyni kriteriyaya daxiləm onlarla bilmirəm! Onları canlı adlandırıram mən. Və mən o canlılardan çox qorxuram. Onlar Azərbaycan üçün ən böyük sosial təhlükələrdəndir.
Onları tənqid etmək elə də əziyyət tələb edən iş deyil. Amma Azərbaycan xanımının da düzgün geyimi yoxdur inanın mənə. Özlərini dəhşətli dərəcədə sıxırlar. Cəmiyyətin fikri onlar üçün çox əhəmiyyətlidir. Əgər bir fərd öz azadlıqlarını kütləyə görə sındıdırırsa, o cəmiyyətdə proqresdən söhbət gedə bilməz. Fərdi keyfiyyətlər çox həssas bir şeydir və belə həssas bir arzuları cəmiyyətin, geridə qalmış, düşüncə qabiliyyətini itirmiş ağsaqqalar və ağbiçəklərin sözü keçən bir qruplaşmaya qurban vermək avamlıqdır. Əziz xanımlar, siz insani keyfiyyətləri obrazlı şəkildə desək incə və zərif biruzə verən varlıqlarsınız. Biz kişilərin gözlərini oxşamaqdan, gözəlliyinizin maksimal səviyyəsini sübut etməkdən, mövcud olan varlıqlarınızı göstərməkdən ulu babalarınızın qoyduğu totalitar qaydalara riayət edərək ucuz, zövqsüz, kasıb, solğun rəngli paltarlar geyinirsiz.
Təfəkkürünüzü rəndələyin. Konservativ fikirləri atın. Stereotipləri sındırın. Azad olun. Rahat olun. Azadlığınızı babalaranıza, cəmiyyətə, kütləyə, ən əsası da qoyun sürüsünə satmayın.
Nurlan Osmanlı
Kultura.az