post-title

Dövlətimiz və Gəncliyimiz

Bu günlərdə rastıma 2 fevral 2013-cü il tarixli rəsmi "Xalq" qəzeti çıxdı.

 

Dövlətimizin gənclər siyasəti: uğurlar və gözləntilər adlı yazıdan bir neçə cümləni olduğu kimi yazıram:

"1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüququ aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərə iş sahəsinin hüququ əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin gənclərə göstərdiyi diqqət va qayğı (diqqət və qayğı sözləri "lazım gələrsə" kimi məhşur sözlərdi - müəllif) onların istər elm, mədəniyyət, istərsə də idman sahəsində getdikcə çoxluq təşkil etməsində zəmin yaradır. Ulu öndər gəncliyin inkişafı dövrünü belə xarakteriza etmişdir:“Gənclər siyasətinin formaşlamasının birinci mərhələsi çox çətin idi. Üstəlik, dövlətin gənclərlə ciddi sürətdə məşğul olması üçün vəsait də yox idi. Azərbaycanda iqtisadi hərc-məclik və dağıntı höküm sürürdü. Gənclər, necə deyərlər, yada düşmürdü”

1994-cü illəri başa düşdük, vəziyyət ağır idi, müharibə dövrü idi, hakimiyyət təzə ələ keçmişdi, o illərdə yan-yörənizi bərkidirdiniz, indi nə uydurmalar var? Yazıq deyilmi bu qədər günahsız gənci şikəst etmək. Hanı diqqət? Ordu bərbad gündədir, regionun lider dövlətinin əsgərləri bit-birə içindədir, atəşkəs dövründə hər gün bir əsgər ölümü xəbərini eşidirik. Təhsil, səhiyyə - demək olar ki, bütün sahələr bərbad gündədir.

Bəli, ölkədə gənclərə diqqət var, son günlər 10-a yaxın gənc hakimiyyətin sifarişi ilə qondarma ittihamlarla, şərlənərək həbs olunublar. Kimisi tələbədir, kimisi valideyinsizdir, kimisinin həyat yoldaşı hamilədir, kimisinin ailə dolanışığı çox aşağı səviyyədədir.

Belə qəfil hadisələrin xəbərlərini eşidəndə sadəcə məni bir sual maraqlandırır, böyüyündən tutmuş, hökmü oxuyan hakimlərə qədər. Görəsən bu fərmanı verəndə heçmi vicdan sızıldamır?

Elvin Baycan

Kultura.az

Yuxarı