post-title

N!DA - Gəlirik!

O vaxt Adnan Hacizadə və bir neçə gənc bir ilkə imza atdılar. Satirik video çəkdilər və çox sərt şəkildə cəzalandırıldılar. Amma ardından nə oldu? Elə bil gənclik dalğası gəldi və elə şeylər çəkdi ki, indi həmin məlum eşşək videosu heç nə görsənir.



Cabbar Savalan facebookda ilk dəfə hakimiyyət haqqında kəskin status yazdı və dərhal şərlənərək həbs olundu. Sonra noldu ? Elə bir gənclik gəldi və elə kəskin statuslar yazdılar ki, indi Cabbarın yazdığı heçnəymiş kimi görünür.

Qubada ilk dəfə əhali icra başçısına qarşı çıxdı. İcra başçısı istefaya göndərilsə də etirazçılar da represiyaya məruz qaldılar. Sonra noldu ? İsmayıllı elə bir alov qaladı ki bir həftə əsir-yesir qaldılar əlində.

İlklərə imza atanlar çox şeyin əsasın qoymaqla yanaşı, ən əsası özündən sonrakı dalğanı daha güclü qıldı. İndi yeni etiraz mədəniyyəti formalaşıb, fərqli və qarşısı alınmaz. Məntiqi ardıcıllıq Azərbaycanın bütövlükdə bir ilkə imza atmağına doğru gedir.

N!DA

Yuxarı