"Mən danışmayım, nəyimə lazım?", "o danışmasın uşaqdır", "bu da danışmasın universtətdən qovarlar" və s.. Qardaş, bəs kim danışsın? Bəlkə, Hacıbəy danışsın? Bəli siz nə qədər ki, danışmayacaqsınız, "hacıbəykimilər" çıxıb siyəsətdən danışacaq. Amma Hacıbəy öz istədiyi kimi danışacaq, sizin demək istədiklərinizi deməyəcək.
Bu il girəndən ard-arda mitinqlər olur. Kim qatılıb o mitinqlərə təşkilatlardakı uşaqlardan başqa? Nədi, NİDA, ya AGT olmasa öz sözünüzü deyə bilməyəcəksiniz?
Çayxana, facebook, çayxana. Oturub kimisə "pis oğlan" çıxarmaqla məşğul olmaqdansa, mitinq vaxtı meydana çıxın. Heç nə yox, hər gün evdən çıxanda atanızdan 2 manat istəməyə utanmırsınız? Sizin hərənizin ən azı 20-21 yaşınız var. Bu yaşda sizin çox şeyiniz ola bilərdi, amma olmur. Bilirsiz niyə, çünki tənbəlsiniz, qorxaqsınız.
Boynunuz öküz boydadır. Metroda təsadüfən çiynin toxunur, az qalır caamatın içində tutub qayırasınız adamı. Amma "sabah mitinq var, gəl" deyəndə ağız büzürsünüz. Heç utanırsınız mitinq günü skamyaların üstünə çıxıb ordan tutulan uşaqlara baxanda? Ya da özünüz kimi eybəcərin biriylə qol-qola girib irişə-irişə gülüb keçəndə?
Neyniyək söyüş qoyaq ki, mitinqə çıxmayan peysərdir ya necə? Söyüş qoysaq çıxarsız? Ay adam, niyə başa düşmürsən ki, hər şey bizim gələcəyimiz üçündür. Biz niyə çıxırıq o meydanlara? Qrant alırıq kimdənsə? Qrant alanın atasına lənət.
Heç nə edə bilmirsən, heç olmasa yazılanları, çəkilən videoları paylaş, insanlar görsün həqiqətləri. Çağırış elə caamata. Vallah ağız büzməkdən yaxşıdır. Sizi bildik bəs o biriləri? Universtetdən qovulmaq qorxusu ilə yaşayan debil yığını. Tüpürüm o universtetə ki, ordakı dekan mənim qrup yoldaşımla yatıb ona qiymət yazır.
Oxuduğunuz onca kitab nəyə lazımdır axı, bir dəfə mitinqə çıxıb etiraz edə bilməyəcəksinizsə?
Haçana kimi qardaş? Nə vaxta kimi? Gözləyirsiz neft qurtarsın Əliyevlər, Mehdiyevlər bu ölkəni səfil günündə qoyub getsin? Düşək Somalinin, Qvatemalanın gününə?
Onda mitinq günü meydana çıxmaqdansa, kafedə şaurma sifariş verə bilməyəcəksiniz. Çünki onda şaurma olmayacaq. Çünki çörək də olmayacaq.
Bir az ləyaqətiniz olsun. Ayağa qalxın! Sındırın steriotipləri. Ölmək ölməkdir xırıldamaq nəyə lazım?!
Televizorda baxdınız həbs olunan uşaqlara? Əminəm ki, baxıb söymüsünüz o uşaqları. Valideynləriniz də söydümü? Əminəm ki, söydülər. Hələ üstəlik sizə də bərk-bərk tapşırdılar ki: "Nə badə o uşaqlara qoşulasınız!" Siz də vəd verdiniz ki, bu dünyada bir mən qalam birdə müxalifətçilər gedib onlara qoşulmarıq. Biz əhd eləmişik ki, ömrü boyu yatacağıq.
Bu yazını oxuyub "bu gədə bizi təhqir elədi" deyib mənə söyənləri çıxmaq şərti ilə yerdə qalanlara nədən başlamaq lazım olduğunu deyirəm, gəlin təşkilatlara üzv olun. Sizə həqiqət lazımdırsa, bizim aramızda olun! Həqiqətləri bizim içimizdə tapacaqsınız.
Kamran Su
Kultura.az