post-title

Dünyanı qadınlar idarə etsəydi...

Dünyanı qadınlar idarə etsəydi, nə olardı? - Bill Clintonun prezidentliyi dövründə Ağ Evin mətbuat katibi, indi isə siyasi təhlilçi olan Dee Dee Myers bu məsələni müxtəlif tərəflərdən araşdırır.

 

ABŞ-ın keçmiş dövlət katibi Condoleezza Rice deyib ki, onun öz vəzifəsində müşahidə etdiyi bir həqiqət budur ki, istənilən sülh prosesində mütləq qadın iştirak etməlidir.

İrlandiyanın keçmiş  prezidenti Mary Robinsonun sözlərinə görə, qadın rəhbər olanda görülən işlərə gələcək nəsillər perspektivindən daha çox baxır.


Mary RobinsonMary Robinson
​​Tədqiqatlara görə, qadınlar və kişilərin idarəçiliyi fərqlidir. Ancaq fərq nədədir?
ABŞ-da ölkənin təhlükəsizliyi katibi Janet Napolitanonun müşahidəsinə görə, qadınlar daha çox “komanda oyunçusudurlar” , konfiktə isə kişilərə nisbətən az gedirlər.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde deyir ki, qadınlarla kişilərin eyni problemə müxtəlif cür baxması problemi həll etməkdə əsil sərvətdir. Ona görə də onun   rəhbər vəzifəli qadınlara məsələhəti budur ki,  bir problemi həll edəndə qadın rəhbər  özünü kişi kimi aparmasın.

ABŞ Konqresində Nümayəndələr Palatsının ilk qadın sədri Nancy Pelosi isə qadınlara məsləhət görür ki, özlərini nəinki kişilərə, hətta bir-birlərinə də oxşatmasınlar, çünki hər bir insan unikaldır, “bu işi heç kim sizin kimi görə bilməz”. Onun  hər bir qadına tövsiyyəsi budur ki,  "uğur qazanmaq istəyirsən, özün  kimi ol!".

20 TRİLYON

Condoleezza Rice-in başqa bir maraqlı fikri budur ki, qadınların rifahına cəmiyyətin ehtiyacı var.

Bu fikri izah edən Myers yazır ki, qadınlar keçən  bir ildə 20 trilyon dollar pul xərcləyiblər. 2014-cü ildə isə 28 trilyon dollar xərcləməlidirlər.

Myersin fikrincə, qadının əlinə pul daha çox gələndə o, öz ailəsinə daha keyfiyyətli yemək alır, uşaqlarını daha yaxşı məktəbə aparır və s. Faktiki olaraq qadınlar daha ekoloji mühitə, daha yaxşı tədrisə , daha yaxşı səhiyyəyə invesitisiya edirlər.
Myers yazır ki, qadının rifahına investisiya təkcə yaxşı ictimai münasibət deyil, bu, strateji məcburiyyətdir.

8 MARTDA AYRI-SEÇKİLİYƏ MƏRUZ QALAN KİŞİLƏR     

8 Mart Beynəlxalq Qadınlar Günü Əfqanıstandan tutmuş Zambiyaya qədər 20-dən çox ölkədə rəsmi bayram və istitrahət günüdür – həm qadınlara, həm də kişilərə.

Ancaq 4 ölkə - Çin, Nepal, Makedoniya və Madaqaskar istisnadır. İstirahət kişilərə aid deyil.

QADINLAR AYI

Bəzi ölkələr “qadınlar günü”nü ləğv etməyə çalışıb, əvəzində “qadınlar ayı” qazanıb.

SSRİ dağılandan sonra Ermənistanda 8 Mart qadınlar günü də ləğv olundu, bunun yerinə 7 Aprel Gözəllik və Analıq günü təsis olundu və 7 aprelə dövlət bayramı statusu verildi. Ancaq adamlar 8 Martı bayram etməkdə davam edirdilər və nəticədə bu iki bayramla bağlı hətta ictimai diskussiyalar oldu və qərara gəlindi ki, bu iki bayramı  barışdırsınlar.

Barışıq qərarı belə oldu ki, martın 8-dən aprelin 7-sinə kimi “Qadınlar Ayı” olsun.

Elxan Nəsibli

Azadliq.org

Yuxarı