post-title

Emin Millidən çağırış: Bu yolda ölməyə də, həbs olunmağa da hazıram!

Bu il İlham Əliyev prezident olmayacaq. Bu ilin sonunda hakimiyyət dəyişəcək, əsgərlərimizi qətlə yetirilməyəcək, saxta dərmanlar satılmayacaq, iş adamlarının gömrükdə soyulmasına, vergilər nazirliyinin reketinə son qoyulacaq. Mən bunu söz verirəm. Bunu bacar bilərik. Mənə inanın. Erkinə inanın, İsa bəyə inanın, Əli bəyə inanın, İlqar bəyə inanın, Bəxtiyara inanın, Rüstəm bəyə inanın, Rafiq Əliyevə inanın. Budur Sizin maraqlarınızı bu gün müdafiə edə biləcək qüvvə!

 

Yeni Birləşmiş Demokratik Hərəkatın Televiziyası Apreldən efirdə! Gündə bir saat! Dəstəkləyin! Millyonlar bizi izləyəcək! 

Aprel ayından başlayaraq birləşmiş demokratik hərəkatın öz televiziyası efirdə hər gün axşamlar bir saat satelitdən efirə gedəcək. Millyonlarla insan bizim dediyimizə baxa biləcək! Aprel ayının pulunu mən özüm verəcəm. Bir evimi satdım və işə başlayıram!

Azərbaycanda, Russiyada, Amerikada, Avropada və Türkiyədə qeyrətli Azərbaycanlılar axtarıram. Azərbaycanda bu il hakimiyyəti dəyişmək istəyən və mənə inanan insanlar axtarıram. 

Şəxsən mənə, Musavata, AXCP-yə, REALa, Ziyalılar Forumuna, İsa bəyə, Əli bəyə, Rüstəm İbrahimbəyova, Eldar Namazova, Rafiq Əliyevə, Erkin Qədirliyə inanan, bu insanları hər gün efirdə görmək istəyən, bu insanların BİRLİKDƏ Əliyevin feodal sisteminə qarşı birləşib millyonlarla insanları birləşdirib bu il dəyişimə inanan və bu dəyişimi maddi cəhətdən dəstəkləyə bilən Azərbaycanlılar axtarıram.

Bu il İlham Əliyev prezident olmayacaq. Bu ilin sonunda hakimiyyət dəyişəcək, əsgərlərimizi qətllə yetirilməyəcək, saxta dərmanlar satılmayacaq, iş adamlarının gömrükdə soyulmasına, vergilər nazirliyi tərəfindən reketinə son qoyulacaq. Mən bunu söz verirəm. Bunu bacar bilərik. Mənə inanın. Erkinə inanın, İsa bəyə inanın, Əli bəyə inanın, İlqar bəyə inanın, Bəxtiyara inanın, Rüstəm bəyə inanən, Rafiq Əliyevə inanın. Budur Sizin marağlarınızı bu gün müdafiə edə biləcək qüvvə!

Satqınlar, bitərəflər, bişərəflər bu il öz cəzalarını alacaqlar! Qanun qarşısında cavab verəcəklər! Televiziya yalnız ilk addımdır! Bu yaxınlarda çoxlu yeniliklər görəcəksiz. Dəstəkləyin! Maşınızı, evinizi satın, qoşulun! 

Dünən tez idi, sabah gec ola bilər, demokratik inqilabı BU İL, BU AYLAR ərzində etmək lazımdır!

Mən hər birinizdən dəstək istəyirəm! 100 avro, 300 avro, 500 avro, 1 000 avro, 10 000 avro! Başlayaq! Aprel və May aylarında mən özüm 60 000 Avro xərcləyəcəm. 

Mənə iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün pul tapın! AMMA İNDİ BU AY BU PULLARİ TAPAQ! Biz bunu edə biləcəyik!

Biz yalnız Martın 10 etiraz etmirik! Biz BİR hərəkat qurub, Əliyevi hakimiyyətdən götürüb QANUNLARLA yaşayan Azərabaycan tikirik. Biz xaos deyil, stabil və inkişaf edən AZərbaycan uğrunda mübariz aparırıq! 

Bu yolda ölməyə də, həbs olunmağa da hazıram!


https://www.facebook.com/emin.milli

Yuxarı