post-title

Rebekka Vinsent” Mən azad Azərbaycana qayıdacağam”

İnsan hüquqları müdafiəçisi Rebekka Vinsent Azərbaycandan qovulması ilə bağlı öz Facebook səhifəsində müraciəti dərc edib.

 

 
Əziz dostlar, çoxunuz bilirsiniz ki, mən artıq Bakıda yaşamıram. Bunun səbəbi odur ki, Azərbaycanda məni istəmirlər.
 
Məni hüquq-müdafiə fəaliyyətimə, əsasən dekabrda həyata keçirdiyimiz  “Demokratiya naminə incəsənət” kampaniyasındakı işimə görə faktiki  olaraq ölkədən qovublar.
 
Əslində təqib olunmağımda təəccüblü bir şey yoxdur, lakin zaman və hakimiyyətin bunu etmək metodu məni qəflətən yaxaladı. Ölkəni tərk edərək Böyük Britaniyaya Milad Bayramına getdikdən sonra mənə bildirdilər ki, mənim immiqrasiya sənədlərim dondurulub. Nə oğlumun, nə həyat yoldaşımın, yalnız mənim sənədlərim dondurulub, həm də heç bir açıqlama verilmədən. Bu o deməkdir ki, mən və  20 aylıq oğlum təxminən üç ərzində evimizə qayıda bilmədik və ailəmiz iki yer bölündü, belə ki, həyat yoldaşım iki ay öncə Bakıya işə qayıtdı.
 
Azərbaycana tezliklə qayıtmaq ümidi ilə özümü təmkinli apardım. ABŞ səfirliyi Azərbaycan hakimiyyəti ilə danışıqlar aparmağa çalışırdı. Sonda mənə belə bir təklif etdilər – öz fəaliyyətimi dayandırsam ölkəyə qayıda bilərəm. Mən həvəssiz olaraq razılaşdım, düşündüm ki, bu, ailəmin birləşməsinə  və ölkə daxilindəki dostlarıma yardım göstərilməsinin yollarını tapmağıma imkan yaradar. Lakin yüksək vəzifəli məmurlar arasında fikir müxtəlifliyi səbəbindən bu təklif baş tutmadı. Mənə belə gəlir ki, bəziləri inanmırdı ki, mən həqiqətən fəaliyyətimi dayandıraram və mənim əvvəlkitək dostlarımla görüşə biləcəyimdən narahat olurdular.
 
Mən öz şəxsi vəziyyətimə bağlı hadisənin üstündə çox dayanmaq istəmirəm. Avtoritar ölkədə insan hüquqları sahəsində fəaliyyət göstərmək müəyyən risk tələb edir. Mən Azərbaycanda çalışdığım yeddi il ərzində təzyiqlərə məruz qaldım.
 
Bəxtim gətirdi ki, həbsə düşmədim, ya da ki mənə hücum olmadı. Mənim yerli dostlarımın və həmkarlarımın çoxları bu cür hallara məruz qalıblar. İndi mən onlarlayam ki, beynəlxalq diqqəti ölkədəki insan haqları ilə bağlı ağır duruma yönəldə bilək. Çünki bu, son üç ayda nəzərəçarpacaq dərəcədə pisləşib.
 
Mən ədalətə nail olmaq, Azərbaycanda ailə həyatının və şəxsi həyata hörmətlə yanaşılması hüququ ilə bağlı pozuntu hallarını aydınlaşdırmaq ümidi ilə Avropa İnsan Hüquqları Məhkəməsində məhkəmə iddialarına təşəbbüs göstərəcəyəm.
 
Mənim üçün ən ağır olan hiss hər şeyin natamam qalmasıdır – Bakıdakı həyatım, işim, ilk növbədə mənim dostluğum. Azərbaycanda demokratik inkişaf və insan haqlarının müdafiəsi uğrunda çox mübarizə aparmağımın səbəbi odur ki, adamların əksəriyyəti öz hüquqları uğrunda mübarizəni mənə nisbətən daha ağır şəraitdə aparırlar və onların səsləri mütləq eşidilməlidir.
 
Xoşbəxtəm ki, sizlərdən çoxunu öz dostlarım hesab edə bilərəm və bu ölkədə sizinlə birlikdə çalışdığım anların qiymətini biləcəyəm.
 
Siz mənim həyatıma güman etdiyinizdən də çox daxil oldunuz. Lakin əminəm ki, nə zamansa daha azad Azərbaycana qayıdacağam. Hiss edirəm ki, nəsə dəyişməyə başlayır, adamlar təqiblərə və korrupsiyaya qarşı üsyana qalxırlar. Mən istənilən halda azadlıq uğrunda mübarizəyə yardım etməkdə davam edəcəyəm, bunu xaricdə də etmək mümkündür.
 
Hörmətlə, 
 
Sizin Rebekka 
Yuxarı