Nərmin Kamal: "Eynəklə rusca, eynəksiz azərbaycanca"
İnsan obrazlardan asılı varlıqdır. Bu məsələ o qədər ciddidir ki, beş yüz il əv…
Dərd o deyil ki, Əkrəm Əylisli oğraş yuxulari (rusca tərcüməsi: “Cукины сны”) yazıb. Dərd başgadir. Hələ o qədər potensial Əkrəm Əylislilər var ki... Onlar unisex yuxuları, mavi yuxuları, satqın və xainin yuxularnı yazacaqlar... yazacaqlar öz həqiqətlərini yuxu kimi. Çünki neçə illərdi kayfdadırlar.
Heç təəccüblənmirəm də. Əylisli ilə digərləri arasında heç bir fərq də yoxdur. Hələ bəlkə Əylisli yazıla biləcək dəhşətli bir yazıının qarşısını alıb....?! onlarla onun arasında nə fərq var ki... Bunlar öz həyatlarının içində yaşaya bilməyib, başqalarının həyatının çolündə yaşayanlardı (sürünənlərdi) indi durum qışqırım Əkrəm pisdi, bizi biabır elədi, başımızı yerə soxdu...? Onda gərək çox qışqıram boğazım cırılana qədər,,, damarlarım şişib, gözlərim cilvəsindən çıxana qədər,.. Onlar çox, boğaz bir dənə,,, qışında bu günündə... indi əllərinə girəvə düşüb Əkrəmin yazdığı alçaqlıq üstündə ucalıb, nakişilik üstündə kişiləşirlər. Sanki hər şey elə bu yuxuların başındaymış.. Hamı ayıldı və sabahdan qırmızı kitabdakı namus, qeyrət sözləri, olacaq dillər əzbəri.. Hər şey əla idi, Əkərm korladı.. Əkrəm elə kor idi də... Boyu balaca, gözləri də nestandart fındıq boyda.. Nə yuxarıdan baxa bilir, nə də böyük formatda, necə görübsə, necə anlayıbsa və o momentdə qanının hansı tərkib hissəsi klapandan necə keçibsə elə də yazıb... Bu elə qələt eləyib ki, o birsi qələt eləyənlər indi sevinirlər... Çoxlarını sevindirib Akrem. O qələt eləyənlərin arasında elələri var ki, Əkrəm onların əlinə su töküb sonra da silib qurulayıb....
Biri var idi ...(kaş ki yazaydım biri yox idi) fransızın, Bakıda, Azərbaycanlı qadını, ərinin xəbəri ola ola, altına salmasından, sonra da əriylə yeyib içdiyindən film çəkib və elə Bakıda da filmin ilk numayişini təşkil edib... O qələt eləyənlərdən biri də Dədə Qorqudu pis kökə salıb dilənçi günündə göstərmişdi. Mehdi Hüseyni çattadıblar,,, ondan da əvvəl bunların güdazına Müşviq gedib.. Nə isə... sadalamağnan bitən şey deyil ki... və özlərinə iyrənc ədəbi mühit yaradıblar... Bu ədəbi mühit Stalin mukafatından tutmuş Azerbayjan Dövlət mukafatına qədər, stalinkalardan tutmuş, xüsusu yazıçılar evinə qədər, “Pobeda”lardan tutmuş “Mersedes”lərə qədər, cürbəcür imtiyazlar və imkanlardan qurulmuş bir mühitdir. Hər şey olub bu ədəbi mühitdə, hər şey. Hətta qızıl eynək də. Amma ədəb və ədəbiyyat olmayıb. Sabirlərin, Cəlillərin, Müşviqlərin ruhlarını mənimsəyib" ruhani" olmaqla olmur bu iş... Üfunət iyi gəlir bu mühitdən...
Qınamıyın Əkrəmi, söyün, nə istəyirsiniz deyin, ancaq qınamayın...Çünki, adamın qını yox! Adamın yetişdiyi mühit bəlli.. Hələ bu mühitdən bir nəfər xalq xilaskarı, millət fədaisi çıxmayıb.. Heç vaxt təhlükəyə qalxan olmadılar... Gah belləri ağrıdı, gah orda olmadılar, gah da nəsə oldu, amma qalxan olmadi ki, olmadi.. Ad və mükafat paylananda isə xalqın ziyalısı oldular. Addan ötrü elə hay–həşir saldılar ki, elə bil ataları bunlara ad–zad qoymayıb, indiyəcən filankəs olublar.. Bunlara xalqın ziyalısı adından çox, xalqın ziyanlısı adı yaraşır. Hərdən bir çıxıb TV–yə küy salırlar... erməni bizim sari gəlini oğurladı, erməni bizim dolmanı oğurladı, erməni bizim xalçanı oğurladı... Bir dəfə də olsun yazıb deməzlər ki, erməni bizim musiqimizi, mətbəximizi, sənətimizi oğurlayır... Hələ də bunlar üçün erməni xırda cibgir kimidi, elə də böyük cinayətkar deyil... Bəs bunlar neynirlər, nədən yazırlar?
Qarabağdan. Qarabağ da olub bunlara sovet dövrünün heykəltaraşlarının Lenini. Və ya köhnədən qalma nəyləri varsa, əyninə darkəsim şalvar geydirib atarlar ortaya.. Cəmiyyətin yeyib içən nərindən kənar düşən kimi də, yığışıb bir ittifaq düzəldirlər. Bəs o birsi ittifaqdakılar kimlerdi?? Burasını çox yaza bilmirəm, çünki bu yuxu görənlər bunu da yuxuda görüb başqa yerə yozacaqlar... Maşallah bizdə də yuxu görən nə qədər istəyirsən.. Birdən biri zəng eləyir – “səni yuxuda görmüşəm”. 20 ildi heç həyatda görməyib. Mən heç yata bilmirəm, bunlar özlərinə xeyirli yuxu görürlər. Neçə illərdir yatırlar. Bu yazıq da onlarnan bir yerdə yatıb.. Nəticəsi də bu... yuxu doğub.... Jorge Luis Borgesin hekayəsi yadıma düşdü. Bir ispan dillinin İranda basdırılan bir küp qızılı yuxusunda görməsi. Oxuyub Əkrəm Jorge Luis Borgesi, oxuyub. Yoxsa heç ayıq vaxtı düzü görməyən yuxuda yalanı necə görərdi. İndi də deyəsən yavas- yavas potensial Əkrəmlər, Əkrəmə sətiraltı münasibətdə bulunmağa başlayıblar.. Qorxulusu bu oğraş yuxular deyil ,!, Qorxulusu elə bu sətiraltındakılardır!
Barat Abdullayev
Redaksiyadan: Yazıdakı fikirlərə görə redaksiya məsuliyyət daşımır və bunlarla razılaşmamaq hüququnu özündə saxlayır. Orfoqrafiyaya toxunulmayıb.