Bizim mübarizəmiz
Hər iki kitab müəllifin publisistik yazılarının yalnız bir h…
Son zamanlar yazıçı Əkrəm Əylisliyə onun "Daş yuxular" romanına görə Azərbaycanda hər tərəfdən məqsədyönlü şəkildə təşkil olunmuş hücumları izləməkdəyəm. Bu artıq bütün sərhədləri aşaraq demək olar ki, təqib, repressiya, insan haqları pozuntusu halını alıb. Bunları görcək mən heç cür suasa, bu vəziyyətə öz etirazımı bildirməyə və yazıçını dəstəkləməyə bilmərəm.
Mən artıq 10 ilə yaxındır ki, Azərbaycan yazıçılarıyla dostluq edirəm. Onlarla birgə müxtəlif ədəbi layihələr hazırlayıram. Onları tərcümə edirəm. 2006-cı ildə mənim redaksiyam altında "Qafqaz evi" nəşriyatı tərəfindən müasir Azərbaycan poeziyası antologiyası işıq üzü görüb. Qeyd edim ki, bu böyük layihənin bir hissəsi idi və bu əsnada mən müasir Gürcü və Erməni poeziyası antologiyasını da hazırlamışdım. Antologiya nəşr olunduqdan sonra Bakıya səfərim zamanı məni Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv qəbul etdilər və mən bunu minnətdarlıqla qəbul etdim. Bundan sonra mənim Azərbaycan yazıçılarıyla yaranmış işguzar və dost münasibətlərim indiyə qədər də davam edir.
Lakin Əkrəm Əylisli ətrafında yaranmış bu vəziyyətdə, AYB yazıçını müdafiə etmək əvəzinə onu ittiham edən tərəf olduğu üçün mən bu birliyi tərk edirəm. Əminəm ki, bu qərarım Azərbaycan yazıçılarıyla əsl münasibətlərimizi daha da möhkəmləndirəcək və saxta münasibətlərin qarşısını alacaq.
Şota İataşvili
Gürcü yazar,
Gürcüstan PEN klubunun üzvü,
"Saba" mükafatı laureatı (2007; 2011)
Beynəlxalq "Kiyevskie lavrı" poeziya mükafatı laureatı (2009)
20.02.2013