Müslüm Maqomayevə qismət olmayan an – “Baharın 17 anı”
45 il öncə, 11 avqust 1973-cü ildə “Baharın on yeddi anı” filminin nümayişi baş…
1905-ci il. 20 yaşı vardı. “Peterburqskiye vedomosti” qәzetinin 210-cu nömrәsindә mənsub olduğu millət Maqda Neyman imzalı yazı ilə Şimali Amerikada yaşayan vəhşi qızıldərililərlə müqayisə olunurdu. Buna cavab olaraq Bakıya yeni gəlmiş gənc müəllim “Həyat” qəzetinin 10 sentyabr 62-ci sayında “Bir xanım əfəndinin bizlərə hüsnü-təvəccöhü” adlı yazı yazır.
Yazıda Maqda Neymanın məqaləsindən bir sitat verir: “Mәnim rәyimә gәlincә, әsrlәrcә şәhavәt vә sui-rәftar üzrә güzәran edәn vә bundan naşi zatәn sәqi vә şәrir olan Teymurlәng ordusu nәslini (yәni biz türklәri) Şimali Amerikanın “qırmızı dәri” vәһşilәrini mәdәnilәşdirmәk namümkündür... Bizim müһәrrirlәrin bәzisi iqnaiyyәt izһar edәndә ki, guya mәrifәt, elm vә әdәb ilә Zaqafqaziya türklәrinin xülq vә xasiyyәtlәrini tәbdil edәrәk, onları rus mәdәniyyәtinә tәrfi etmәk olar, onda mәnim gülmәyim tutur. Әcәba, bu yırtıcıların tәbiәti-cinsiyyәsinә mәdәniyyәtin bir tәsiri olarmı?”
Üzeyir bəy, bu iddiaya cavab verərək yazır ki, doğrudur, Avropa millətlərinə baxanda yarımvəhşiyik, amma Avropa xalqları mədəniyyəti ana bətnində qazanmayıblar, ona görə də indi işıqlı qapı üzümüzə açılıbsa, türklərin də avropalaşması üçün səy göstərilməlidir. Neymanın ilk iddiasına Üzeyir bəy belə cavab verir: “Hәrgaһ türklәr elm vә mәrifәtә zidd olsaydılar, mәktәb açmaq istәrdilәrmi? Türklәr “qırmızı dәri” vәһşilәr tәk olsaydılar “һaqq” lәfzini anlayardılarmı? Hüquqda müsavi olmağı tәlәb edәrdilәrmi? Heç nә... Görünür ki, xanımın qәlәm, mürәkkәb vә kağızı müftә imiş”.
“Peterburqskiye vedomosti” qəzetində Neymanın ikinci iddiası belə idi: “Yaxşı olardı ki, bileydik, görәk onlar (türklәr) o mәktәblәrdә nә dildә dәrs verәcәklәr. Axı, onlar әsrlәrcә özlәrinә әdәbiyyat vә әdәbi dil icad edә bilmәdilәr? Siz deyirsiniz ki, onlar qәzetә nәşr vә kitab tәlif etmәk üçün fars vә Osmanlı dillәri ilә mәnfәәtbәrdar olarlar? Onda nә olsun. Bәs biz onların Osmanlı vә fars ilә ruһani müttәfiq olmalarına kömәk edәcәyik? Nә mәnzur ilә? İttiһadi-islam әһәmiyyәti üçünmü?”
Üzeyir bəy isə bu iddiaya belə cavab verir: “Әcәba, xanım bilir ki, türk kimdir vә nә dildә danışır? Mәlum ki, bilmir vә illa belә cәfәngiyatı bilәn adam yazarmı? Xanımın qulluğuna әrz olsun ki, türk dili әmәlә gәlir әrәb, fars vә mәһz türk dilindәn. Yәni türk dili ibarәtdir üç dilin bir-birinә qatışmasından. Ancaq xanım elә güman etmәsin ki, guya biz türklәr fars vә әrәb dilini dünәn öz mәһz türk dilimizә qatışdırmışıq. Xeyr! (biz vәһşi tayfayıq, bizdә o fәrasәt һanı)?! Әrәb vә fars dili min ildәn bәri türklәr arasında işlәndiyinә görә, әlһal, türklәrin öz ana dili olubdur...Bizim dilimiz sarıdan xanım arxayın olsun. Vә dilimiz ilә tanış olmaq istәyirsә, qәzetimizi mütaliә etsin”. İttihadi-İslam məsələsinə isə Üzeyir bəy bildirir ki, Rusiyanın durbin şəxsləri çoxdur, onlar bilir ki, türk tayfasının әn ümdә mәtlubi ruslarla müttәһid vә müttәfiq olmaqdır.
Məqalənin sonunda Üzeyir bəy Neymanın əsl məqsədinin onun yazısından sitat gətirərək açıqlayır: “Qafqaz türklәrinin cәmi bәyzadәlәri vә xanları quldur vә soyğunçudurlar. Zәһmәtkeşliklә işlәri yoxdur. Onların yerlәrini әllәrindәn alıb, rus müһacirlәrinә vә yainki Osmanlıdan qaçıb gәlәn ermәnilәrә vermәliyik. Özlәrini dәxi buraxmalı, o yol, o da onlar, qoy һara istәyirlәr getsinlәr. Vә qalanlarının da әslәһәsini alıb, һüququnu tәһdid edib, özlәrini dә һәr һalda (zinһar) sıxıb incitmәk...”
Üzeyir bəy, bu iddiadan dəhşəti gəlir və yazısını belə bitirir: “Düşündünüzmü qarelәr, ürәyi nazik xanımın qәsdi nәdir? Biz türklәri vәһşi һeyvan mәnzilәsindә tutaraq, rәftar etmәk.
Әcәba, һansı әһli-insaf belә dәһşәtli sözlәrdәn nifrәt etmәz? O sözlәri yazandan ictinab etmәz?
Bәdbәxt türklәr! Böһtan, kizb vә iftira altında qol çalan türklәr! Biinsaf vә bimürvәt vә bivicdan müһәrrirlәr qәlәminin oynağı olmuşsunuz. Hәr әli qәlәm tutan sizin barәnizdә bir iftira yazmasa olmaz! Әcәba buna sәbәb nәdir? Qafqaz iğtişaşatıdırmı? Elә isә, genә bәdbәxt türklәr...”.
İyirmi yaşı vardı. Kənd müəllimi Bakı kimi şəhərə qədəm basmışdı. İmperiya qəzetində sahib olduğu millətin aşağılandığını, torpaqlarının ermənilərə verilməsi barədə yazını oxuyurdu. Nə etməli idi? Ya susmalı, ya da ki cavab verməli idi. Və məsələ təkcə cavab vermədə deyildi. Dəyişdirə bilməkdə idi. Cavaba, ortaya mövqe qoymaq iddialarına qalsa, Azərbaycan mətbuatının bugünkü günündə də xeyli cavab verməyi bacaran əjdahalar var. Ya mövcud düzəni dəyişdirmək? İyirmi yaşlı gənc imperiya yazarına millətini aşağıladığına görə cavab yazdı, amma illər sonra o imperiyanın davamçıları ona ən böyük mükafatlarını verdilər.
Dilqəm Əhməd
Kultura.az