post-title

Zərərli kitablar və ya nəyi oxumamalı?

Bu yaxınlarda ABŞ siyasətçiləri və ziyalıları arasında sorğu keçirilib və onların fikirləri əsasında insanlığa ziyan verə biləcək kitabların onluğu dərc olunub.

 

Onluğun sonuncu pilləsində ingiltərəli iqtisadçi Con Meynard Keynsin “Məşğulluğun, əmtəənin və faizin ümumi nəzəriyyəsi” kitabı qərarlaşıb. Bu kitabı hakimiyyətin dövlət iqtisadiyyatına təsir etməsini təbliğ etməkdə günahlandırırlar.

Doqquzuncu yerdə Fridrix Nitsşenin “Xeyir və şərin arxasında, gələcəyin fəlsəfəsinin preludiyası” qərarlaşıb. Əsərin fisunkarlığına baxmayaraq, sorğuda iştirak edənlər düşünürlər ki, bu əsər “kamil  insan” anlayışını diskriminasıya elədiyinə görə oxunması arzu edilən deyil.

Səkkizinci yerdəki fransız Ogüst Kontun “Pozitiv fəlsəfə kursu” kitabıdır. Bu kitab pozitivizm nəzəriyyəsində əsas yerlərdən birini tutur, oxunmağa layiq kitabdır, lakin müasirlərin fikirlərinə görə, kitabdakı bəzi nəzəriyyələrin doğruluğu  hələdə şübhə altındadır.

Yeddinci sırada “Feminizmin incili” hesab olunan, amerikalı Betti Friden tərəfindən yazılmış “Qadınlığın sirləri” kitabı yer alıb.

Altıncı yerdə Karl Marksın “Kapital” əsəri durur. Xatırladaq ki, bu kitab kapitalın cəmiyyətə vurduğu ziyan haqqında bəhs edir və yaranmış iqdisadi şəraitin gələcəkdə kommunizmin qələbəsinə gətirəcəyini vəd edir.

Beşinci yerdə siyahının ən mübahisəli kitabı sayılan Con Dyuinin “Demokratiya və təhsil” kitabı qərarlaşıb. Belə ki, bir çox amerikalı alimlərin fikrincə, kitab dinə və ümümi əxlaqa  qarşı yazılıb.

Dördüncü yerdəki amerikalı seksoloq Alfred Kinsinin “İnsanın erkək cinsinin seksual davranışı” kitabıdır.  O, əxlaqsız davranışları və seksual təhrifi geniş şəkildə təsvir edir və sorğuda iştirak edənlərin fikrincə, bu kitabı oxuyandan sonra normal insan kimi qalmaq və ya insanın normal davranması mümkün deyil. Amma yenə də, belə bir kitabı oxumaq maraqlı gəlir hamıya.

Üçüncü yeri qərb  ölkələrində az tanınmayan, lakin Çində kifayət qədər məşhur olan Mao Tsedunun aforizmlərinin toplusu kitabı zəbr ediv. Bu kitabda  Mao Tsedunun “mədəni inqlab” dövründə söylədiyi fikirlər, sitatlar, aforizmlər toplanıb. Bu sitatlar bizə çox sadəlöhv, banal, mənasız  görünə bilər, amma Çində hər bir vətəndaş onları bilməyi və istifadə etməyi özünə borc bilir.

Onluğun ikinci yerində Adolf Hitlerin “Mein Kampf” kitabı qərarlaşıb. “Mənin mübarizəm” adlanan bu kitab hər bir nasistin stolüstü kitabı hesab olunur və kitabda irqi ayrıseçkiliyin nəzəriyyələri təsvir olunur.

Birinci yerdə isə bütün xalqlara və ölkələrə lazımsız və zərərli hesab olunan  “Kommunist partiyasının manifesti” kitabı durur.  Bu kitabın müəllifləri isə hamıya məlum olan elmi kommunizmin banisləri Karl Marks və Fridrix Engelsdir.

http://novostiliteratury.ru/2013/02/vrednye-knigi-ili-chto-ne-chitat/

Rus dilində tərcümə etdi: Leyla

Kultura.az

 

Yuxarı