post-title

Azad Gənclik Təşkilatının bəyanatı

İlk olaraq onu bildirmək istəyirik ki, yazarların və ziyalıların bəyanatına dəstəkləyirik. Azad Gənclik Təşkilatı olaraq artıq bu məsələni Əkrəm Əylislinin əsərinin qınanılması kimi yox, yazıçıya, ifadə azadlığına, bəşəri dəyərlərə, ümumilikdə ədəbiyyata qarşı mənəvi terror hesab edirik.

 

 
Televiziyalarda reputasiyası zədəli, vətəndaş mövqeyi olmayan insanların vasitəsilə “məhkəmələr” qurulur. Bu “məhkəmələr”də kütləni yazıçıya qarşı terrora təhrik edirlər. Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında baş verən hadisələri artıq ifadə azadlığının imtahanı kimi qiymətləndiririk.
 
Biz, Azad Gənclik Təşkilatı ifadə azadlığına qarşı sistemli şəkildə aparılan kütləvi hücumları qətiyyətlə pisləyir və ifadə azadlığını, ədəbiyyatı dəstəklədiyimizi bəyan edirik.
 
Vəziyyətin kifayət qədər kritik olduğunu nəzərə alaraq ziyalıları, ictimai xadimləri, gəncləri ifadə azadlığına dəstək verməyə, öz mövqelerini açıq şəkildə ortaya qoymağa çağırırıq.
Yuxarı