Bunu bu işin içində olan ateist səhifələrdən tutmuş, ta dini səhifələrə qədər sağçısı, solçusu, anarxisti, liberalı etdi. Fərqli tələblərlə eyni istəyi ortaya qoydular. Bu zaman ortaq istəklilər qrupu meydana gəldi.
Əvvəllər facebookda saxta “like”larla yaradılan saxta reytinqlər heç bir isə yaramırdı. İndi də yaramır. Hər kəsin bir maraq dairəsi olduğu üçün o maraq dairəsinə uyğun insanlarla oturub durur. Lakin bu insanlara ortaq istəyi olan insan qruplarının üzvləri də daxildir. Bu qrupların üzvləri öz əhatə dairələrinə öz istəklərini aşılayır.
Sonuncu baş verən əsgər ölümü əvvəlkilərdən fərqli deyildi, amma bu dəfə nəticəsi fərqli oldu. Niyə? Çünki bu qrupda olan insanlar bu qrupun daxilində daha sərbəst, daha cəsarətli oldular. Və budur! Artıq cəmiyyətin diqqətini öz üstlərinə çəkə biliblər.
Sonuncu mitinq və “5 qəpik” aksiyasi buna misaldir. Hər atilan və atilacaq 5 qəpik əslində hər bir nəfərin etirazıdır. Bir gün o 5 qəpiklərin timsalında 5 qəpik sahibləri minlərə, on minlərə, yüz minlərə və milyonara çevriləcəklər. Və sonu gətirən ayları, həftələri, günləri, saatları o 5 qəpiklər gətirəcək.
Sayqın Rüstəm
Kultura.az