Dindar həkimlər və psixoloqlar
Əlbəttə, bir millət olaraq dilindən “inşaallah&r…
Orta məktəbdə oxuyanda bir dəfə atamla haradansa gəlirdik. Köhnə bir binanın önündən keçdik. Atamdan bu binanın nəyə aid olduğunu soruşdum.
Dedi bura kinoklub idi. Sovet vaxtında işləyirdi. Sonra da bir müddət işlədi. Amma televizorlar, daha sonra videomaqintafonlar çıxanda bura öz əhəmiyyətini itirdi: "O vaxt hamı bura gəlirdi kinoya baxmağa. Məsələn, cümə günləri hind filmi göstərirdilər və həmin gün kinoteatrda basabas olurdu. Hamı da kinoteatrdan çıxanda ağlaya - ağlaya çıxırdı." (güldü)
Atamın dedikləri həqiqətən mənə maraqlı gəlmişdi. Həmin vaxt kinoklubun nə olduğunu bilmirdim. İnsanların kütləvi şəkildə hansısa filmə baxmasını özüm üçün üzün müddət ancaq təsəvvür etdim. Bilmirdim bu necə şeydi. O vaxt filmə kütləvi baxmağın bir nümunəsini bilirdim. AzTV-də "Mehriban düşmən" adlı serial gedirdi və evində televizoru olmayanlar yaxın qohumların, qonşuların evinə toplaşıb bu seriala baxırdılar.
Təqribən 15 gün əvvəl isə Nizami Kinoteatrının qarşısından keçiridm. Kinteatrın önündə təqribən yüz əlliyə yaxın insan toplaşmışdı. Əksəriyyəti gənclər, daha doğrusu yeniyetmələr idi. Maraq mənə güc gəldi. Yaxılaşıb nə baş verdiyini öyrənmək istəyirdim. Mənimlə birgə olan dostum isə dedi ki, yaxınlaşmağa ehtiyac yoxdu. İnsanların bura toplaşmağına səbəb kinoetara gətirilmiş "Evim sensin" adlı türk filmidir.
Əvvəl başımı buladım. Millətin necə də ucuz filmlərə baxdığını düşündüm, atamın mənə dediklərini xatırladım. " ...cümə günləri hind filmi göstərirdilər və həmin gün kinoteatrda basa - bas olurdu".
Sonra isə başqa bir mövzu üzərində düşünməyə başladım. Əslində bu mövzunu əvvəllər də düşünmüşdüm.
Niyə kinoteatrlarda filmlər dublyaj olunmur görəsən?
Mənim fikrimcə ölkədəki kinoteatrlar filmləri düblyaj etsələr, yəni "başadüşülən" dildə filmlər nümayiş etdirsələr hər gün kinotarların önündə "cümə günü" olacaqdı. Ətrafda tanıdığım çoxlu insan var ki, məhz rus dilini bilmədiyi üçün kinotatrlara gedib filmlərə baxmır.
Dublyaj məsələsi haqqında qısa bir araşdırma apardım və məlum oldu ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən 15 iyul 2011-ci il tarixindən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kinoteatrlarda filmlər azərbaycan dilinə dublyaj edilməlidir. Bu qərar hətta özəl kinoteatrlara da şamil olunur. Qərarın qüvvəyə minməsindən düz 1 il yarım vaxt keçsə də indiyə qədər heç bir kinoteatr buna əməl etməyib.
Halbuki hələ 2011-ci ilin may ayının 16-da nazirliyin kinomatoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov ANSPress-ə açıqlamasında bildirmişdi ki, “Kinoteatrlar filmləri istənilən variantda dublyaj edə bilərlər. Bu qərar “Dövlət dili” haqqında qanunun tələblərinə cavab verir. Kinoteatrların rəhbərlərilə keçirilən müşavirədə məsələ müzakirə olundu. Beləliklə, kinoteatr rəhbərlərinə bir aya yaxın vaxt verildi ki, bu işə hazırlıq görsünlər."
Nazirliyin o vaxt yaydığı rəsmi məlumatda isə qeyd olunurdu ki, əgər filmlər əcnəbi dildə yayımlanacaqsa həmin təşkilatı (Tv, kinoteatr) cərimə gözləyir.
Yuxarıda qeyd etdiyim kimi, qərarın qüvvəyə minməsindən düz 1 il yarım vaxt keçib, nəinki nazirliyin veridyi 1 ay vaxt. Ancaq indiyə qədər nə hansısa kinoteatrda film dublyaj olunub, nə də hansısa kinoeatrın cərimə olunması barədə məlumat yoxdur. Unutmayaq ki, nazirlik bu qərarı qəbul edərkən “Dövlət dili” haqqında qanuna "hörmət əlaməti" olaraq qəbul etmişdi...
Bu məsələ ilə bağlı kinoprodüsser Fehruz Şamiyevlə danışdıq. Onun isə məsələyə reaksiyası qəti oldu: "Əgər Mədəniyət və Turizm Nazirliyinin qərarını hər bir kinoteatr yerinə yetirmirsə deməli bu ilk novbədə Azərbaycan dili və onun haqqında olan qanuna da hörmətsizlikdir".
Yazdığım bu yazı müəllif yazısı olduğu üçün məsələnin niyə məhz olması haqqında öz mülahizələrimi də yazıram.
Azərbaycanda filmə münasibət zatən bəllidir. Azad sahibkarlığın inkişaf etmədiyi bir ölkədə film sahəsinin inkişafını gözləmək sadəcə absurddur. Bu gün heç bir iş adamı ssenarisində insanları "ayılda" biləcək bir filmə sponsorluq etməz. Film qədər cəmiyyətə təsir edə biləcək güclü vasitə yoxdur.
Uşaq vaxtlarımızdan xatırlayırıq. Jan Klod Vandamın filmlərinə baxıb, həvəsə gəlirdik və gedib atamızdan xahiş edirdik ki, pul versin karate dərsinə gedək. Bəli, film budur. Baxdığın an sənə təsir edən qüvvədir və bu səbəbdən də Azərbaycan hakimiyyəti heç vaxt vətəndaşların filmə baxmasında maraqlı olmaylb. Çünki filmə baxan bir cəmiyyət, istənilən hakimiyyət üçün təhlükəlidir. O, hər an fimlərdə gördüyü mədəni həyatı, normal yaşam tərzini öz ölkəsində də görmək istəyə bilər. Budur filmlərin dublyajına həvəssiz yanaşmanın səbəbi.
Bəlkə də məlumatınız yoxdur, ancaq bir məsələni də qeyd edim. Bu gün Azərbaycanda maya dəyəri 1 milyona yaxın olan filmlər çəkirilir. Belə filmlər çoxdur. Hazırda da birinin son montaj işləri gedir. Adı "Mən evə qayıdıram"dır. Bu filmin büdcəsi təqribən 1 milyon AZN dəyərindədir. Ancaq öz çəkdikləri filmləri belə kinoteatrlara çıxartmırlar, necə ki, qeyd etdiyim filmin rejissoru olan Samir Kərimoğlunun əvvəlki filmi - "Miras" çəkilişi başa çatdıqdan 1 il sonra Dalğa Gənclər Hərəkatı tərəfindən ictimai numayişə çıxarıldıqdan sonra, yalnız bir dəfə Nizami Kinoteatrında nümayiş olundu. O da məhdud sayda insanlar üçün sadə bir təqdimat idi. Yəni, bunlar öz çəkdikləri filmləri belə nümayiş etdirməkdən qorxurlar.
Bəs niyə çəkiblər onları? Ona görə çəkiblər ki, beynəlxalq festivvalarda özlərini göstərsinlər?
Pərviz Əzimov
Kultura.Az