Bütün arzum kommunizmi, bütün xalq üzərindəki diktatorluğu təmizləmək idi.
Məni bu missiyamda dəstəkləyən və təşviq edən həyat yoldaşım idi. O bu fikrə məndən əvvəl gəlmişdi. Bunu ancaq yüksək vəzifəli bir idarəçi mövqeyinə gələrək edə biləcəyimi bilirdim. Bu yolda həyat yoldaşım məni ən üst mövqeyə qədər çıxmağa təşviq etdi.
Qərbi yaxşıca tanıdıqdan sonra qəti qərarımı verdim. Bütün Kommunist partiyası və SSRİ-nin yox edilməsinin lazım olduğuna qərar verdim. Eyni zamanda bunu digər bütün sosialist ölkələrdə də etməliydim.
Mənim idealım sosial-demokratiyaya gedən yol idi. Ancaq bu sistem xalqa faydalı ola bilər. Bu yolda mübarizəni sonuna qədər aparmağa qərar verdim. Mənimlə eyni fikirdə olan Yakovlev və Şevardnadze kimi bəzi yoldaşlar tapdım. Hamısı SSRİ və kommunizmin dağıdılması işində təşəkkürə layiq olmuşlar.
Kommunizm olmadan dünya daha yaxşı hala doğru getməkdədir.
2000-ci ildən sonra dünya daha yaxşı olacaq, çünki inkişaf edəcək və zənginləşəcək. Ancaq buna qarşı müqavimət göstərəcək ölkələr var. Çin (ÇXR) bunlardan biridir. Tiananmen Meydanı hadisələri vaxtı Pekində idim, orda kommunizmin Çində həqiqətən çökəcəyini düşündüm. Çinli liderlərə israrla etirazçılara xitab etmək istədiyimi bildirdim amma bunu etməyə icazə vermədilər. Kommunizm Çində məğlub olsa, bütün dünya daha yaxşı olacaq və dünya sülhünə daha çox yaxınlaşılmış olacaq.
SSRİ-nin həyatını qurtarmaq istədim, amma sosial demokratiyanın gəlməsi şərti ilə. Bu edilə bilmədi. Yeltsin iqtidar istədi, demokratiya ya da mənim etmək istədiklərim haqqında heç bir şey bilmirdi. Biz haqqların və azadlığın olduğu demokratik SSRİ istəyirdik.
Yeltsin SSRİ-ni dağıtdı və o vaxtı mən Kremldə deyildim. Bütün qəzetlərdən müxbirlər gəlib mənə ağlayıb ağlamadığımı soruşdular. Ağlamamışdım, çünki SSRİ-də kommunizmi yox etməyi həqiqətən bacarmışdım və Avropadakı digər sosialist ölkələrdə də. Ağlamadım çünki əsas məqsədimə çatmışdım ki, o da Avropada kommunizmin uduzması idi. Ancaq bunu da bilməlisiniz, kommunizm Asiyada da məğlub olmalıdır. Bütün dünyada demokratiya və azadlığa daha tez keçid ancaq belə mümkün ola bilər.
SSRİ'nin yox edilməsi ABŞ-ın xeyrinə olmadı. Çünki mənim Müstəqil Dövlətlər Birliyi adını vermək istədiyim güclü bir demokratik ölkə meydana gəlmədi. Bunların hamısını bacara bilmədim. Bütün kiçik ölkələr indi ABŞ-a köməyindən ötrü təşəkkür edirlər.
Kommunizm bəlasını ortadan qaldıraraq ABŞ və köhnə SSRİ-nin partnyorlar halına gəlməsini təmin etmək istədim. Bu ikisi dünyanı idarə edəcək iki ölkə ola bilərdi. Demokratiyaya gedən yol uzun olacaq, amma sürətlə irəliləyirik.
İndi bütün dünya kommunizminin son qalıqlarını təmizləməli!
Mənbə: Revolutionary Democracy, Aprel 2000
İngiliscədən tərcümə: Cavid Ağa