post-title

Səhiyyə Nazirliyinə açıq məktub

Məlum məsələdir ki, ölkə başdan-başa rüşvətlə idarə olunur. İndi bizlər necə edək ki, rüşvətdən yan keçək? Bizlər rüşvətlə yaşayırıq ki, sizlərə də rüşvət verək? Sizlər deyirsiniz rüşvət yoxdur, bizlərdə deyirik var! Bu fakt, Bakı şəhəri, Xətai rayonunda, 4 saylı uşaq poliklinikasında minlərlə valideyinin başına hər gün gəlməkdə davam edir.

 

 
Deməli 4 saylı uşaq poliklinikasında adamın üzünə duraraq pul istəyirlər. Əsas pulu tələb edənlər, həkim lobarant, labatogiyadir. Hər valideyndən hərəsinə 2 manat görün vurub hara gedir? Bəlkə də güləcəksiniz ki, 2 manata görə mən boyda nazirə müraciət edirlər. Bəs necə olur, siz boyda nazir 2 manatı bizlərdən almağı özünüzə borc bilə bilirsiz, biz müraciət etməyi yox?  
 
Poliklinika baxdı ki, bu iki variantla doymaq mümkün deyil, təzə variant çıxartdı. Neçə mərtəbə çıxırsan yuxarı həkimin qəbuluna, həkimdə yenidən valideyni birinci mərtəbəyə göndərir uşağın "kartıçka"sının arxasınca. Nəysə, poliklinkanın birinci mərtəbəsinə düşüb "kartiçka"nı tələb edəndə, otaqda gözəl "aktrisa" ilə rastlaşmalı olursan. Hə, xanım oğlum Rinatın "kartiçka"sını istəyirdim, həkimə təqdim etməliyəm. "Kartiçka" xanım bunu eşidər eşitməz, qalxıb ayağa "kartiçka"nı axtarmağa başlayır, özüdə necə? Guya "kartiçka" tapılmır, it-bat olub. Valideyndə axı işdən icazə alıb, həm vaxt itkisi, üstəlik yol xərci filan. Məcbur olub deyirsən, "kartiçka" xanım, mümkünsə tapın, hörmətinizi edəcəm...
 
Cənab nazir, sizdən bütün valideynlər adından müraciət edib deyirik ki, bu kimi hallara son qoyulsun. Əks halda bir valideyn kimi mən Elvin Baycan rüşvətlə bağlı gizlin çəkiliş edib cənab prezident İlham Eliyevə yazılı şəkildə müraciət edəcəm.
 
16.01.2013. Elvin Baycan
 
Yuxarı