post-title

Marneuli - erkən nigahlar şəhəri

Nigah - biz onu necə başa düşürük və o niyə vaxtından əvvəl baş verir? İstənilən marnuelili qizdan soruşsan ki, nigah sənin üçün nə məna kəsb edir, o sənə qürurla cavab verəcəkdir, ailə - uşaqlar və yeni həyatdır. Bunu deyərək başa düşmürlər ki, onlar heç bir ailə qurmurlar, bu yalnız onların valideyinlərinin qurduğu maketdir. Çünki, normal valideyinler öz uşaqlarını 13 yaşında ərə vermirlər, belə məlum olur ki, heç bir valideyn hissi yoxdur.

 

 
Eynilə dananı yedizdirib, böyüdüb sonra qırğına göndərmək kimi. Bir çoxlari üçün evlilik qırğına çevrilir və inanın məntiqi olaraq boşanmaya gətirib çıxarır. Problemə başqa tərəfdən də baxmaq olar, məhz bəzi qizlar özləri ərə getməyə təşəbbüs göstərirlər, olayın səbəbi budur. Buna görə yenə də ailədəki problemə qayıtmaq lazımdır, çünki hər bir ailədə uşaq özünə məxsus tərbiyələndirilir. Lakin, bizim şəhərdə hər kəs çalışır ki, qonşu və qohumların yanında axmaq vəziyyətə düşməsin, ən köklü cümlə “vay qonşum nə deyər”. Yalnız düşünün cəmiyyət sizə nə verir, siz xəstələnəndə və yaxud kömək istəyəndə heç kim gəlməyəcək. Ancaq dəfn mərasiminə bütün qonşular gələcək, yeyəcəklər və heç nə olmamış kimi uzaqlaşacaqlar. Çünki yas bizdə informasiya mübadiləsi mərkəzidir. Kim? Harda? Kimlə?
 
Biz “kim nə deyər” problemindən qaça bilmirik və bununla öz gəncliyimizi daha küt və vəhşi edirik, bu məntiqi olaraq ona gətirib çıxarır ki, nə qədər uşaq heç nəyi başa düşmür gərək ərə verək. Çoxlarının 25 yaşa çatanda həyatları yeni başlayırsa, bu uşaqlarınki artıq bitmiş olur. Problemin həlli çox dərindi və həmişə kökü ailədən başlayır. O cəmiyyəti necə qəbul edir və öz övladını necə tərbiyə edir, ona xeyirli nə verir və onu necə inkişaf etdirir. Bizdə bu baş vermir, günü-gündən daha pis tərəflərə gedilir. Bizim qizların da tezliklə ər tapmaqdan başqa fikirləri yoxdur və mən onları günahlandırmıram, çünki həyatada onlara heç bir seçim tanımayıblar, onlar standart olanı düşünürlər və bu məni təccübləndirmir. Tezliklə gənc yalnız söz olaraq qalacaq, fiziki olaraq üzdə, daxilənsə eyni fikirlər: doğmaq, böyütmək, erə vermək və o doğacaq... eynilə hasısa cansıxıcı karusel.
 
Ülviyyə Nurməmmədova
Kultura.az
Yuxarı