Noam Çomski – Televizorları söndürün
Kütləvi informasiya vasitələrinin köməyilə &…
İlk dəfə İrlandiyanın Red & Black Revolution jurnalının 2-ci sayında, 1996-cı ildə nəşr olunmuşdur.
RBR: Noam, siz çoxdan anarxist düşüncənin dəstəkçilərindən birisiniz. Bir çox oxucu yəqin ki, 1970-ci də Daniel Guerinin Anarchism adlı əsərinə yazdığınız girişi xatırlayacaq, ancaq ən son, Manufacturing Consent filmində anarxist düşüncəni və anarxizmdəki potensialı izah etmə şansını təkrar əldə etdiniz. Sizi anarxizmə çəkən nədir?
CHOMSKY: Anarxizmə hələ gənc bir cavankən simpatiya duyurdum, dünyaya sevimli dar bir pəncərədən baxmağa başladım və o zamanlardan bəri ilk fikirimi dəyişdirəcək çox səbəb görə bilmədim. Məncə mənalı olan tək şey həyatın hər sahəsində iqtidar, iyerarxiya və təhəkküm strukturlarını araşdırmaq, təyin etmək və onlara meydan oxumaqdır; əgər onlarıqanuni göstərəcək bir şey yoxsa etibarsızdırlar və azadlıq sahələrini genişlətmək üçün söküb atılmalıdırlar. Bunun uğrunda mübarizə, siyasi güc, mülkiyyət və rəhbərlik, qadın-kişi və valideyn-uşaq əlaqələri gələcək nəsillərin taleyi üzərindəki idarəmizi və daha bir çox şeyi ehtiva edir.
Şübhəsiz bu, böyük təzyiq və idarə edən qurumlara bir meydan oxumaq mənasına gəlir:
Dövlətə, milli və beynəlxalq iqtisadiyyatın çoxuna nəzarət edən saysız fərdi tiranlıqlara və daha bir çoxuna. Ancaq yalnız bunlara deyil. Anarxizmin əsası olduğunu düşündüyüm şey həmişə bu olmuşdur: İqtidarın səbəb ifadə etmə məsuliyyətinə olan inanc və belə bir məsuliyyət yerinə yetirilmədiyində həyatdan çıxarılıb atılması.
Bəzən bu məsuliyyətə rast gəlinə bilər. Nəvələrimlə səkiylə gedərkən maşınlarla dolu bir yola atılmağa cəhd etsələr onları dayandırmaq üçün yalnız sözümü deyil fiziki gücümü də istifadə edərəm. Fiziki gücə reaksiya göstərilə bilər ancaq məncə bu reaksiyaya qarşı da hazırlıqlı olaram. Buna bənzər daha xeyli çox başqa vəziyyət də var; həyat qarışıq bir məsələdir, insanlar və cəmiyyətlə əlaqədar çox az şey anlayırıq və ümumiləşdirmələrə müraciət etmək çox vaxt faydadan çox zərər gətirir. Ancaq anarxizm etibarlı bir dünyagörüşüdür və məncə, bizlərə olduqca uzun bir müddət yol göstərə bilər.
RBR: Düşüncələriniz və tənqidləriniz indi əvvəllərə nisbətən çox daha geniş ölçüdə bilinir. Eyni zamanda ümumiyyətlə fikirlərinizə hörmət edildiyini də deyə bilərik. Bu məzmunda, anarxizmə istiqamətli dəstəyinizin necə qəbul edildiyini düşünürsünüz? Xüsusilə siyasətlə ilk dəfə maraqlanmağa başlayan və sizin düşüncələrinizə bənzər nəticələrə çatan insanlardan gördüyünüz reaksiyalarla maraqlanıram. Bu insanlar sizin anarxizmi dəstəklədiyinizi eşidincə təəccüblənirlərmi? Maraq duyurlarmı?
CHOMSKY: Bildiyiniz kimi ümumi intellektual mədəniyyət "anarxizm"i xaos, şiddət, bombalamaq, qarışıqlıq və s. ilə bir tutur. Buna görə insanlar anarxizm haqqında nəsə müsbət şey deyəndə və özümü onun içindəkilərdən biri olaraq təqdim edəndə təəccüblənirlər. Ancaq düşünürəm ki, bəzi sual işarələri aradan qaldırıldığında əsas düşüncələr xalq tərəfindən məqbul görünə bilir. Şübhəsiz, xüsusi problemlərə gəldiyimizdə - məsələn, ailə qurumunun xarakteri və ya daha azad bir cəmiyyətdə iqtisadiyyatın necə işləcəyi və s. - suallar müzakirələr ortaya çıxır. Ancaq gözlənilən də budur.
Fizika da əslində suyun krandan tualetinizə necə axdığını açıqlaya bilməz. İnsanın təbiətinə bağlı daha kompleks suallara gəlindiyində, qavrayışımız çox zəifləyir və dünyagörüşümüzü genişlətməyimizə köməkçi olacaq uzlaşmazlıqlara, təcrübələrə və həm fikri həm də gündəlik həyatdakı kəşf imkanlarına daha çox yer tapılır.
RBR: Hərhalda, bütün digər düşüncələr arasında təhrif edilmə problemindən ən çox çəkən anarxizmdir. Anarxizm bir çox insan üçün bir çox mənaya gələ bilir. Anarxizm deyərkən nəyi nəzərdə tutduğunuzu izah etmək ehtiyacını tez-tez duyursunuz? Anarxizmin təhrif edilməsi sizi narahat edirmi?
CHOMSKY: Bütün təhriflər bəladır. Çoxunun mənşəyi təxribatla məşğul olan iqtidar strukturlarında tapıla bilər, olduqca açıq səbəblərlə. David Hume'un Principles of Government'ini (Hökümət prinsipləri) xatırlayaq. Qarışıqlıq içində insanların idarə edənlərə hər vaxt boyun əydiyini ifadə edir. Bu nəticəyə belə gəlir; güc həmişə idarə olunanın əlindədir, idarə edənlərin söykəndiyi tək şey düşüncədir. Bu səbəblə, hökümət yalnız düşüncə üzərində qurulur; və bu qayda ən despot və ən militar hökümətlərdən, ən azad və ən populist hökümətlərə qədər müxtəliflik göstərir. Hume olduqca ağıllı və dövrünə görə möhkəm bir azadlıq mütəfəkkiri idi. Şübhəsiz iqtidarın gücünü kiçik görür ancaq tərifi mənə əsas prinsiplərdə doğru və əhəmiyyətli görünür, xüsusilə nəzarət sənətinin incəliklə icra edildiyi nisbi azad cəmiyyətlərdə. Təhrif və digər yanıltma formaları bir-birlərinin ayrılmaz parçasıdırlar.
Təhriflər məni narahat edirmi? Əlbəttə, amma çirkli hava da narahat edir. Bu vəziyyət, iqtidar mərkəzləri özlərini müdafiə edəcək bir növ qoruyucu sinif meydana gətirdiyi müddət ərzində davam edəcək. Ümumiyyətlə çox ağıllı olmadıqlarından ya da ancaq gerçəklərin üstünü örtmənin daha yaxşı olduğunu biləcək qədər ağıllı olduqlarından, təhriflərə, pisləmələrə və insanlara güclülərin xidmətində olan müxtəlif vasitələrlə qorunacaqları təəssüratını verən üsullara müraciət edəcəklər. Bütün bunların səbəb olduğunu anlamaq və ortaya çıxarmaq lazımdır. Bu - özümüzü və digərlərini - azadlaşdırma proyektimizin bir hissəsidir; daha doğrusu başqalarıyla birlikdə bu məqsədə çatmağa çalışan hər kəsi azadlaşdırma səyimizin bir hissəsi.
Qulağa sadə gəlir və əslində elədir də. Ancaq insan həyatı və cəmiyyət mövzusunda daha çox şərhə ehtiyacımız var - axmaqlıqlardan və özünə xidmət "görünüşü"ndən xilas olacağımız vaxt. Bu heç də asan bir işdeyil.
RBR: Yaxşı, bəs anarxizmin tam olaraq harada dayandığını daha yaxşı bilməsini gözləyə biləcəyimiz yerli sol kütlələr? Bu kütlələrdə fikirlərin və anarxizmə bağlı dəstəyiniz mövzusunda qəribə nəzərlərlə baxıldığınız olurmu?
CHOMSKY: Əgər yerli sol qüvvələrlə nə demək istədiyinizi doğru anladımsa, mənim anarxizmə bağlı fikirlərim mövzusunda çoxca qarışıqlıq yoxdur, çünki onsuz da mənim hər hansı bir mövzu haqqındakı fikirlərim çox az bilinir. Yenə də mənim maraqlandığım kütlə bunlar deyil. Mənim söylədiklərim ya da yazdıqlarım mövzusunda az qala heç qaynağa rast gələ bilməzsiniz. Şübhəsiz, tamamilə də doğru deyil bu. Belə ki, ABŞda yerli sol qüvvələr də deyə biləcəyiniz bəzi tənqidçi və müstəqil kütlələrdə nə etdiyimi bilənlər tapa bilərsiniz və fərqli yerlərdə yaşayan dostlarım və əlaqələrim var. Amma kitablara və jurnallara bir baxın, nə dediyimi anlayacaqsınız. Yazdıqlarımın ya da dediklərimin bu kütlələrdə, fakültə klubunda ya da nəşriyyat idarə heyəti otağında olduğundan daha müsbət qarşılanmasını gözləmirəm - yenə bəzi istisnalar olmaqla.
Sual olduqca ekstremal bir nöqtədən yola çıxır, buna görə cavablandırılması da çətindir.
RBR: Bəziləri "libertarian sosialist" terminini "anarxizm" sözü ilə eyni məzmunda istifadə etdiyinizi deyir. Bu terminləri əslində bənzər olaraqmıgörürsünüz? Sizə görə anarxizm bir növ sosializmdir? Əvvəllər, anarxizm = sosialist libertarianizm deyirdilər. Bu tənliyə inanırsınzı?
CHOMSKY: Bu dediyiniz, bir əsr əvvəl yaşayan və "anarxizm çox geniş bir çərçivədir və hər şeyə uydurula bilər" deyən anarxist bir simpatiyası olan birindən gətirilmişbir sitatdır və Gueri'nin kitabının girişində istifadə edilmişdir. Ənənəvi olaraq vurğulanan əsas ünsür "libertarian sosializm" olmuşdur. Bununla nə demək istədiyimi orda və hər yerdə şərh verərək başa salmağa çalışdım, çox xüsusi olduğunu vurğulayaraq anarxist hərəkatın öndə gələn kəslərindən danışıram; dövlət gücünü ictimai mübarizə faydasına istifadə etmək istəyən və Bakuninin xəbərdar etdiyi şəkildə lənətlənmiş (çox vaxt "sosializm" deyildiyində başa düşülən şey olan) Qırmızıbürokratiyaya çevriləcək "yeni sinif" radikal ziyalılarını sərt şəkildə günahlandıraraq, özlərini əksəriyyətlə tutarlı sosialistlər olaraq göstərmişlər.
Rudolf Rocker'in əks etdirdiyi bu düşüncənin də kənarında, anarxizmdəki bu (olduqca mərkəzi) meyllərin klassik liberal düşüncənin ən yaxşılarından alındığı fikrinə qatılıram. Göstərməyə çalışdığım kimi, əslində bu düşüncələr, marksist-Leninist doktrina və praktikada olduğu qədər xüsusilə ABŞ və Britaniyada moda olan "libertarian" doktrinalarla və digər müasir ideologiyalarla da (hamısı mənə, bu və ya bu formadakı qeyri qanuni nüfuzun, daha çox da əsl tiranlığı müdafiə olunmasının sadə halı kimi görünür) dərindən fərqlənirlər.
Müsahibə: Kevin Doyle
Tərcümə: Cavid Ağa