Statistikanın yanı...
Mİllətin yarısından soruşsan ki, statistika deyəndə ağlına ilk olaraq nə gəlir…
Bu baxımdan Emin Millidən daha çox onu özünə dost bilən və hər nə "yesə" israrla müdafiə edən insanlara həqiqi yazığım gəlir. Onlar nə qədər sadəlöhv və həqiqətləri "kraskalayandırlar". Emin Milli müasir Azərbaycan gəncləri arasında gördüyüm ən layəqətsizidir. Əgər məni haqsız sayırsanız üzaqlaşın barı məndən. Gedin Emin Millinin yanına.
Emin Millini ilk tanıyanlardanam. Sözün həqiqi mənasında. Sözümü də o zamanlar demişəm onun haqqında. Savadsız, səbatsız, saxtakar və s. eslər.
Yahoo qruplarda tənqidi onun üzünə deyən tək insan idim deyəsən. Buna görə də mənə demədiyi şər qalmırdı. "Yaxşı maaş alırsan", "sən nə bilirsən axı, çəkil kənara", "USAİD-də işləyirsən, səni işdə saxlayanlar hara baxır", "qanlı revalusiya istəyirsən, mənsə evalusiya gətirəcəyəm" və s.
Amma bir dəfə də olsun mövzuya dair ciddi cavab vermədi. Ciddiyətsizliyini o zaman anlamışdım...
O həbs olunanda bilmirəm niyə müdafiə etdim onu. İşimi itirmək, özümü təhlükə altına atmaq və hədələr almaq, tanıdğım adamlarla düşmən olmaq qarşıllğında. Emin Milli bunlara dəyərdimi? Hökumətin qulu, onun puluna Avropada "forumlar" keçirib, axşamı Bakıdan gəlmə müğənnilərlə diskoteka, Kəmaləddinin oğlanları və başqa yuxarı ranqlı hökumət işçiləri ilə klabbing edən, fikri-zikri qız tutmaq olan, elə bu barədə də statuslarına yazan (800 toy, açıq hava və s.) adamı necə müdafiə etmək olardı?
Axı mən onun AZAL tərəfindən pulsuz ayrılan biletlərin elə həmin "foruma gələn" amma heç müzakirələr zalında görmədiyim "qızlara" necə payladığını görmüşdüm. Hökumətin "Qarabağ bizim bir nömrəli problemimizdir, qaçqınıarımız qalıb çöldə, niyə ermənilərə bir şey demirsiniz, elə demokratiyadan yapışmısınız" fikirlərini yüksək rütbəli Avropa məmuru İzler-Beqana görüşdə əli əsə-əsə kağızdan oxuyanda düz yanında oturmuşdum.
Nə bilim. Yəqin ki, yaradıcı dostumuz Orhan Aip-in doğru olaraq ələ saldığı "Sənin fikrin ilə razı deyiləm, amma onu səsləndirə bilmən üçün canımdan da keçərəm" çeynəntisinin əsiri idim. Bir də bizi yaxşıca aldatdılar əlbətdə. Sonuncu FASE forumundakı çıxışla və guya Eminin ordan ayrılması ilə. Heç soruşdunuzmu ki, nə üçün ayrıldı ordan. Heç FASE-yə Prezident tərəfindən ayrılan 250,000 manatın taleyilə maraqlanmısınızmı? Yoxsa sualları ancaq o verir? Əgər bəxtiniz gətiribsə o vəsaitin hara getməsini o zaman Emin Millinin və ətrafının dilindən eşitməliydiniz. İndi isə çox gecdir.
Və ya Eşşək videosu. Bu barədə suallar vermisinizmi ona? Məsələn onun rolu nə olub bu videonun ərsəyə gəlməsində. Amerikada kimsə o kostyumu alıb. Emin Bakıya gətirib gələndə. Başqa nə rolu olub? Niyə tutulanda ona deyiblər çıx get, getməyib, deyib mən Adnansız heç yerə getmirəm. Adnandan bir soruşdunuzmu belə bir söhbət olubmu orda? Adnan niyə indiyə kimi bir çox şeyləri gizlədir. Nə zamansa açmaq fikri varmı?
Heç zaman Azərbaycan müxalifətinə yaxın olmamışam. Ona görə də məni tərəfkeş olmaqda qınaya bilməzsiniz. Bu mövzuda tərəfsizdən də tərəfsizəm. Əgər yaxın olsaydım çoxdan gedib onların sıralarına yazılardım. Yəni məni heç dostlarımız Əli Əkbər, Seymur, Firudin, Elmir bəylər kimi onu dəstəkləyən obrazda da görməmisiniz. 1 cümlə ilə olsa belə. Keçmişlərdən və ölülərdən lider olarmı? 21-ci əsrdə 20-ci əsrin lider xiffətini çəkmək olarmı? Nə qədər Fransız bu gün Şarl DeQoll tələb edir və ya yada salır?
Biz gözümüzü yeni liderlərə dikmişdik. Zəmanəmiz isə bizə Erkin Qədirlini, Natiq Cəfərlini, Emin Millini və d. li-ləri verdi. Yəni REALizmi. Biz isə az qala idealizmə gedib çıxmışdıq... Vaxtında oyandıq...
Mən yalnız indiki müxalifət adlanan qüvvəyə hakimiyyətdə olduğu 1 ilə görə qiymət vermişəm. Onlar mənim keçmişimin qəhrəmanları olublar və keçmişdə də qalıblar. Elçibəy də həmçinin. Bütün düzləri və səhvləri ilə. Onlar olmasaydı məsələn bu gün (yəni məs. 1995-də) Emin Millinin valideyinləri 10,000 rubl verib onu ali məktəbə daxil etmişdilər, o da hansısa Bakı Rayonlarının birində Azərbaycan SSR komsomolunun katibi idi. Özü üçün "qaqulik" həyatı yaşayırdı. "Məcik"lə "zavtrak" edirdi, Mika ilə "ujin". Hər şeydən də xoşbəxt idi. Amma Elçibəy hökumətinin gətirdiyi rüşvətsiz ali təhsil sistemi bir çox gənclər kimi Emini də adam etdi. Adam etdi ki, o da Elçibəyə satqın desin.
Elçibəy 1974-cü ildə dəmir pərdənin bu tərəfində, dünyanın bixəbər bir ucqarında 1-2 nəfər istisna olmaqla heç kəsin demədiklərini dedi və həbs olundu. Emin Milli azad olmasında Elçibəyin də rolu olduğu və dünyanın bütün qüvvələrinin nəzarətində olan 2009-cu ilin Azərbaycanında hamının dediklərini dedi və həbsə getdi (ən azı özünün dediyi və ya bizə çatdırılan komediyaya əsasən). Bütün dünyanın onun müdafiəsinə qalxdığını çox gözəl də bilirdi. İşini də zatən pis qurmamışdı. Elçibəyi isə bəlkə heç qohumları da müdafiə etmirdi. Tələbələrini gətirib üzünə qoyurdular. Hansısa əfsanə dolaşır bir qadının "çarqat" haqqında dedikləri. Elçibəyi cəmi bir qadın müdafiə edirdi. Amerika ancaq Soljenitsini, Rudolf Nuriyevi, Brodskini, Neizvestnını görə bilərdi və tanıyardı. Elçibəy kim idi onlar üçün? Azər nə?
Emin Milli isə İngiltərədə təhsilinin sonlarına yaxın Londonda hökumətimizə yaxın Tale adlı bir şəxslə görüşüb Bakıya gəlsə onu qorxulu bir şey gözləmirmi sualını vermişdi. Bu söhbəti mənə çatdıran şəxs həmin adamın Tale Heydərov olduğunu söyləmişdi. Mən bu sualı Emindən soruşdum. O da öz tərbiyyəsinə uyğun "var-yox söyüşü" ilə bunu inkar etdi. Amma etiraf etdi ki, Tale ilə həqiqətən də görüşüb. Sadəcə bu Heydərov yox, onlara yaxın başqa bir Taledir. Amma bu sualı "o" Taleyə soruşduğunu danmadı. İndi Bakıya qayıtmağa qorxan və bəlkə də hansısa şərtlər qarşısında qəbul edən Emin 1974-ün Elçibəyini qorxaqlıqda ittiham edir...
Elçibəyin ömrünün sonlarına qədər mənzili olmadı. Kirayədə, qohumlarının evində qaldı həp. Şəhərin mərkəzində hələ mənə bəlli olan iki geniş mənzili olan Emin Milli "ona inanmayın" deyir. AZAL biletləri paylayan Emin Milli!
Elçibəyi heç zaman özümə ideal saymamışam. Hətta 12 yaşımdan, 1988-ci illdən başlayaraq meydanlarda olanda da onun kim və nəçi olduğunu, niyə çıxış etdiyini və bu qədər rəğbət qazandığını anlamırdım. Mənim üçün öz ideallarım var idi. Bünyadov, Vahabzadə, Xəlil Rza və digər elm və mədəniyyət adamları. Bu ərizə Elçibəyə məxsusdursa, ordakı fikirlərə - Rusiya tarixi, maarifçiliyinin Qədim Şərq ilə qarşı qoyulması - bunları bu gün də cəfəng fikirlər hesab edirəm və onlarla mübarizə aparıram. Lakin əgər bu sətirlər ona məxsusdursa, hansına ki, getdikcə daha çox inanıram, bunlar ancaq Elmir bəy də dediyi kimi Elçibəyə başucalığı gətirən fikirlərdir. Çünki demək Elçibəy 1988-də və ondan sonra dediklərini vəzifə və karyera üçün uydurmamışdı. O həqiqətən bu ideyalara inanırdı. Lap 70-lərdən, lap 60-lardan. Elçibəy səmimi və el-çi idi.
Və bu ərizə sanki bir kompromis variant olubmuş. Orda həm Elçibəyin israr etdiyi fikirlər tam olaraq salınıb, həm də KGB-nin "uğurunun" nəticəsi. Bu variant hər iki tərəfə, müxtəlif ideologiya sahiblərinə sərf edirdi. KGB üçün həqiqi kommunist və rus şovinistlərinə onun nə qədər təhlükəli bir adam olmasını, Elçibəyə isə ərizənin o günlər ictimailəşdiriləcəyi halda daha çox beyinləri zəbt etməsi və oyatması. Məktubun 90%-i inandıqları və əsaslandırdıqları ciddi məsələlər, 10%-i isə təsadüfi və yersiz, yamaq kimi görsənən "p.x yedim". Hətta bugünkü oxucuya bu qədər ciddi sözlərdən və ideyalardan sonra 3-4 cümləlik üzrlər saxta və yerində olmayan görsənir.
Elçibəyin hakimiyyətə niyə Heydər Əliyevi dəvət etməsini bu günə kimi anlamıram. Bəlkə doğridan da həbsinin yüngülləşdirilməsində Heydər Əliyevin rolu olmuşdu və bunun müqabilində onda Heydərə rəğbət yaranmışdı. Bəlkə də düşünüb ki, dövləti, ölkəni savadsız və marionet Surətə və Rəhim Qazıyevə təhvil verməkdənsə 20 il Azərbaycanı pis-yaxşı idarə edənə təhvil vermək daha yaxşıdır. Çünki, aramızda heç kimə bəlli deyil ki, əgər Surətin qoşunları Bakıya irəlləyib hakimiyyəti zəbt etsəydi biz indi harda olardıq. 1-2 günün ərzində iki pisdən ən az pisini seçmək lazım idi. Bizim bilmədiklərimiz nüanslar var və sivil cəmiyyətimizin ən qüsurlu tərəflərindən biri də budur ki, çox şeylər "lazım deyil" və ya "vaxtı deyil" adı ilə gizlədilir, çayçı və ara söhbətlərindən o tərəfə çıxmır...
Elçibəyi mənim kimi bəyənməyə bilərsiniz və ağız büzərsiniz. İdeyalarını paylaşmaya bilərsiniz. 1993-cü ilin iyun ayındakı hərəkətini indiyə kimi anlamaya bilərsiniz. Lakin bu insanın möhtəşəm bir xarizması və sevən yüz minlərlə insan olmuşdur. Avtoritarizm və zordan uzaq bir lider. Hətta bü gün - stevejobs-ların və barakobama-ların zəmanəsindən baxanda bu adamın o zaman 35 yaşında Milli Məclisi çox professionalcasına və təmkinlə idarə etmiş spiker İsa Qəmbəri, bu günün özündə də Azərbaycanda ən yaxşı natiqi sayılan Əli Kərimlisi var. Yenə də, mənim kimi skeptik yanaşa bilərsiniz. O zaman Eminin Millinin fikirlərini bəyənən və yayan ardıcıllarına baxın. Onlar nəyə nail oldular 35 və ya 50 yaşlarında?
Bu baxımdan Emin Millidən daha çox onu özünə dost bilən və hər nə "yesə" israrla müdafiə edən insanlara həqiqi yazığım gəlir. Onlar nə qədər sadəlöhv və həqiqətləri "kraskalayandırlar". Emin Milli müasir Azərbaycan gəncləri arasında gördüyüm ən layəqətsizidir. Əgər məni haqsız sayırsanız üzaqlaşın barı məndən. Gedin Emin Millinin yanına. Çünki mən onun tam əksiyəm. Heç olmasa bu gün, bu an səmimi olun. Oz liderinizə sədaqətinizi nümayiş etdiyin. Və sübut edin ki, o da bir bəydir.
Deyirlər ad insanı tapır. Bu baxımdan Eminin məhz (özünün yazdığı kimi "məs") Milli təxəllüsünü seçməsi bir işarədir. Bizim hamımıza. Emin hələ də öz sahiblərinə sadiqidir. Hər gün televizordan bizim qulaqlarımıza soxuşdurulan "Milli-mənəvi dəyərlərimizin" keşikçilərinə. Emin öz keşikçi rolunu çox gözəl oynayır. Onun İlham Əliyevə "hörmətli cənab prezident" şounaməsindən sonra bilirdim ki, bunun axırınca "zırpı" bir "şey" gəlir. Ehtimalım 100% deyildi. Yenə də "sonuncuya" ümid etmişdim.
Ölkədə qızğın və canlı hakimiyyətdaxili mübarizə və ya sistemin laxlaması getdiyi halda Eminin buna İngiliscə susub (bir cümlə belə xarici dostları üçün yazmayıb), "mürgülü xatirələrdən" və "ölülərdən" yapışması onu göstərdi ki, mən də nə qədər tezunudan və qəlbi-yumşaq imişəm...
Peşmanam. Bu dəfə özümə söz verirəm ki, Emin Milli bir daha həbs olunsa onu müdafiə etməyəcəyəm. Amma aydındır ki, Emin bir daha həbs olunmayacaq. O da Eynulla Fətullayev kimi bizim dəfələrlə "aldadıldıqlarımızdandır". Emin elə köhnə Eynulladır, Eynulla köhnə Emin. "Köhnələrimiz" çoxdur, yenililiyə həsrət qaldıq. İcazəli tənqidlər, "parçalavəhökmsürlərimiz" gələcək onilliklərdə də davam edəcək.
Qarşıdan gələn Milli bayramlarınız mübarək!
Ülvi İsmayıl
Kultura.Az