post-title

Ailəyə üçüncü müdaxilə

Bu mövzu ətrafında heç kimin yazmadığından dolayı start komandasını biz vermək qərarına gəldik. Məqsədimiz yaşadığımız cəmiyyətin nə yerdə olduğunu sizə göstərməkdən ibarət deyil, toxunduğumuz mövzunun bilavasitə bununla əlaqədar olmağına baxmayaraq. Mövzuya giriş eləməzdən əvvəl müəyyən şərtlərimizi nəzərinizə çatdırmaq istərdik.

 

1. Anası-bacısı olanlar

2. Ürəyi zəif olanlar

3. Tolerantlıq anlayışından məhrum olanlar oxumasın.
 
Yazmaqda olduğumuz məqalə elə həssas nüanslardan ibarətdir ki, onun bir hərfini buraxmaq, diqqətsizlik dilemmaya o da öz növbəsində paradoksal düşüncələrə gətirib çıxara bilər. Obrazlı şəkildə desək "ölümlə olum" kimi... Bunu da qeyd edirik ki, fərdin həyata baxış bucağından, humanist və liberal düşüncə və ideyalı olmasından asılı olmayaraq kütlə bunu qəbul eləməkdə müəyyən ciddi əziyyətlər çəkəcək, hətta acizdir. Belə halın olması fərdin yaşadığı cəmiyyətə adaptasiyasına mane olur və ya öz azadlıq və seçimlərini, cəmiyyətə adekvat olaraq strukturalizm nəzəriyyəsinə görə istəklərini müəyyən çərçivələlərə salır. Yəni təbiətin yaratdığı insanlar özləri üçün "yaxşı və pis" qanunlar təsis edib, hansı ki, bu da bəzi sosial qruplara şamil olunmalıdı. Çox təəssüf ki, belə yazılmamış qanunları cəmiyyət ideal seçərək onları hər yerdə icra edir. Məsələni bir az da genişləndirək.
 
Hamı yaxşı bilir ki, şadlıq,toy yerlərinə daha əlvan rəngli paltarlardan istifadə olunur. Eləcə də adətən də qadınların üstündə zinət əşyaları bol olur. Və ya yas mərasimlərində hər kəs daha qara rəngli geyimlərə üstünlük verir. Qadın tayfası isə öz eyib yerlərini örtür.
 
Buna görə də birazdan oxuyacağınız qavramı dərk etmək üçün bütün millətçi mövqedən baxışları dəf etmək iqtidarına malik olmalısınız.
 
***
 
Həyatda yalnız insan şüur, idrak və mənəvi keyfiyyətlərə sahibdir. Buna görə də bəşəriyyətdə insani keyfiyyətlər astronomik şəkildə qabardılmış əlamətlərdir. İnsan oğlunu təzahür edən, onu bilavasitə izah edən mənəvi keyfiyyətlər şərəf, vicdan, namus və ləyaqətdir. Bunların insanda tam formalaşması üçün əsas olaraq kifayətə qədər səmimiyyət olmalıdır.
 
Ailə quranda isə bu səmimiyyət özünü göstərir. Lakin, hətta, "bir-biri" üçün yaradılmış iki əks cinsin nümayəndələri xoşbəxtliyini ailə qurmaqla belə tam bərpa edə bilmir.
 
Yuxarı cümlələrdə yazıda güdülən məqsəd qeyri-məlum idi. İndi isə sizi intizarda saxlamamaq üçün açıqlayırıq:
"Ailə quran zaman (və ya sonra) hər şeyin yolunda getmədiyini gördükdə və bu sizi narahat etdikdə ailəni dağıtmağa yox ailənizə 3-cü şəxsin müdaxiləsini təmin edin". Bu o deməkdir ki, hər hansısa cütlük bir-birini sevsə belə bir-birini bəzən tamamlaya bilmir. Bu sırf insani keyfiyyətlərdən asılı olan bir şey deyildir. Hər şeyi ailədə bərpa etmək istəyən cütlük 3-cü şəxsə müraciət eləməyi özünə sığışdırmalıdı.
 
Sizin başa düşdüyünüz bu "karikaturalarda" 3 şəxsin yalnız seksual həyatını göstərmir.  3 nəfərin bir dam altında bütün keçirə biləcəyi həyatı təzahür edir.
Birbaşa bu prosesin yaxşı və yaxud pis olduğunu düşünsəniz sizə tam əminliklə zəmanət veririk ki, yanılacaqsınız. Nəyin pis nəyin yaxşı olduğunu müəyyən etmək elə də asan iş deyil. Hər bir baş vercək işin biz insanlara bəxş etdiyi təsirləri dəqiqələşdirmək üçün ona həm pozitiv həm də neqativ mövqelərdən yanaşmaq lazımdır. Baş vermiş "çox pis" hadisəni müsbətə, "əla hadisəni" isə mənfiyə yozmaq mümkündür.
 
Məsələn: İbtidai sinif uşaqları ilə dolu bir "school bus" qəza törədir və avtobusdakı bütün uşaqlar dünyasını dəyişir. İlk olaraq bu kifayət qədər neqativ bir haldır. Lakin, ölən uşaqların ciddi günahı olmadığını nəzərə alsaq onlar cənnətə düşəcək, qəza törətmiş avtobus isə işlək vəziyyətə gətirilə bilmədiyindək ekologiyaya ziyan verməyəcək. Bu isə eyni prosesin pozitiv cəhəti idi. (bədii filmdən)
 
Məqaləni kifayət qədər uzada bilərdik, amma aşağıdakı filmə baxdıqdan sonra sizlərin düşünüb qərara gəlməyinizi istədik.
 
http://gidonline.ru/2011/04/viki-kristina-barselona/
http://www.imdb.com/title/tt0497465/
 
Nurana Babazadə
Nurlan Osmanlı
Kultura.az
 
Yuxarı