post-title

Azadlıqda

Bir neçə gün əvvəl mitinqdə bir qoca kişi “cavanlar, birləşin. İstəyirəm sizin azadlığınızı görüm. Heç olmasa son nəfəsimdə” demişdi.

 

Bir neçə həftə əvvəl buna bənzər bir hadisəylə rastlaşmışdım. Şəhərdə dostlarla görüşdüm, qayıdanda avtobus, metro işləmirdi deyə taksiyə mindim. Taksi sürən hardasa 60 yaşlarında “karinnoy” bakılı idi. Yol boyu söhbət etdik. Mövzu gəldi siyasətə, ölkənin vəziyyətinə. Narazıçılığın bildirdi. Daha sonra mənə “indiki yaşlılar var ha. Vecinizə də almayın onları. Özləri kölə olublar, istəmirlər siz azad olasınız. Mübarizə aparın, haqqınızı tələb edin” demişdi.
 
Dünən başıma gələn bir hadisədən sonra yadıma düşdü bu. Yazmaq istədim bu mövzuda.
 
Son zamanlarda cəmiyyətdə ciddi şəkildə intihar meylləri müşahidə edilməkdədi. İntihar edən gənclər bir tərəfə bu gün intihara cəhd edən, ən azından bunu bir dəfə beynindən keçirən gənclər minlərlədi. Ölkənin gəncliyi əldən gedir, bunlar səbəb göstərirlər:” sevgi problemi var idi”. Ay yalansa sizin zatınıza lənət. Ya bəzi girdirmə psixoloqlar “ normal psixoloji sağlamlığı olan adam intihar haqda fikirləşməz. İntihara cəhd edənlər psixoloji problemləri olanlardı” deyib beynimizi zorlayır. Aləəə, noldu bu ölkədə öz həyatına qəsd edənlər hamısı Məcnun oldu? Azərbaycan elə qapalı bir cəmiyyətdi ki, burda sevgi, məhəbbət kimi ülvi hisslər çoxdan öz aktuallığını, dəyərini itirib.Necə deyərlər, Bakıda sevgi yoxdu, kapitalızm var.
 
Mövzudan çox yayınmayaq. Hal-hazırda bu ölkədə gəncləri ciddi şəkildə intihara sövq edən şərait var. Onlarla dostum, tanışım var ki, intiharı düşünüb nəvaxtsa. Bu ciddi, üstünə düşülməli olan bir haldı. Höküməti keçirəm. Normalı keçirəm, dılğır bir Avropa ölkəsində belə bir situasiya yaşansaydı hökümət, ictimai təşkilatlar haray-həşirlə ölkəni ayağa qaldırar, “gənclər əldən gedir” deyib yeni konsepsiyalar, proqramlar hazırlayardılar. Bizdə isə gənclər heç kimin sikinə deyil. YAPçı gəncləri çıxmaqla təbii ki.
 
Ən dərdli tərəfi odur ki, gənclər heç İctimai sektorun da vecinə deyil. Ancaq gərək hansısa gənc mitinqə çıxıb tutulsun ki, onun müdafiəsinə qalxsınlar. İntihar hallarının, cəhdlərinin artması isə heç kimi maraqlandırmır.
Axı bu ölkədə niyə gənclər intihara meyl edir. Nədi səbəb? Hökümət? Qətiyyən deyil. Orta statistik azərbaycanl gəncin siyasət, insan haqları vecinə də deyil. Hökümətdən bezən gedir Avropaya. Hökümətin burda az-çox günahı ondadır ki, gənclərçün lazımi şərait yaradılmır. Ancaq YAPçı, İrəliçi gənclərə şərait yaradılır. Amma, düzün desəm bu gün orta statistik Azərbaycan gənci bu səbəbdən özünə qəsd edən deyil. Qaldı mentalitet, ailə basqısı, cəmiyyət basqısı kimi məsələlər. Bəli, məhz bu. Bu mövzularda dəfələrlə yazılıb. Hər dəfə də yazılanda ağıllının biri çıxıb deyir ki, bu mövzu artıq çürüyüb. Əgər bir problemnən minlərlə insan əziyyət çəkirsə o problem yüz dəfə, mind dəfə yazılmalıdı, deyilməlidi ki, düzəlsin.

 
Bu gün bir az müasir düşünən, geyinən Azərbaycan gənci ətrafdakılardan “qəhbə”, “peysər” münasibəti görür. Bu gün Azərbaycanda bir az azadlıq istəyən adamı boğurlar. Yuxardakı hadisəni elə-belə yazmadım. Bunun səbəbi məhz bizim ailələrimiz, böyüklərimizdi. Bizlərdən tələbləri çox böyükdü. Sanki bizə Azərbaycan yox, Norveç, İsveç qurublar, bu qədər tələblər edirlər.
 
Ümumiyyətlə, ailə, valideyn insanın seçiminə qarışmaq üçün deyil. Seçim etmək yollarını, xeyirlərini, zərərlərini öyrətmək, yanlışında dəstək olmaq üçündü. Bizdə isə 90% ailələr “camaat nə deyər” prinsipilə həyatımızı zindana çevirir. Öz ailəmi də bura aid edirəm. Geyimimizə, təhsilimizə, ixtisasımıza, saçımıza, saqqalımıza,hətta gələcək həyat yoldaşımıza dair belə qərar vermək haqqlarının olduğunu düşünürlər. İntiharların da səbəbi budur. Məhz bu. Məktəbi qurtar, universitetə gir, kostyumlu(yubka-koftalı) iş tap(tapaq), qız bəyənək al, uşaq sahibi ol nəvə görək, sonra da zombi kimi yaşamağının mükafatı olaraq zombi nəslin ağsaqqalı olaraq öl.
 
Həyat sadəcə bunlardan ibarət deyil axı! Olmamalıdı! Başa düşün artıq bizi! Boğuluruq! Və son çarəmiz intihar olaraq qalır. Bu zombi nəsli də siz tərbiyə etmisiz, bu xaraba, rüşvətxor Azərbaycanın yaranmasında da siz böyük paya sahib olmusuz, susmusuz, haqqınızı yedirmisiniz. İndi bizdən də belə olmağımızı istəyirsiz. Bəsdi artıq! Sıxılırıq! Həyatımızı zindan edirsiz. Başa düşün. Sıxmaqla olmur bu işlər.
 
Əgər bir gənc oğlan saqqal saxlamaq, sırğa taxmaq, rəngli geyinmək istəyirsə mütləq bunu edəcək. Ortada gedən sizin və bizim əsəblərimiz olacaq, İntiharlara cəhdlər artacaq!

 
Bir-neçə kəlmə də başqasının saçına, saqqalına qarışan, arxasınca danışan qohumlara, qonşularadı. Sizi sikənin adı nədi? Cəhənnəm olun öz həyatınızı yaşayın! Siz axı kimsiniz ki, başqasının həyatına arışırsınız? Sizə bu ixtiyarı kim verib? Bütün gəncləri belələrini sikləməyə, sözlərini kəsib hörmətsizlik etməyə, söyməyə çağırıram! Bilin ki, siz onlara hücum etməsəz onlar sizin həyatınızı qaraldacaq. Toyda, yasda, məhlədə gördüyünüz mentalbeyin şayəbazların anasını ağladın! Bu əsrdə onlara yer yoxdu! Hərə öz həyatını yaşamalıdı, vəssalam!

 
Seksual inqilab filan deyirlər. Bu ölkədə öncə fikir inqilabı etmək lazımdı! İctimai sektorun vecinə deyil, çünki ətraflarındakın əksər hissəsi müasir düşüncəli, azadfikirli gənclərdi. Çox təsiri olmur. Bu ölkədə 2 milyon gənc var. 10 mini olsun ictimai sektor. Bə qalanları? Kənddə-bucaqda, ya elə Bakının özündə heç kimin tanımadığı o qədər aydınfikirli gənclər var. Və siz 99%-ni tanımırsız. O gənclər də mənim kimi boğulurlar. Azadlıq yanğısı içində nəfəs ala bilmirlər. Son çarə olaraq intihar qalır yalnız.

 
Valideynlərə, atalara, analaradı sözüm. Qoyun yaşayaq! Seçimlərimizə qarışmayın. Hər kəs eyni ola bilməz. Ki, heç bu özü də yaxşı bir şey deyil. Övladlarınızı düşündüyünüzü zənn edib, azadlıqlarını baltalamayın. Bir gün otağına girəndə kəndirdən asılı qaldığını görəndə ən pis ağrını məhz siz çəkəcəksiniz. Və onda anlayacaqsınız ki, günahkar sizsiniz. Və onda anlayacaqsınız ki, artıq gecdi. Peşman olacaqsınız. Geriyə dönüş olmayacaq, amma. Əmin olun, bunlar fantaziya deyil. Bunları görəcəksiniz əgər eyni tempdə davam etsəniz. 
Və yazının sonunda gənclərə səslənirəm. Azad olun! İzn verməyin həyatınıza kimsə qarışsın! Qoy arxanızca petux desinlər, peysər desinlər, qəhbə desinlər, amma, azadlığınızdan zərrə qədər də pay verməyin. Üzünüzə deyə bilməyəcəklər onsuz da. Bu həyat sizindi. Pisiylə yaxşısıyla seçiminizə görə siz məsuliyyət daşıyacaqsınız. Azad olun. Həyatınızı yaşayın. Geyiminizi, tərzinizi, işinizi, həyat yoldaşınızı özünüz seçin. Xöşbəxt olacaqsınız.
 
P.S İlk dəfə bu yazını oxuyan bütün gənclərdən xahiş edirəm bu yazını başqalarına da oxusunlar, oxutdursunlar, bu yazını ailələrinə də oxutdursunlar. Mən bu yazını başqasının adınnan oxuyacam valideynlərimə.
 
İlkin Rüstəmzadə
Kultura.Az
Yuxarı