Avropanın “yaxşı”sı çoxdu yoxsa “pis”i
Birincilər Qərbin ancaq texniki nailiyyətlərini götü…
Təbiətdə belə bir qanun var ki, həyat uğrunda mübarizədə yalnız güclülər qalib gəlir və yaşamaq haqqı qazanır. Biz insanlar da bu yolu keçmiş canlılar olaraq, bu qanunu özümüzün hanısa formada təşkil etdiyimiz cəmiyyətə daşımışıq. Cəmiyyətdə bu qanun təbiətdəki kimi natural formada deyil, sosial formada özünü göstərir. İndiki dövrdə dünyanın istənilən yerində gücün mənbəyi puldur. Ancaq pul qazanmaq üçün də insanlara ən birinci ağıl lazımdı. Demək ağlı olan qalib gəlir.
İndi hamımız çox yaxşı bilirik ki, kapitalizm və ondan əvvəlki formasiyalar cəmiyyətdə siniflər yaradıb, hansi ki, bu siniflər arasında antaqonizm var, yəni bu siniflər bir-biri ilə yola getmir. Yuxarı təbəqə həmişə aşağını istismar edir və bütün ideologiyalarda bir sinfin digər sinif üzərindəki istismarını təmin etmək məqsədilə yaradılır. Ancaq bir fəlsəfə var ki, bunun əksini deyir - Marksizm siyasi müstəviyə keçəndə sosializm və ya kommunizm.
Məqsədləri odur ki, cəmiyyətdəki sinifləri ləğv etsinlər, özəl mülkiyyətə əsaslanan kapitalizmi sona çatdırsınlar, ictimai mülkiyyətə əsaslanan iqtisadi sistem yaratsınlar və hamının hüquqi , siyasi və iqtisadi bərabərliyinin təmin olunduğu bir cəmiyyət yaratsınlar. Çox gözəl ideal kimi görsənir , amma elə deyil. Mən mümkünsüzlüyünü də yazacam, amma mümkünsüzlükdə əlavə bir də etik məsələ var ki, sırf o kontekstdən yanaşanda mən, sosializmi qəbul etmirəm.
Marks kapitalizmi çox gözəl tənqid eləyib, Feyerbaxdan təsirlənərək yaratdığı özgələşmə nəzəriyyəsi ilə kapitalizmin insanı necə əmtəəyə çevirdiyini məharətlə ifşa edib. Hegelin başı aşağı dialektikasını başı üstə qoyub. İnkişafın təkanverici qüvvəsi kimi Hegelin ruh dediyinə Marks iqtisadi münasibətlər deyib. Bu baxımdan mən Marksı sevirəm, amma...
Təbiətdə dialektika var, yəni bütün cisimlər canlı-cansız nə varsa bir-biri ilə əlaqədədir. Ətrafımıza baxanda müxtəlif cisimləri görürük, müxtəlif formalarda, həcmdə və kütlədə fərqli cisimlər, amma həm də oxşar cisimlər.
Bu təbiətdə bir-birinə əks olan cisimlərin vəhdətidir. Bir hidrogen molekulu bir oksigen molekulu ilə birləşəndə heç nə yaranmır, bəlkədə yaranır mən bilmirəm amma oksigen molekulunu bir dənə də artısan su yaranır, yəni kəmiyyət keyfiyyəti dəyişdirir. Toxumu torpağa atırıq, üstünə yağış yağır, toxum cücərir, həmin cücərti böyüyür bir müddət sonrada ağaca çevrilir. Bu isə toxumun bir-birini inkar edən müxtəlif formalarıdı. Dialektika bir həqiqətdi, hansı ki, yalnız təbiətdə yox həm də cəmiyyətdə var. Siniflər onların müxtəlifliyi, müxtəlifliklə yanaşı oxşarlığı, bir birini zidd olması həm də bir-birindən asılı olması, bir-birini inkar edərək nəticədə bir sintezdə birləşməsi. Bunları mən demirəm dialektika deyir. Yəni dialektika bir qanundusa, o heç vaxt göz ardı edilə bilməz. Dialektika inkar və ziddiyət deməkdir və bunu Marks qəbul edirdi, amma kommunizm cəmiyyətində siniflər yoxdu, demək orda inkar da yoxdu, ziddiyyət də yoxdu. Üstqurumu, yəni cəmiyyətin şüurunu bazis, yəni iqtisadi münasibətlər formalaşdırırsa, orda stabil, ədalətli iqtisadi sistem hamıya eyni təsir etdiyi üçün fərqli fikirlər də olmayacaq. Bu o deməkdir ki, dialektika o cəmiyyətdə işləmir. Əgər dialektika qanundursa, onda o necə işləməyə bilər ? Hegel deyirdi ki, mənim fəlsəfəm sondur, bundan həqiqi fəlsəfə yoxdur, ziddiyyət mənim fəlsəfəmdə sona çatır. Marks bunu demirdi, amma dediklərindən, ya da bilmirəm bəlkə də dediyini sandığım fikirlərdən bu nəticəyə gəlirəm mən. Dialektika bir sonun olacağını göstərmir ki, kainat var olduqca da spiralvari inkişaf davam edəcək. Demək biz bu kapitalizmi daxildən dəyişməli və sosial iqtisadiyyatla barışdırmalıyıq. Barışdırmaq deyərkən, aralarındakı əksliyi qaldırmaqdan danışmıram, əgər əkslik varsa bunların vəhdəti də var mən o vəhdətdən danışıram. İndi ki, dövrlərdə mənim qulağıma postkapitalizm səs sədası gəlir, hansı ki, pulun yox biliyin kapital qismində çıxış etdiyi bir sistem. Mən bunu daha dərindən araşdıracam, amma əgər bu formasiya daha münasibdirsə, onda biz onun yaranmasına çalışmalıyıq.
Bu gün dünyada ideologiyaların ölümü baş verir. İnsanların sosializmə meyl etməsi , sosializmin yox pragmatizmin qələbəsidi yəni insanlar öz qarınlarının doymasını istəyirlər.
O ki, qaldı nəyə görə kommunizmi qeyri-etik bir şey hesab edirəm. Mənə görə insanların bərabər olduğunu iddia etmək özü ədalətsizlikdir.
Saleh Mehdizadə
Kultura.az