Söyüş nədir? və ya Söyüşlə idarə
Söyüş barədə danışarkən söyüşün ən &cced…
Məmləkətimizdə demokratiyanın olmaması, insan haqqlarının addımbaşı tapdanılması heç kimə sirr deyil. Hətta hər gün müxalifəti söyən hakimiyyət nümayəndələri də öz aralarında böyük ehtimalla bunu deyirlər.
Düzü, bu yazını çoxdan yazmaq istəyirdim. Sadəcə İctimai Palatanın 10 dekabıra təyin etdiyi mitinqi gözlədim. İstədim həm dəlil-sübutlarla yazım, həm də aksiya qabağı kimlərisə ruhdan salan bir şey etməyim.
Həmin aksiyada da hakimiyyət müxalifətə qarşı amansızcasına davrandı. Kimini evində tutdu, kimini metroda, kimini isə aksiyada ağzını yumdu. Bütün bunlar Beynəlxaq İnsan Haqqları günü şəhərin düz mərkəzinə baş verdi. Bütün bunlara baxmayaraq, müxalifət xüsusilə də gənclər öz sözlərini dedilər. Amma necə dedilər? Bax bu suala bir gənc kimi cavab vermək istəyirəm.
Fikir verdinizsə aksiyadan sonra tutulan 125 nəfərdən yalnız biri bitərəf idi. Elə əsas məsələ də budur. Niyə məhz bu qədər narazılıq olan ölkədə partiya mənsubiyyəti olmayan bir nəfər aksiyaya çıxır? Nədir insanları meydanlara çıxmağa qoymayan?
Çoxları yenə günahı hakimiyyətin üstün atacaq. Tamam, mən də sizinlə razıyam, hakimiyyət bizim söz azadlığımızı əlimizdən alıb. Bəs müxalifət nə üçündür? Əgər müxalifət insanları inandırıb küçəyə çıxara bilmirsə, bunun günahını kimdə axtaraq?
Fikir vermisinzsə, istər qonşu Turkiyə, istərsə də Avropa və digər ölkələr olsun burada mitinqin, aksiyanın ən aparıcı qüvvəsi gənclər olur. Xüsusilə də gənc tələbələr. Amma bizim ölkə də partiya mənsubiyyəti olmayan gənc tələbəni mitinq və aksiyada görmək mümkünsüzə çevrilib. Nəzərə alsaq ki, ölkənin ən narazı kütləsinin bir araya yığışdığı kontingetdən biri də tələbələrdir. Amma bizdə tələbələr qorxur. Qorxurlar ki, onları aksiyalara çıxdıqlarına görə, universitetdən qovarlar. Çoxları üçün bu qorxaqlıq ola bilər, amma mənim üçün normal haldır. Dörd il oxuduğu universitetdən qovulub, ortada qalmaq çox pis şeydir. Bunu düşünmək belə insanı qorxudur. Onsuz da heç bir gəliri olmayan, ata-anasının əlinə baxan gənc aksiyaya çıxıb tutularsa və universitetdən qovularsa, bu onun üçün həyatın ən tərs şilləsi olar. Hələ mən evdə onun hansı psixoloji zərbələr alacağını demirəm. Sual ola bilər, bəs çıxış yolu bəs nədir? Bir çıxış yolu var tələbələrə sahib durmaq, hər tərəfli sahib çıxmaq....
Xatırlayırsınızsa, bir il bundan öncə İP-də təmsil olunan partiyalar aksiyaya görə, universitetdən qovulan tələbələrin haqqlarını müdafiə edəcəklərini demişdilər. Bunun üçün xarici təcrübələri öyrəndiklərini deyirdilər. Bildiyiniz kimi Belarus müxalifəti aksiyalara görə universitetdən qovulan tələbələrini xarici ölkə universitetlərə bərpa olunaraq təhsil almasını həll edir. İP nümayəndələri də bu istiqamətdə danışıqların getdiyi deyirdilər, amma bir nəticə olmadı. Oldusa da, bizim xəbərimiz yoxdur.
Belə olan halda niyə aksiyaya çəxmayan gənclərə dırnaq arası baxmalıyıq? Bu haqqı bizə kim verib? Hər gün sosial şəbəkələrdə vahid namizəd məsələsini müzakirə edən və bir-birllərini təhqir edən müxalifətçi gənc liderlər niyə bir dəfə də olsun bu məsələni partiyalarında qaldırmayıblar? Niyə indiyə kimi mətbuata bu haqda hansı işlər getdiyi barədə danışmayıblar? Niyələr çoxdur, cavablar isə təəssüflər olsun ki, hələ verilmir.
Əgər bu danışıqlar uğurla nəticələnsə idi ziyandan çox, uğur olacaqdı.
1. Bir ildə universitetlərdən 100-dən artıq gənc qovulacqdısa, bu artıq beynəlxaq aləmdə hakimiyyət üçün ciddi problem olacaqdı.
2. Yüzlərlə gəncin xaricdə təhsil alması, artıq hakimiyyət əleyhinə savadlı bir lobbinin formalaşması demək olacaqdı.
3. Hakimiyyət də tələbələri universitetdən qovmağın çıxış yolu olmadığını anlayacaqdı.
4. Ən əsası isə müxalifət gənclərin dəstəyini qazanacaqdı və gənclər də mübarizə yolunda tək qalmadıqlarını anlayacaqdılar.
Ümid vermək çox asandır, onu həyata keçirməmək isə üzücü haldır. Gənclərin ümidlərini qırmayın...
Elkin Xəlilov
Kultura.az