post-title

Gəncliyin 20 qəpik ehtiyacı

Qaqaş olar səni? Kaşlyokumu itirmişəm, 20 qəpiyin olmaz?

 

 

Son zamanlar bu cür dialoqlar yəqinki çoxunuzun başına gəlib. Bəlkə inanmısınızda, elə mənim kimi.. Yaxşı yadımdadı hardasa 1 il əvvəl  Gənclik metrosunda bir  qaqaş  mənə yaxınlaşdı. Elə geyinmişdiki mən onun yanında dilənçi kimi görsənirdim. Yəqin harasa getməyi soruşacaq deyə fikirləşdim:

 -Qaqaş bağışla narahat edirəm Nardarannan gəlmişdim işləmək üçün. Bütün pulumu avtobusda oğurladılar, 1 manat verə bilərsən? 

İnsanlıq naminə verdim ... 2 gündən sora yenidən bu hadisə başıma gələndə başa düşdümki bu dilənçiliyin yeni versiyasıdır. Həm dilənçilik, həm də dələduzluq..

Artıq bu hallar şəhərdə dəb halını alıb , işləmək istəməyən nə ilə məşğul olduğu bilinməyən gənclər və bəzən orta yaşlı nəslin nümayəndələri bu metodla insanlara ağız açırlar. 

Səbəbin nə olduğunu çox düşündüm ... İşsizlikmi.. ehtiyacmı.. yox əslində bunların heç biri deyil, bunun tək səbəbi var mənliyin və qürurun yoxluğu.

Yaşadığımız ölkədə yetərincə iş yeri var,  hansıki ən azından fəhlə və ya təmizlikçi işləyib dolanmaq olar.

Mənliyi yerində olan normal insan acınnan ölsə bele qüruru kiməsə ağız açmağa imkan verməz .

Bəs görəsən bu insanlar həqiqətənmi pulu dolanmaq üçün istəyirlər? Məncə yox, əksər hallarda bunun səbəbi narkotik maddələrdir. İstifadədə yaranan asılılıq insanı məhv edir və buna ilk olaraq onun qürur və mənliyindən başlayır.

Çalışın belə insanlara aldanmayın

Orxan Məmmədli

Yuxarı