Saxta cəmiyyət
İndiki əksər gəncliyin vətənpərvərliyi mənə saxta g&ou…
Mən atamam. Özümü dərk edəndən ona oxşamaq istəmişəm.Saqqalım olmasa da özümə yod və yaxud da karandaşla saqqal düzədirdim. Əlimi belimə qoyub ağır-ağır addımlayırdım.Bir-iki dəfə anamın üstünə qışqırmaq da istədim amma arxama dəyən şillələrdən sonra başa düşdüm ki,mən atam ola bilmərəm. Çünki adətən anam atamı şillələmirdi.
İlk uğursuz rolumdan sonra bir qədər ruh düşkünlüyü yaşasam da axtarışları davam etdirdim. Baxçadakı ilk günümdə özümü baxça müəlliməmiz Sevinc xanıma oxşatmağa çalışdım. Baxmayaraq ki,genetik olaraq o qadın mən isə kişi idim amma buna baxmayaraq mən eynən onu təkrarlamağa çalışırdım. Onun kimi baxçadakı digər uşaqları yerli-yersiz danlayırdım (təbii ki,özümdən yaşca kiçikləri , böyüklərdən it kimi qorxurdum) hərdən ağlayan birinə nəvaziş göstərib başını sığallamağı da yaddan çıxarmırdım.Mən sözün əsl mənasında Sevinc müəllimə idim ta ki,onda olan bir xüsusiyyət diqqətimi cəlb etməyənə qədər.Lənətə gəlmiş tez-tez əli ilə yekə döşlərini aşağıdan yuxarıya doğru sahmanlayırdı.Bir-iki dəfə məndə cəhd etdim amma çifayda.Başa düşdüm ki,belə olmayacaq hələ bunun sabahkı gün tualetə getməyi,paket dəyişməyi var…
Bir-iki gün özüm olsam da bunu bu məni darıxdırdı.Tezliklə mən qonşumuz Rəhman dayı oldum.Rəhman dayı baxçanın həyətində bağban işləyirdi.Bütün boş vaxtımı onun yanında keçirirdim.Ağacları sevirmiş kimi bütün günü ağac sulayıb məndən iki dəfə böyük olan bellə onların dibini yumşaldırdım.Axırda əllərim qabar olub,sifətim günəşdən qapqara olandan sonra dedim ki,tüpürüm Rəhman dayıya da onun ağaclarına da.Üstündən bir-iki həftə keçəndən sonra televizorda gördüm ki, cənab prezident danışır.Özümü təntənəli surətdə prezident elan etdim.hətta pol ağacındakı əski parçasına da opüb and içdim ki,mən millətimə həmişə sadiq olacam.Evdə “Quran” olmadığına görə kitablarımın arasından seçib “Azərbaycan xalq nağılları” kitabına da eyni qaydayla and içdim.Sonra da başa düşdüm ki,elə-belə prezident olmaz.Prezident dediyin xalqla daim təmasda olmalıdır.Ona görə də günün günorta çağı pəyəyə girib qoyunların hamısını yığdım bir yerə və başladım onlara oxuduğum nağıllardan danışmağa.Onlar da qoyun kimi başlarını tərpədib guya qulaq asımış kimi edirdilər.Bu vəziyyət bir həftə davam edəndən sonra mən istefa verdim.Fikirləşdim ki,nə bu qoyunlar heç vaxt adam olmayacaq nə də mən heç vaxt prezident ola bilməyəcəm.
Prezidentlikdən istefa verəndən sonra mən tanıdığım bir çoxları oldum.Məsələn atamın dostu Kazım dayı (yeri gəlmişkən ona “Topal Kazım” deyirdilər çünki bir ayağını çəkə-çəkə yeriyirdi məndə elə onun bu özəlliyinə görə o olmuşdum). Kazım dayı bələdiyyədə işləyirdi.Hər dəfə bizə gələndə kənddə loxladıqları adamların hesabına mənə şirinquş alıb gətirirdi.Mən də sevinə-sevinə şirinquşu ağzıma qoyub kəndin ortasıyla ayağımı çəkə-çəkə gəzirdim.Qonşular məni tanıyırdı deyə artıq bütün axmaqlarıma öyrəşmişdilər.Təkcə çöpçü Zənrigardan başqa.Zərnigar hamını inandırmışdı ki,(əsasən də qəssab Zəlimxanı) mən dəliyəm.Haçan məni küçədə görürdüsə yanındakı adama deyirdi ki,bu uşaq xəstədir bunu niyə kəndin ortasına buraxırlar allah qorusun üstümüzə cumub eliyər birdən.Əslində Zərnigar xalanı qınamırdım öz oğlu Fariz artıq üç ildi ki,Maştağada dispanserdə yatırdı çoxdanın dəlisi idi heç kimə dəyib dolaşmırdı amma bir gün Qəssab Zəlimxanın qızı Səlimənin qulağını dişlədiyinə görə əlini qolunu bağıayıb aparmışdılar dispanserə.Günlərin bir günü anam bu “dəli” söhbətindən xəbər tutanda tumanını başına keçirib düz getdi Zərnigarın qapısına.Söydü söyə bildikcə Zərnigarın dəli oğlunu qəssab Zəlimxanın fınış qızını qatdı bir-birinə xülasə aləmi qarışdırdı.Zərnigarla qəssab Zəlimxan odur budur dillərini qoydular dinməz yerlərinə.Mən də artıq topal kimi yeriməkdən bezmiş olduğuma görə sikdir elədim Kazım dayını.
Bir az böyüdükdən sonra mən 12-13 yaşlarında olanda kəndimizə tez-tez pambıq satan bir kişi gəlirdi.Şüşə butulkaları yığıb əvəzində uşaqlara pambıq verirdi.Elə ilk gündən gözüm tütmuşdu o kişini elə ona görə də həyətdəki köhnə kalyaskanı götürüb düşmüşdüm kəndin arasına butulka yığırdım uşaqlara da deyirdim ki,pambıqlarınız padvalda bişir sabaha hazırdı.Eynilə rayonumuzun deputatı Aydın Mirzəzadə kimi.Yadımdadır bir dəfə milli məclisə seçkilər zamanı kəndimizə on-on beş nəfər qalustuklu kişi gəlmişdi.İçərilərindəki ən kök,yekəqarın kişiyə Aydın müəllim deyirdilər.Birdə deyirdilər ki,siz səsinizi bu yekəqarın kişiyə verin ondan sonra yağ-bal içində üzdürəcək bu kişi sizi.Vaxt-vədə tamam olanda kəndin adamları səslərini verdilər o kişiyə insafən o da, vədinə xilaf çıxmadı yağ-bal içində üzdürdü ama öz qohum-əqrabasını.Barmaq yalayan yenə kəndin sakinləri oldu.İndi məndə hamıya pambıq söz verə-verə kənddə nə qədər butulka vardısa hamısını yığmışdım.Hər gün uşaqlar qapımıza gəlib öz halal pambıqlarını istəyirdilər məndə söz verirdim ki,bəs bir az da gözləyin pambıq padvalda bişir hazır olan kimi verəcəm.Tərslikdən pambıqsatan kişi də gəlmirdi ki,butulkaları ona verim əvəzində pambıq alam.Bir gün xəbər çıxdı ki,Kazım dayının qudurğan gədəsi pambıqsatan kişini kəndin ortasında maşınla vurub öldürüb.Qorxumdan butulkaları yığıb qaytardım uşaqlara dedim tüpürüm belə sənətə.Sabah başqa bir xiyarın oğlu gəlib məni də yolun ortasında vurub mundar edər ondan sonra hara çatar.
O butulka haqq-hesabından sonra mən tanıdığım bir çoxları oldum məsələn qəbirstanlıq qaravulçusu mürdəşir Sadıq kişi,molla Abduləli,kəndin qırağında göy-göyərti satan eşşək Həsənqulu və s.Bir sözlə uçan-qaçan kim vardısa o olurdum.İndi də yazıçı olmaq istəyirəm.Ağzıma gələni yazıram.Fikir vermişəm yazıçı olmaq üçün “cool” görünmək,gecə səhərə kimi yatmayıb kofedən içib siqaretdən çəkmək,sutkanın yarısını da kefli olmaq lazımdır.Görək da hələlik bu “keyfiyyət”ləri özümdə birləşdirə bilirəm.Gələcəkdə bəlkə kitab zad da yazdım.
Kamran su
Redaksiyadan - Orfoqrafiya və stilistikaya toxunulmayıb