post-title

Diktatoru necə devirməli?

Bir müddət əvvəl "Forbes" jurnalında müasir dövrün diktatorları barədə maraqlı bir məqalə nəşr edilmişdi. Kultura.az-ın oxucuları üçün maraqlı olacağını düşündük və həmin məqaləni tərcümə etmək qərarına gəldik. Müasir tarixin 13 qaniçən diktatoru kim idi və onlar hakimiyyətdən necə devrildilər?

 

1. Müəmmar Qəddafi - keçmiş Liviya cəmahirriyəsinin lideri. 42 il illik hakimiyyət. Doğulduğu şəhərdə üsyançıların hücumu zamanı öldürülüb.

2011-ci ilin avqust ayının sonunda liviyalı üsyançılar Qəddafinin Tripoli şəhərindəki iqamətgahına basqın etdilər. Hətta üsyançılardan biri diktatorun məhşur  papağını (furajka) tapdı. Lakin polkovnikin özü  artıq sarayda yox idi. Bundan sonra Liviyanın Milli Keçid Şurası Qəddafini öldürən və ya əsir götürən şəxsə 1,3 milyon mükafat vəd etdi. Üsyançılar Qəddafiyə hakimiyyəti könüllü olaraq  təhvil vedib, ölkəni maneəsiz tərk etməyi də təklif etmişdilər. Ancaq cavab olaraq diktator müharibəni sona qədər davam etdirəcəyini bəyan etdi. O, sözünün ustündə sona qədər durdu, təslim olmadı. Qəddafi oktyabr ayının 20-də doğulduğu Sirt şəhərində əsir götüldü və hər iki ayağından  yaralanaraq qan itkisindən vəfat etdi. Üsyançıların sözlərinə görə polkovnikə şəhəri tərk etməyə NATO-nun hava qüvvələrinin hücumu mane olmuşdu.
 
 
2. Hüsnü Mübarək - Misirin keçmiş prezidenti, 30 illik hakimiyyət. Haqqında ömürlük həbs cəzası verilib.

2011-ci il avqustun 3-də Hüsnü Mübarək və onun iki oğlu məhkəmə zalına gətirilərək, məhkumlar üçün nəzərdə tutulmuş qəfəsə salındılar.
Keçmiş prezidentin məhkəmə günü barmaqlıqlıqlar arasındakı şəkli bütün dünyaya yayıldı. Məhkəmə zamanı Mübarək bir neçə yüz nümayişçinin ölümündə və böyük miqyaslı korrupsiyada ittham olunurdu.

Hüsnü Mübarək 1981-ci ildə prezident Ənvər Sadatın öldürülməsnindən sonra  hakimiyyətə gəmişdi. “Müasir firon”un hakimiyyəti 30 il davam etdi. Bütün bu illər boyu ölkəni fövqəladə vəziyyətdə saxlayan qanun qüvvədə idi. Qanuna görə vətəndaşlara səbəbi söylənilmədən onları 1 aylıq həbsxanaya salmaq olurdu, daha sonra onların işləri hərbi məhkəməyə ötürülürdü.

Qanunda həm də “ictimai maraqlara görə” senzura nəzərdə tutulurdu. Mübarək ard-arda  4 il  yalnız özü namizəd olduğu  seçkilərdə prezident seçilmişdi. 2010-cu ilin sonunda çox adam inanırdı ki, Hüsnü Mübarək hakimiyyəti kiçik  oğlu  Camala ötürəndən sonra istefa verəcək. Lakin Misirdə inqilab oldu. Qahirədə, İskəndəriyədə və digər şəhərlərdə 18 gün davam edən nümayişlər oldu, polislə toqquşma nəticəsində 800-ə qədər nümayişçi oldürüldü. H. Mübarək vəziyyəti düzəltməyə çalışırdı. O, yeni hökumət formalaşdırdı və gələn seçkilərdə namizədliyini irəli sürməyəcəyini bəyan etdi. Ancaq fevral ayının 11-də istefa verməli oldu, mart ayının sonunda haqqında ev dustaqlığı qərarı verildi, aprel ayında isə hər iki oğlu da həbs olundu.
 
 
3. Zeynalabdin Ben Əli
- Tunisinin keçmiş prezidenti, 23 illik hakimiyyət. Ökədən qaçıb.

Zeynalabdin Ben Əli 1987-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlib. 1994-cü ildə keçirilən seçkidə Ben Əli yeganə namizəd olur və  prezident seçilir.  2002-ci ildə keçirilən referendum nəticəsində bir  prezidentin seçkilərdə 3 dəfə namizədliyini verə bilməsi haqda qərar qəbul edilir, yaş həddi 70-dən 75-ə qaldırılır. Və bununla da Ben Əli dördüncü və beşici dəfə prezident seçilə bilir.

2010-ci ildə Tunisdə  baş verən etirazlar  Ərəb baharına təkan verdi. Küçələrə çıxan nümayişçilər işsizlik və korrupsiyaya qarşı etiraz edirdilər. Ölkədəki siyasi və biznes sahələrinin çoxuna “ailə”nin üzvləri və Birinci Xanım Leyla Trabelsinin  yaxın qohumları yiyələnmişdilər. Üç günlük nümayişdən sonra, yanvarın 14-də Ben Əli və onun ailəsi ölkədən qaçaraq Sudiyyə Ərəbistanında siyasi sığınacaq alır. İyun ayında Ben Əli və onun həyat yoldaşına 65 milyon dollar cərimə və 35 illik həbs elan olunur. Tunisdə qalan Trabelsi ailəsinin 30 üzvü isə həbs olunur. Haqqında verilən hökmdən sonra Ben Əli mətbuata ilk dəfə rəsmi açıqlama verir. O bütün ittihamları uydurma adlandıraraq, Səudiyyə Ərəbistana uçan təyyarəyə aldadılaraq mindirildiyini bəyan edir. Yanvar ayında diktatorun İsveçrədə bank hesabları dondurulur. Lakin o və onun həyat yoldaşı ölkədən qaçan zaman özləri ilə 1,5 ton, yəni  60 milyon dəyərində qızıl aparmışdılar.
 

 

4. Loran Qbaqbo - Kot Divuarın (Fil Dişi sahilləri) keçmiş prezidenti, 11 illik hakimiyyət, həbsdədir.

Loran Qbaqbo 2000-ci ildə keçirilən seçkidə qalib gəlib. Prezidentlik müddəti 2005-ci ildə başa çatmalı idi. Lakin Qbaqbo seçkiləri ləğv edir ki, 2002-ci ildən hakimiyyətə müxalif olan və ölkənin şimal bölgəsini zəbt edən üsyançıların seçkilərdə iştirakına mane olsun.

O, 2010-cu ildə keçirilən seçkilərin ikinci tutunda baş nazir Allasan Uttareyə məğlub olur. Lakin prezidentin nəzarətində olan Konstitusion Şura ölkənin cənubunda  bir necə regionun nəticələrini ləğv edərək Qbaqbonu yenidən prezident elan edir. Ölkədə yenidən çaxnaşma başlayır, Qlaqbonun hərbi qüvvələri nümayişləri dağıtmaq üçün silahlardan istifadə edir. Həmin ilin mart ayında "Human Rights Watch" təşkilatı Kot Divuarda baş verənləri insanlıq əleyhinə cinayət adlandırır. Münaqişəyə Fransanın və BMT-nin silahlı qüvvələri müdaxilə edirlər. Aprel ayının 10-da vertolyotlarla Qbaqbonun iqamətgahına hücum edilərək bütün hərbi texnikanı məhv edilir. Aprel ayının 11-də isə Qbabqo həbs olunaraq həbsxanaya salınır. Həbsindən bir qədər əvvəl, çıxılmaz vəziyyət olduğunu anlayan diktator silahların endirilməsini və  “normal mülki idarəçiliyə qayıtmaq” əmrini verir.
 

5. Səddam Hüseyn - İraqın keçmiş prezidenti, 24 illik hakimiyyət, edam olunaraq öldürülüb.

İraqda 1968-ci ildəki çevriliş zamanı hakimiyyətə “Baas” partiyası gəlir. Səddam Hüseyn bu partiyanın liderlərindən idi. Daha sonra vitse-prezident olaraq ölkənin daxili təhlükəsizliyini, təhlükəsizlik xidmətlərini və ordunu nəzarəti altına alır. 1979-cu ildə prezident Al-Bəkir istefa verir və Səddam hakimiyyətə gəlir. Hakimiyyətə gələndən bir həftə sonra o “Baas” partiyası tərəfindən aparılan sui-qəsd planını ifşa edir, 68 yüksək rütbəli şəxsi həbs, 21 nəfəri  edam etdirir. Həmin vaxt O, “İndi biz öz Stalin dövrümüzü yaşayırıq” deyirdi. Səddam rejiminin qurbanlarının dəqiq sayı məlum deyil, amma güman etmək olar ki, bu say milyondan çoxdur. 1988-ci ildə əhalisi kürdlər olan Hələbcə şəhərinə zəhərli qazla hücum zamanı 5000 nəfər öldürülür. “Anfal” əməliyyatında yüz min kürd öz evlərindən çıxarılmış, on minlərlə kürd məhv edilmişdir. 1980-1988-ci illərdə davam edən İraq-İran müharibəsi zamanı təqribi 300 000 insan, Küveytin işğalı zamanı yüz minlərlə kürd və şiə qətlə yetirilmişdir. On minlərlə insan İraq həbsxanalarındakı işgəncələrdən dünyasını dəyişmişdir.

2003-cü ilin fevralında ABŞ İraq əleyhinə hərbi əməliyyatlara başlayır. Apreldə Bağdad ələ keçirilir və bununla da diktatorun hakimiyyəti süquta uğrayır.
Səddam Hüseynin özü isə 2003-cü il dekabrın 13-də Ar-Daur kəndindəki bir evin zirzəmidə tapılıb.  2005-ci ilin oktyabrında Səddam barəsində məhkəmə prosesi başlanılır. Onu edamlarda və kütləvi qətllərdə ittiham edirlər. 2006-cı ildə keçmiş prezidentə ölüm hökmü verilir. Ölümündən əvvəl Səddam hər gün "Quran" oxuyur və çoxlu şeir yazırdı. 2006-ci il dekabrın 30-da diktator asılmaqla edam olunur və proses videoya çəkilərək İraq televisiyasında yayımlanır.
 
 
6. Slobodan Miloşeviç - Serbiyanın keçmiş prezidenti, 11 illik hakimiyyət. Həbsxanada vəfat edib.

1999-cu ilin mayında Serbiyanın prezidenti Slobodan Miloşeviç BMT-nin beynalxalq tribunalında keçmiş Yuqoslaviyadakı hərbi cinayətlər, genosid və insanlıq əleyhinə cinayətlərə görə ittiham edilib. Həmçinin o yüz min Kosova albanının deportasiyası və Kosovoda müharibə zamanı kütləvi qətllərdə günahlandırılırdı. Daha sonra bu cinayətlərə Srebrenitsada 8000 bosniyalı müsəlmanların kütləvi qətli, Xorvatiyada, Bosniyada və Hersoqovinada etnik təmizləmə əlavə olundu.  NATO-nun Serbiyanı bombalamasından və  Kosovoda müharibənin bitməsindən sonra Miloşeviç 2000-ci ilin sentyabrında erkən prezident seçkiləri elan edir. Müxalif namizəd Voislav Koştunitsa səslərin 50%-ni yığaraq qalib gəlir. Lakin seçki komissiyası onun cəmi 48,96 % səs topladığını söyləyərək ikinci tur elan edir. Rəsmi nəticələrin elan olunmasının sabahı günü, 27 sentyabrda Serbiyada etiraz aksiyaları başlayır və yüz minlərlə insan küçələrə çıxır. Okytabrın 5-də nümayişçilər parlamentin və mərkəzi televiziyanın binasını zəbt edirlər. Nümayişçilərdən biri- sürücü Lyubislav Djokiç televiziya binasının zəbtinə öz buldozeri ilə gəlir və buna görə bu inqilab “buldozerli” inqilab adlandırılır. Oktyabrın 6-da Miloşeviç istefa verir və seçki komissiyası Koştunitsinin birinci turda qalib gəlməsini elan edir.

2011-ci ilin martında Miloşeviç serb polisləri tərəfindən həbs olunaraq məhkəməyə verilir. Məhkəmə zamanı o özünü müdafiə edir və ittihamları tamamilə rədd edirdi. 2006-ci il mart ayının 11-də o, məhkəmə hökmü çıxmadan infarkt keçirərək həbsxanada vəfat edir.
 
7. Nikolae Çauşesku- Ruminiyanın keçmiş prezidenti, 24 illik hakimiyyət. 1989-cu il, dekabrın 25-də o və baş nazirin müavini olan həyat yoldaşı Elena məhkəməyə verilərək eyni gündə güllələnirlər.

1965-ci ildən Ruminiyaya başcılıq edən Çauşesku öz xalqına qarşı törətdiyi soyqırıma və yürütdüyü siyasətlə ölkəni yoxsulluğa və aclığa gətirib çıxardığına görə ittiham olunurdu. Ruminiyada küçə etirazları 1989-cu  ildən Timişoara şəhərində başlamışdı. Çauşesku polislərə və silahlı qoşunlara etirazçılara atəş açmaq barədə əmr vermişdi. Dekabrın 20-də o, televiziyayla müraciətində nümayişçiləri “xarici qüvvələr” adlandırır. Tezliklə inqilab dalğası paytaxt Buxarestə çatır. Növbəti gün müdafiə nazirinin ölümü haqqında xəbər yayılır. Fərziyələrə görə o intihar etmişdi. Lakin belə bir fərziyə də var ki, o etirazçılara qarşı atəş açmaqdan imtina etdiyinə görə şəxsən Çauşesku tərəfindən öldürülüb. Dekabrın 22-də o, etirazçılara müraciət etmək üçün Mərkəzi Komitə binasının eyvanına çıxır, amma kütlə onu aqressiv izdihamla  qarşılayır və binaya hücum edir. Bu zaman Çauşesku və onun həyat yoldaşı son anda vertolyota minə bilirlər. Vertolyotun pilotu müxalifət tərəfə keçdiyindən vertolyotu Tırqovişte şəhəri yaxınlığındakı bir sahədə endirir. Çauşesku və onun cangüdənləri yolda maşın saxlayırlar, Tırqovişte şəhərinə gedirlər. Elə həmin şəhərdə də həbs olunaraq tribunala veririlirlər.
 


8. Ferdinand Markos - Filippinin keçmiş diktatoru, 20 illik hakimiyyət. Devrildikdən sonra ölkədən qaçıb.

Ferdinand Markos 1965-ci və 1969-cu ildə prezident seçilib. Hakimiyyətdə çox qalması üçün o kommunizm qorxusunu səbəb gətirərək ölkədə fövqəladə vəziyyət elan edir. Həmin vaxtlar Filippində söz azadlığı məhdudlaşır,  yüz minlərlə insan müxtəlif səbəblərə görə həbs olunur. 1981-ci ildə fövqəladə vəziyyət ləğv olunur və keçmiş müxalifət lideri Beninyo Akvino ölkəyə qayıdır. Ancaq o, təyyarənin trapından enən kimi hərbçilər tərəfindən öldürülür. Onun həyat yoldaşı Korason  Akvino 1986-ci il, növbəti prezident seçkilərində namizədliyini irəli sürür və Markos nəticələri saxtalaşdıraraq ona qalib gəlir. Ölkənin hərbi elitası Akvoninun və Markosun tərəftarları olaraq iki yerə bölünür və yaranmış münaqişə nəticəsində Markos ABŞ-a qaçmağa məcbur olur. Üç il sonra o, Havay adalarında vəfat edir.

Markos hakimiyyəti zamanı həyat yoldaşı İmelda ilə birlikdə ABŞ və İsveçrə bank hesablarına milyardlarla dollar pul köçürür, onların yaxınları və qohumları isə yüksək vəzifələr tutur, ölkədə bir çox böyük özəl şirkətlərə sahiblik edirdilər. Prezidentin qaçışından sonra iqamətgahdan Birinci Lediyə məxsus 2700 cüt ayaqqabı tapılıb.
 

9. Pol Pot - Kambocanın keçmiş baş naziri, 4 illik hakimiyyət. Devrildikdən sonra insalıq əleyhinə cinayətlərdə ittiham edilmiş və məhkəmə prosesi başlamazdan əvvəl vəfat etmişdir.

Pol Potun və kxmerlərin (Kambocada yaşayan azsaylı xalq) hakimiyyəti zamanı Kambocada bir necə milyon insan - ölkənin dörddə biri öldürülmüşdür. 1979-cu ildə Vyetnam ordusununun ölkəyə hücumu ilə
Pol Pot hakimiyyətdən devrilib. Lakin o, 20 ilə yaxın qırmızı kxmerlərin lideri olaraq qalmışdır.  1997-ci ildə o öz keçmiş müttəfiqi Son Seni və onun ailəsinin güllələnməsi əmrini verir və bu onun qırmızı kxmerlərlə konflikt yaratmasına səbəb olur. Diktator ev dustaqlığına salınır, 1998-ci ilin aprelində isə o, 1975-1979-cu illərdə törətdiyi cinayətlərə görə beynəlxalq tribunala verilir. Bu hadisədən bir müddət sonra Pol Pot infarkt keçirdərək vəfat edir.

 


10. Jan-Klod Düvalye - Haitinin keçmiş prezidenti. 15 illik hakimiyyət.

“Bebi Dok” ləqəbli Jan Klod Düvalye hakimiyyəti öz atası Fransua Düvalyedən miras olaraq almışdır. 1985-ci ildə keçirilən referendumda 99,8% faiz haitili razılıq verir ki, o ömürlük prezident olsun və hakimiyyəti özü seçdiyi birinə miras olaraq ötürsün. Lakin həmin ilin sonunda Haitidə etiraz dalğası başlayır və 1986-cı ilin yanvarında bu dalğa bütün ölkəyə yayılır. Fevralın 7-də diktator və onun həyat yoldaşı Fransaya qaçırlar. Düvalyenin ölkədən nə qədər pul çıxarması və xarici banklardakı hesabları haqqında hələ də dəqiq məlumat yoxdur. Amma ailənin Parisdə sürdüyü dəbdəbəli həyatdan təxmin etmək olar ki, bu rəqəm onlarla milyon dollar civarındadır. Bu pulların bir hissəsi İsveçrə banklarında dondurulub. 2011-ci ilin yanvarında Jan-Klod Düvalye Haitiyə qayıdır. Gəldiyi gündən iki gün sonra onu korrupsiya və insan hüquqlarının pozulmasında ittiham olunmasına görə polis həbs edir. Müvəqqəti azadlığa buraxılmasına baxmayaraq, onun məhkəməsi hələ də davam edir.
 

11. Auqusto Pinoçet - Çilinin keçmiş prezidenti. 17 illik hakimiyyət. Çox saylı insan ölümündə günahlandırılaraq məhkəməyə verilib, məhkəmə hökmü verilmədən vəfat edib.

Pinoçet 1973-cü ildə hərbi çevriliş zamanı hakimiyyətə gəlib. Onun hakimiyyəti dövründə bir neçə min nəfər rejim əleyhdarı öldürülüb, on minlərlə insan həbs olunaraq işgəncələrə məruz qalıb. 1988-ci ildə keçirilən referendumun nəticəsi olaraq vətəndaş hakimiyyətinin qaytarılması qərarı verilir və Pinoçet hakimiyyəti dinc yolla təhvil verir. 1990-cu ilə o, prezident kürsüsünü tərk edir, lakin hələ də 7 il ali baş komandan və senatın üzvü olur.  Bununla da cinayət araşdırılmaları zamanı toxunulmamazlıq qazanır. 1998-ci  ildə İspaniya vətəndaşlarının öldürülməsində Pinoçetə qarşı ittiham irəli sürür.  2000-ci ildə Çili Ali məhkəməsi Pinoçeti toxunulmazlıqdan azad edir və ona qarşı bir neçə ittiham irəli sürülür: adam oğurluğu, günahsız insanların öldürülməsi, insan hüquqlarının pozulması, korrupsiya. Heç bir məhkəmə prosesi sona qədər aparılmır, çünki dekabrın 10-da Pinoçet infarkt keçirərək vəfat edir.
 

12. Manuel Noreqa - Panamanın keçmiş hərbi diktatoru. 6 illik hakimiyyət. Həbsdədir.

Keçmiş diktator hədə-qorxu gəlməklə pul tələb etmə, narkotik alveri, çirkli pulların yuyulmasına görə, 20 il Amerika həbsxanalarında məhbus həyatı sürüb. 2010-cu ildə o, Fransaya ötürülərək, narkotik alverindən alınan pulların Fransa bankları vasitəsi ilə yuyulmasına görə də əlavə 7 illik azadlıqdan məhrum edilir.  Avqust ayında Fransanın qərarına görə, o, Norveçdən Panamaya ekstradisiya olunur.  Orda isə əlavə olaraq insan hüquqlarının pozulma faktına görə ona azadlıqdan mərzum etmə hökmü oxunur.
 
13. Suxarto -  İndoneziyanın keçmiş prezidenti. 32 illik hakimiyyət. İstefa verərək hakimiyyətdən gedib.

Suxarto 1965-ci ildə kommunist çevrilişin yatırılmasından sonra hakimiyyətə gəlib.  Bunun ardınca solçuların təqibi və kütləvi  qarşıdurmalar baş verir. Bu qarşıdurmalarda 500 000 adam həlak olur.  İki il sonra Suxarto özündən əvvəl hakimiyyətdə olan Sukarnonu hakimiyyətdən kənarlaşdırır. İndoneziya parlamenti onu yeddi dəfə prezident seçir. 1998-ci ildə Asiyada iqtisadi böhran başlayır və bu İndoneziyada tələbə nümayişlərinə başlanğıc verir.

Suxarto nümayişçilərələ amansız davranır - 500 tələbə qətlə yetirilir. Etirazlar güclənir, kütlə parlamentin binasını zəbt etdikdən sonra - 1998-ci il mayın 21-də Suxarto istefaya getdiyini elan edir. İstefadan sonra diktator 10 il İndoneziyada yaşayır. Bütün bu dövr ərzində o, ona yönlənmiş ittihamları rədd etməyi bacarır. Bir neçə dəfə korrupsiyada ittiham olunur (dünya  bankının hesablamalarına görə, o, 15-35 milyard dollar arasında pul mənimsəyə bilib). Hər dəfə vəkillər onun sağlamlığındakı problemləri əsas gətirərək, prosesi bir qədər uzadıblar və məhkəmənin hökmü  elan olunmadan diktator 2008-ci il yanvar ayının 27-də vəfat edib.

Leyla

Kultura.az

 


 

Yuxarı