post-title

Ərəbdən, yoxsa qədim türklərdən gələn Qurban kəsmə...

Əvvəla hər bir həmvətənimi türkçülüklə, milli kökümüzlə bağlı olmayan, yad mədəniyyətlərdən, yad dinlərdən mənimsədiyimiz, lakin 100 illər boyunca adət halını almış İsmayıl Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Amma bundan sonra yazacaqlarımın təbriklə heç bir əlaqəsi yoxdur. Fikirlərimi tamamlaya bilsəm, sonda yenə də təbrik edəcəyəm.

 

 
Arada düşünürəm ki, nə gözəl ki, bəzi dini ritullarmızı başqa mədəniyyətlərdən, başqa dinlərdən mənimsəməmişik. Lap dəqiqi, çox şükür edirəm yaxşı ki, qədim Yunanıstanda olan çoxallahlıq adət-ənənələrini mənimsəməmişik...
 
Homerin "Odessey" əsərini oxuyanda adam daha geniş düşüncələrə dalaraq mat qalır. Troyaya gedən döyüş gəmilərinin sürətli üzməsi üçün səmt küləyinin əsməsi üçün Dəniz Allahı Paseydon üçün qurban tələb edilirdi... Aqamemnun bunun üçün bir kənizi qurban atır dənizə. Amma Paseydon məhz üçün Xrizin qızı Xrizidanı qurban vermək gərək idi. Və nəhayət Xrizida QURBAN verildi, sürətli səmt küləyi 2 aydan çox hərəkətsis qalan döyüş gəmilərini Troyaya doğru sürətləndirdi. Düşünürəm ki, bu adət-ənənəni mənimsəmiş olsaydıq indi kimlər üçün kimlərmizi qurban kəsmirdik ki?...
 
Eh biçarə millətim, bu dini qurban kəsmə mərasimi İslamdan min illər öncə də mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. Məhz bu qurban kəsmə, tanrıdan arzu dilək istəmə qədim Türklərə məxsus bir mədəniyyətdir.
 
Dini qurban kəsmə İbrahim peyğəmbərin həyatında baş verən rəvayət-əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.
 
Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. (Tarixi həqiqət deyil, məhz rəvayətdir).
 
Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.
 
Beləliklə, yeni yaradılmiş İslam dinində Qurban kəsmə adətini saxlamaq, köhnə inanclı kütləni rahat idarə etmək üçün çox əlverişli bir yönətim idi...
 
Amma ey menim millətdaşlarım, Türkün öz tarixində qurban kəmə ta qədimdən var və bu, çox sadə və məntiqli fəlsəfəyə malikdir.
 
Məsələn, Altay mifоlоgiyasına görə göy üzünə dоğru çоx böyük şam ağacı yüksəlir. Göyləri dəlib çıxan bu ağacın təpəsində Tanrı Ülgən оturur.
 
Qədim hunların isə ağaca at qurbanı kəsməsinə, kəlləsini və dərisini də budaqlarına asmalarına bənzər adətin izlərinə “Düldül ocağı”nda rast gəlinməkdədir.
 
Babalarmız olan qədim türklərin heç vaxt İbrahimlərə ehtiyacı olmayıb. Çünki onlar özləri dünyanın mədəniyyət, din yaradıcıları olublar və İsalar, Musalar, İbrahimlər və digərləri bu dinin kölgəsində öz millətini inkişaf etdirmişlər və sonda da öz əski dinlərmizi bizə öz iryənc mədəniyyətləri ilə bulaşdıraraq yenidən sırımışlar...
 
Bu günün İbrahimlə əlaqələndirilməsi sadəcə, bir beyin fobiyasıdır…
 
Bütün bunlara baxmayaraq mən də, Qurban bayramını yüksək sevgi ilə qarşılayıram. Çünki məhs bu gün hamı Allahdan qorxaraq, onun 364 gün ac olan bəndələrini yadına salır...
 
Bayramınız mübarək olsun, əziz türk müsəlman qardaşlarım. Hun babalarmızın yadigarı olan yazıq xristian qaqauzlar və milli kökündən çox da uzaqlaşmayan macarların da əski qurbankəsmə adətləri mübarək olsun.
 
Tanrı sənə rəhmət etsin Mirzə Cəlil!!
 
Yusif Alı Afşar
fəlsəfə doktoru
Yuxarı