Yarım əsr donan məktəblər
Bundan əlli il əvvələ dönüb baxdığımızda, indi dünyamızın tanınmaz dərəcədə dəy…
2012-ci ildə "Ginnesin rekordlar kitabı"na dünyanın ən yaşlı fahişəsinin adı qeyd olunacaq - Las-Veqaslı Milli Kuper, onun 96 (!) yaşı var və hələ də “döyüş meydanı"ndadır.
"Los Angeles Times"-ın müxbiri Aleks Peterson qəzetimizin xahişi ilə intim xidmət sahəsinin əməkdar nümayəndəsi ilə görüşüb, müsahibə alıb.
Qəbul üçün növbəyə yazılmaq lazımdır
Qəhramanımızı tapmaq o qədər də çətin olmadı. Veqaslı Milli bir çox intim saytlarda öz xidmətlərini təklif edir. Qiymət də ucuz deyil - bir gecəsi 1200 ABŞ dolları. Bu, Las-Veqasda ən baha qiymətlərdən sayılır (intim xidmətlər burda çox bahadır, çünki bura gələnlər - pullu adamlardır ("people with money")). Amma yenə də bu yaşda olan fahişə üçün qiymət bir qədər bahadır.
Adi şəkillərinə baxanda ikili hiss keçirirdim: sadə, lakin zövqlə geyinmiş və bir qədər cavan görsənən nənə ("grandmother") - bu hələ heç nə idi. Amma çılpaq şəkillərini görəndə... düzünü desəm bir qədər tərəddüd etdim, adamlara söz vermişəm, amma bunu bacara biləcəmmi?
Nömrəni yığıram. Məlahətli səs cavab verir, bilinir ki, yaşlı səs deyil və bu mənim həyəcanımı bir qədər azaldır. “Missis Millinn qəbuluna yalnız növbəyə yazılmaqla düşmək olur, sizin növbəniz ancaq iki həftəfən sonraya düşür. Bu sizi qane edər?”.
Bu zaman mən özümü təqdim edirəm, yəni jurnalistəm, “Los-Angeles Times”da çalışıram, məni bir saatlıq görüş də qane edər, seks olması vacib deyil. Və xahiş edib, Millinin özü ilə danışmaq istədiyimi deyirəm. Qız susaraq, məni Milliyə calaşdırır. “Sabah səhər gəlin, vaxtım olar, sabah istirahət günümdür” cavabını alıram. Yola çıxmamışdan əvvəl qəhramanım haqda məlumat toplamaga başladım.
Qısa məlumat
Milli Kuper 1915-ci ildə Britaniyada doğulub. 1941-ci ildə Amerika vətəndaşına ərə gedərək Las-Veqasa gəlib. Bir qədər sonra Millinin ərini Avropaya müharibəyə aparırlar və o, 1944-cü ildə müharibədə həlak olur. Tək qalan Milli kabaredə rəqqasə işləyir və intim xidmətlər göstərməyə başlayır. Tezliklə o özünə işçisi cəmi on qızdan ibarət bardel açır. Bir müddət sonra, 1955-ci ildə yenidən ərə gedir və daha müştərilərə xidməti dayandırır. Lakin 25 ildən sonra ikinci əri vəfat edir və Milli yenidən sevimli işinə qayıdır. Bugünə kimi o, fahişəliklə məşğuldur.
Syuzengildən gələn süd
Magistral yolla Los-Ancelesden Las-Veqasa dörd saatlıq yoldur. Səhər saat 8-də yola çıxdım və təyin olunmuş vaxtda çatdım. Ünvanı yoxlayıram- "West Mountain Road, 17/3. "Milli Kuper"" yazısı olan evin qarşısında ilk gördüyüm şey qapağı hermetik bağlanmış süd bidonu idi. Elə bil Las-Veqasa yox, kəndə düşmüşdüm. Qapını açan qız bidonu götürərək “Oo, süd bugün lap tezdən gəlib” dedi və məni qonaq otagına ötürərək, gözləməyimi xahiş etdi.
Missis Milli ev xalatında, ayağında tərlik, yungülvari bəzənmiş halda qarşıma çıxdı (bəzənməyə də vaxt tapmışdı). Öz yaşından təqribən 15 yaş cavan görsənirdi. Bəlkə də bədən quruluşuna görə idi, bir çox amerikalılar kimi yaş ötdükcə kökəlməmişdi. Bahalı ətrin qoxusu arxası ilə otağa yayılırdı. Mən gözlədiyim qocalığın qoxusundan əsar əlamət yox idi. Qapının qarşısındakı süd bidonunu soruşdum.
-Bu, Syuzengildən gəlib. O mənim işlətdiyim bardeldə çalışan ilk qızlardandır. Biz 45 ildir ki, rəfiqəyik. O, öz əriylə şəhərdən kənarda yaşayır, fermaları var. Ona görə də məni südlə, kəsmiklə təmin edir. Mən bunları əlbəttə, marketdən də ala bilərəm. Amma Syuzen bunu bilsə, məndən çox inciyər.
- Milli, həyatınızda təqribən nə qədər kişi olub? - söhbəti mövzuya yönəltməyə başlayıram.
- Üç min yarımdan bir qədər çox. İşimdə etdiyim böyük fasiləni, yəni 25 ili nəzərə alsaq, say bu qədər olub. Həm də mənim ikinci ərim Arnold öləndən sonra heç işləməyə də bilərdim. Çünki gəlir gətirən yer işlədirdim. Əvvəlcə ehtiyacımı ödəmək üçün işlədim - seks axı böyük ehtiyacdır! Sonra isə belə alındı ki, iş məni özü apardı. Mən bu işdən zövq alıram, heç vaxt özümü işləməyə məcbur etməmişəm.
-Bəs indi sizin qrafikiniz necədir? Bildiyim kimi qəbulunuza iki həftə əvvəldən yazılmaq lazımdır.
- Həftəyə iki müştəri qəbul edirəm, çox yox. Buna görə növbə yazılır. Yaşım üçün bu say kifayətdir.
- Yaş haqqında demişkən, yaşınızdan çox cavan görünürsüz. Amma yəqin ki, bu cür seks bəzi tip insanlara maraqlı ola bilər. Sizin müştəriniz əsasən kimlər olur?
- İstəyirsən inan, istəyirsən inanma, Veqas bu cür insanlarla doludur! Bütün dünyadan bura adamlar iki şey üçün axışırlar - oyun və seks. Pula xəsislik eləmirlər, xüsusən oyunda udanlar. Mənim müxtəlif ölkələrdən daimi müştərilərim var, yaşları 25-90 arası dəyişir. Əlbəttə ki, hamısı mədəni centlmenlərdir. Mən də çalışıram onların yanında əsl ledi kimi görsənim, gözəl geyinim. Mənim gəlirim - illik 80 min dollardır. Və mən fəxr edirəm ki, bu pulları sevimli peşəmlə qazanıram!
Bizim söhbətimizi onun mobil telefonuna gələn zəng bölür. “Salam, Syuzen”- deyir və məni unuduraq təqribən beş dəqiqə telefonla danışmağa başlayır. Sonra həyəcanlı halda mənə deyir:
- Beş dəqiqədən sonra Syuzen burda olacaq. Bugün təbiətə gəzməyə çıxacayıq. Tamam yadımdan çıxmışdı, qocalıram deyəsən!
Tələsik mənimlə sağollaşır və eyni anda qulluqçu xanıma göstərişlər verir.
Və mən anladım ki, onun cavan qalmasının sirri yalnız seksdə yox, həyatının hər anında aktiv olmasıdır.
Qaynaq: http://www.s-info.ru/intim/prostitute/2864/
Tərcümə etdi: Leyla
Kultura.az