Gürcüstan prezidenti Mixael Saakaşvili cənablarına
Cənab prezident! Azərbaycanı…
Cəsur qıza qarşı xain hücum
Pakistanda “Taliban” hərakatı qızların təhsil alması üçün fəaliyyət göstərən və buna görə keçən il Milli Sülh Mükafatına layiq görülən 14 yaşlı qızcığaza qarşı sui-qəsd təşkil edib
Malala Yusifzai “BBC”nin urdu dilində fəaliyyət göstərən saytında “Taliban”ın qızların məktəbə getməsinə qarşı apardığı kampaniya əleyhinə anonim yazılar yazmışdı. Yazıları bütün dünyada maraqla qarşılanandan sonra, Yusifzai ABŞ-ın nüfuzlu qəzetlərindən olan “New York Times”ın sənədli filmində çəkilmişdi. Yusifzai qız uşaqlarının təhsil alması üçün apardığı fəaliyyətə görə, keçən il Pakistan hökumətinin ilk Milli Sülh Mükafatına da layiq görülmüşdü.
Pakistan polisi gənc qızın xidməti maşınının qarşısını kəsən saqqallı “Taliban”çının Yusifzainin başından güllə ilə vurduğunu bildirib. Yusifzai dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə aparılıb. Həkimlər qızın kəllə sümüyünə dəyən güllənin xoşbəxtlikdən onun beyninə zərər vurmadığını və onun həyati təhlükəsinin olmadığını bildiriblər.
Hadisədən sonra “Taliban”ın nümayəndəsi Ehsanullah Ehsan “AFP” xəbər agentliyinə açıqlamasında Malala Yusifzaiyə dəfələrlə xəbərdarlıq etdiklərini, amma onun fəaliyyətini davam etdirdiyi üçün vurduqlarını deyib: “O, Qərbpərəstdi, “Taliban” əleyhinə açıqlamalar verir və Barak Obamaya pərəstiş edir”.
Təşkilat Yusifzai xəstəxanadan sağ çıxarsa, onu yenə vuracaqlarını bəyan edib. Pakistan prezidenti Asif Əli Zərdari və Beynəlxalq Amnistiya təşkilatı baş verən hadisəni pisləyib.
Qeyd edək ki, özünü İslamçı hərakat kimi qələmə verən “Taliban” qızların təhsil almasına qarşı çıxır və bunun şəriətə zidd olduğunu bildirir. Pakistanda və Əfqanıstanda fəaliyyət göstərən hərəkat tez-tez məktəbə gedən qızlara qarşı hücumlar təşkil edir. Bu il dəfələrlə məktəbə gedən su borularına zəhər qatan “Taliban”çılar yüzlərlə yeniyetmə qızın zəhərlənməsinə səbəb olublar.
ANN.Az