post-title

Həccə gələn 150 qadın Ərəbistandan deportasiya edilib

Səudiyyə Ərəbistanı Məkkəyə ziyarətə gələn 150 Nigeriyalı qadını ölkədən deportasiya edib. 1000 nəfərini isə həbsdə saxlayır. Nigeriya hökuməti ötən həftə bildirib ki, qadınlar kişilər tərəfindən müşayiət edilmədiyi üçün problemlə üzləşiblər.

 

Nigeriyanın Milli Həcc komitəsinin rəhbəri Mohammed Bello deyib ki, “bir təyyarə ilə gələn qadınları elə Ciddə aeroportundan da ağlaya-ağlaya geri qaytarıblar”.  Qalanları isə Ciddədə saxlanılır.
 
Geri qaytarılanlardan Hacı Amina Musa deyib ki, onlara heç təyyarədəki oturacaqlardan qalxmağa da imkan verilməyib, ac-susuz bir neçə saat saxlanılandan sonra təyyarə geri dönüb.
 
Nigeriya parlamenti yaranan problemi həll eləmək üçün Səudiyyə Ərəbistanın nümayəndə heyəti göndərib.
 
Məsələ bundadır ki, Səudiyyə Ərəbistanında qadınlara azyaşlı uşaqlar kimi davranılır. Onlar hamiləri – ataları, qardaşları və ərlərinin icazələri olmadan ölkəni tərk eləmək, işləmək, maşın sürmək, hətta tibbi yardım görə bilməzlər. Hətta küçədə gəzəndə də adətən onların yanında kişi olması gözlənilir.
 
Nigeriyada isə 80 milyon müsəlman yaşayır. Ancaq hətta ölkənin şimalında sərt şəriə qaydalarını rəhbər tutan ştatlarda belə qadınlar sərbəst hərəkət edə bilirlər.
 
Azadlıq Radiosu

 

Yuxarı