Zərdab rayonunda zorlanan qızın bacısı məktəbdən qovulub
“Zərdab rayonu Alıcanlı kəndində əmisioğlu tərəfindən zorla…
9 və 10 yaşları olan iki misirli oğlan uşağı Beni-Suyef şəhərində İslamı təhqir etməkdə ittiham edilərək, həbs ediliblər
“Vesti.ru”nun verdiyi xəbərə görə, uşaqlar imamın şikayətindən sonra saxlanılıblar, imamın iddiasına görə xristian ailələrindən olan uşaqlar “Quran”ın səhifələrini cırırlarmış. İmam uşaqları cəzalandırmaq üçün birinci onları kilsəyə aparıb, ancaq kilsənin keşişi uşaqları cəzalandırmaqdan imtina edəndən sonra imam məhkəməyə üz tutub. Uşaqlardan birinin atası rəsmilərə müraciət edərək, uşaqların azadlığa buraxılmasını tələb edib. O bildirib ki, uşaqlar savadsızdırlar və “Quran”ın səhifələrini cırarkən, onun müqəddəs olduğunu bilməyiblər.
Bölgənin rəsmiləri hələlik həbs edilən uşaqlarla bağlı son qərarı verməyib.
Qeyd edək ki, bu ilin avqust ayında oxşar hadisə Pakistanda baş vermişdi. Yerli məscidlərdən birinin imamı daun sindromundan əziyyət çəkən 11 yaşlı Rimşa Masix adlı qızcığazın “Quran”ı təhqir etdiyini bildirmiş və onun həbs edilməsinə nail olmuşdu. Ağır xəstəlikdən əziyyət çəkən və xristian ailəsindən olan uşağın həbsi bütün dünyada rezonans doğurmuşdu. Hətta iş o yerə çatmışdı ki, Pakistan prezidenti Asif Zərdari bu işi şəxsən öz nəzarətinə götürmüş və Daxili işlər nazirliyinə insidenti hərtərəfli araşdırmaq barədə tapşırıq vermişdi.
Hadisədən sonra Masixin ailəsi təhlükəsizlik üçün gizlənmiş, onların xristian qonşuları isə toqquşmalardan qaçmaq üçün evlərindən qaçmışdılar.
Pakistan qanunlarına görə, İslamı təhqir edənləri ölüm cəzası gözləyir.
Kultura.az