Hörmətli jurnalistlər və bloggerlər
İştirak etmək istəyən şəxslərdən öz CV –lə…
Bu gün saat 13:30 radələrində gənc hüquqşünas, Kultura.Az portalının köşə yazarı həmçinin "N!DA" Vətəndaş hərəkatının rəhbərlərindən biri, Zaur Qurbanlı həbs edilib.
Məsələ ilə bağlı musavat.com-a danışan B.Hacıyev bildirib ki, hərəkatın ofisində yoxlama zamanı NİDA Vətəndaş Hərəkatının rəsmi saytı ilə bağlı təbliğat materialları polis tərəfindən götürülüb: “Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisindən digər gənclər təşkilatları da istifadə edir. Amma yoxlama zamanı təkcə NİDA-nın materialları götürülüb. Həmin vaxt mən ofisdə olmamışam. Bizim əməkdaşlarımızdan heç kim saxlanılmayıb. NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə aparılıb”.
Sosial şəbəkələrdə yazılan məlumatlara görə isə onu "Müsbət Dəyişiklik" hərəkatının ofisində özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs həbs edib.
Kultura.Az