Azərbaycan “yeni bəstəkarlıq məktəbi” Drezdendə keçirilən “TonLagen” beynəlxalq müasir musiqi festivalında iştirak etdi.
Festivalın ənənəsinə görə onun konsepsiyası hər il bir d&uum…
Bu ilin sentyabr ayının 27-dən oktyabr ayının 8-nə qədər Ukraynanın paytaxtı Kyiv`də 23-cü КИЇВ МУЗИК ФЕСТ festivalı keçiriləcək.
Festivalın təşkilatçısı Ukrayna milli Bəstəkarlar İttifaqından verilən xəbərə görə bu ilki festivalda 20-dən çox ölkəni, o cümlədən Almaniya, İsveçrə, Niderland, ABŞ, Rusiya, Azərbaycan, Böyük Britaniya və digər ölkələri təmsil edən bəstəkarların əsərləri səslənəcək.
1990-cı ildən üzübəri hər il keçirilən festivalın bu ilki proqramına 7 simfonik, 5 xor, 11 kamera musiqisi və digər musiqi janrlarını əhatə edən konsertlər daxildir.
Bu ilki festivalın təşkilat komitəsinə Ukrayna milli Bəstəkarlar İttifaqının sədri İqor Şerbakov və Ukrayna mədəniyyət naziri Mixayil Kulinyak rəhbərlik edəcəklər.
Festivalın qonaqları arasında Rusiyadan dirijor Fyodor Qluşenko, bəstəkar Oleq Payberdin, Qazaxıstandan bəstəkarlar Balnur Kidirbek və Artik Toksambayev, İsveçrədən dirijor Nicolas Farine, Belorusdan bəstəkar Konstantin Yaskov, Finlandiyadan violinçi Sebastian Silen, Polşadan bəstəkar Stanislav Krupoviç, ABŞ-dan bəstəkar və dirijor Virko Baley, vokalçı John Daker və başqaları var.
Azərbaycanı bu festivalda gənc bəstəkar Ayaz Qəmbərli`nin "Nöqtələrə həll olunmuş kompozisiya" əsəri təmsil edəcək. Bəstəkardan aldığımız məlumata görə onun əsəri oktyabrın 2-də saat 16:00-da Ukrayna milli Bəstəkarlar İttifaqının böyük zalında, "Ricochet" ansamblının ifasında səslənəcək.
Qeyd edək ki iki il bundan əvvəl də A.Qəmbərlinin "LudwigStuk" əsəri bu festivalın proqramına daxil olunmuşdu.
Festivalın proqramı (Ukraynaca)
Kultura.Az