post-title

Şəhidlik nədir?

İlk öncə Azərbaycan gənclərinin nə dərəcədə kreativ olduqlarını nəzərinizə çatdırmaq istəyirəm. Daha doğrusu nəzərinizə çatdırmıram, xatırladıram. Çünki siz bunu yaxşı bilirsiz.

 

Söhbət bir-birini “təkərə” salmaq üçün min bir vasitədən istifayə əl atan gənclərdən gedir. 9 milyonun ana-bacısına cavabdeh, daha doğrusu “otveçat” olan gənclərdən gedir. Bir sözlə tipik “azeroidlərdən” gedir. Indi isə şəhid anlayışının məhz həmin igidlərin gözündə canlandırmağa çalışacam.
 
Oxucu kütləsini yormamaq və dağa-daşa dırmandırmamaq məqsədilə buna “şəhidizm” deyəcəm. Ona görə də növbəti sətirlərdə bu sözlə rastlaşsaz təəccüblənməyin.
 
Etibar etdiyim yeganə informasiya mənbəsi “wikipedia”dır. Wikipediada “şəhid” haqqında bu cür informasiya verilib: “Allah yolunda canından keçənlər şəhidlərdir”. Mən anlamıram bir çox xəbər portallarında hər gün milli ordunun bir neçə şəhid verməsi barədə məlumatlar yazılır. Artıq deyə bilmərəm bu doğru məlumatdır, yoxsa redaksiyaya kifayət qədər insan sağlamlığına ziyan vuran ölümcül təsir göstərən dezinformasiya sızıb. Mərkəzi statistika komitəsinin göstəricilərinə nəzər salsaq, ordumuz 2012-ci ilin əvvəlindən bu günə kimi 55 nəfər itki verib. Bax, bu şəhidlik deyil. Şəhidliklə əlaqəsi olmayan insandır və ya axmaqdır.
 
Düzdür bunların hamısı əlinə avtomatı alıb türk nümayəndəsinə mənsub olduğunu nümayiş elətdirmək məqsədilə “haydiii” deyib, erməni dığası adlandırdıqları millətin üstünə qaçmayıb, amma 55 nəfərin içərisində onların sayı kifayət qədərdir. Kiçik məntiq insanda bunu düşünməyə yətərlidir məncə.
 
Əgər bu igid vətəndaşlar, hansı ki, erməilərə aşırı dərəcədə nifrət edir, əks tərəfə hücum edib nə düşünür bax o mənə çox maraqlıdır. Necə yəni? Onların ağlına gəlmirmi ki, əgər mən kimlərisə öldürəcəmsə demək məni də öldürəcəklər. Yoxsa onlar özlərində ilahi və ya fantastik güc, “Battal Qazi”, “Jan Klod Vandam” ya da “İron man” hesab edirlər? Əgər nəticənin neqativ olacağını bilərəkdən həmin işə baş qoşursansa axmaqın böyüyüsən, şəhid deyilsən.
 
Gənc dedim kreativ dedim heç o barədə yazmadım.
 
Deməli bizim yuxarıda yazdığım keyfiyyətləri özündə tam əks etdirən Qafqaz standartlarına cavab verən bu gənclər şəhidizm anlayışını nəyə görəsə müqəddəsləşdiriblər. Şəhidləri hər şeydən üstün hətta öz canlarından belə üstün tuturlar. Bunu sübüt eləmək heç də çətin deyil. Şəhərdə kiçik bir sorğu keçirtmək və ya sosil şəbəkələrdə öz gücünü klaviaturada nümayiş elətdirmək iqtidarına malik insanlarla söhbətləşmək kifayətdir.
 
Proqresin, texnikanın, sənayenin, nəbilim akselerasiyanın oğlan çağında facebook sosial şəbəkəsində “Bizə Şəhid olmağa hazır olanlar gərək. “ səhifələrinin açılması absurd bir şeydi yəni. Nə əlaqə. Allah üçün belə ölürsənsə get namazını qıl, orucunu tut da, brat. Gərək şəhid olasan?
 
Maraqlı burasıdır ki, “mən şəhid olmağa hazıram” ya da buna alternativ bir şey yox məhz “bizə şəhid olmağa hazır olnalar gərək”dir. Nə edəcəksən onları? Turşuyamı qoyacaqsan? Əsgərəmi aparacaqsan? Nə əhəmiyyət kəsb edir axı bu?
 
Bunu kimi əhəmiyyətsiz proseslərlə gündə adam min dəfə qarşılaşır, artıq bu həyat tərzinə keçib. Artıq tendensiya halını almış belə durumları azaltmaq, xalqdan ayırmaq sadəcə faciə olar.
 
Nurlan Osmanlı
Yuxarı