Abstrakt dialoq
Engels: mən də sizə təşəkkürümü bildiri…
Ssenarist, dramaturq, yazar, dissident, insan hüquqları müdafiəçisi, demokrat, prezident, pivə və siqaret həvəskarı – Vatslav Havel.
Sonradan dünyaca məşhur bir siyasətçi olacaq bu insan 1960-70-ci illərdə öz ölkəsində ciddi dramaturq və yazıçı kimi tanınırdı. Belə ki, o sənətə ilk addımlarını hələ 1957-ci ildə hərbi xidmətdə olduğu zamanda atmışdı. Orada teatr kollektivi yaradaraq, özü də həmin kollektivdə aktyot kimi yer almışdı. Hətta bu müddətdə dostuyla birgə “Həyat irəlidədir” adlı pyes yazır.
Sonradan “Divaldo”, “Kultura” kimi jurnallarda teatral kritika ilə məşğul olur.
Qeyd edim ki, “Bağçada bayram” V. Havelin ilk iri həcmli pyesidir. 1963-cü ildə bu pyes “Na Zabradli” teatrında tamaşa qoyulur və bir müddət sonra rejissor Yan Grossmanın dəstəyiylə Havel, həmin teatrın dramaturqu olur. Havel həmçinin cabaret üslubunda absurd pyeslər yazan dramaturq kimi şöhrət qazanmağa başladı.
Siyasi baxışlarında isə bütün totalitar rejimlərə nifrətiylə tanınan V. Havel ötən əsrin 70-ci illərində azad fikirlərinə görə “vətən xaini” adlandırılır, insan haqları uğrunda mübarizəyə qoşulduqdan sonra 3 aylıq həbsə atılır, azadlığa çıxdıqdan sonra hakimiyyətə qarşı müxalif mövqedə yer aldığına görə, dövlət çevrilişində ittiham olunaraq həbs edilir. Bu dəfə daha ağır, 4 il yarım bir müddətə azadlıqdan məhrum edildir.
“Həqiqət və sevgi, yalana və nifrətə bir gün qalib gələcək” deyən V. Havel illər sonra haqq və ədalət uğrunda mübarizə apardığı ölkənin prezidenti olur. Daha dəqiq desək Çexoslovakiyanın sonuncu (1989-1992), Çexiyanın isə ilk prezidenti (1993-2003).
19 ədəbi əsərin müəllifi və yaxudda çoxları tərəfindən “prezident kreslosunda əyləşmiş yazıçı” adlandırılan V. Havel, bir siyasətçi kimi də həmkarlarından fərqlənidri. O, Dalay Lamayla yan-yana əyləşib meditasiyayla məşğul olan, Bil Klintonla caz klubda musiqi dinləyən, Mick Jagger ilə görüşmək üçün rəsmi protokolda dəyişiklik edən biri olub.
Havel, prezidentlik dövrü ərzində hərbi zavodların fəaliyyətinə xitam verərək, bəyan etdi ki, onun idarə etdiyi ölkə sülh ölkəsidir.
Çexiyanın bazar iqtisadiyyatına keçidini təmin etdi və yalnız qloballaşmanın onlara xeyir gətirəcəyinə inandı.Şəxsi prinspilərinə daim sadiq qaldı. Həm də aqnostik idi, müasir cəmiyyətin ülvi və müqəddəs dəyərlərdən uzaq olmasını istəyindəydi.
O həmçinin, “Həyatım boyu müxalifəttəykən inandığım idealları, indi iqtarda olduğum vaxt həyata keçirmək çox çətindir” - zəifliyini etiraf edəcək qədər də səmimi ölkə başçısı idi.
Əksər vaxt, opponentləri onu ifrat romantizmdə ə kövrəklikdə ittiham edirdi. O isə, bir növ bu halından zövq alırdı və bu kimi ittihamları sadəcə boş verirdi. Və ömrünün sonuna qədər də, romantik biri kimi qaldı.
Nicat Məmmədbəyov
Kultura.Az