post-title

Azərbaycanski Ləhlülülü

Ehh… Vəziyyət o qədər kritikdir ki, heç bilmirəm hardan və necə başlayım…

 

Çoxlarına məlumdur ki, Korsikada olarkən iki gündən bir yeni hekayə yazırdım. Azərbaycana gəldiyimdən bəri bu ilk yazım olacaq. Nəin ki, yazmaq normal oturub bir kitabı oxuya bilmirəm… Hər hansı bir nəsnəyə adapte olanda  binanın qarşısından keçən Jiqulilərin içərisindən gələn Üzeyirin səsi bütün aləmi götürür, fikirim dağıldığı üçün heç cürə  yazıyla və ya oxumaqla məşğul ola bilmirəm….
 
Lütfən, indidən bildirim ki, bu absurd atalar sözlərini mənə demiyin “ Qınından çıxıb, qınını bəyənməyən”. Bu söz inkarçılığın qarşısını alır, halbuki inkar yolu ilə inkişaf başlayır.
 
1 il boyunca Fransa, Korsika, İtaliya, Türkiyə sahillərində olmağıma görə, Azərbaycana ümidlərlə, sevinclərlə qayıdanda hər şey param-parça oldu ( Teomanı xatırladım ).
 
İstanbuldan Gəncəyə gələndə, gömrük işçilərinin mədəniyyətsizliyindən və insanlara qarşı olan reaksiyasından özümü əfqan dostum  Mozerin mənə danışdığı Əfqanstanı xatırlatdı.
 
Onlar gözümün qarşısında Talibilər kimi görsənirdi.
 
Gəncədə çox az sayda azadfikirli, demokratik dəyərlərə yaxın insanlar var və o insanların toplaşdığı məkanlarda olmağa çalışırdım. Facebook vasitəsi ilə Gəncədə keçiriləcək kitab flashmobuna dəvət aldım və getdim…
 
Gəncənin məşhur Xan bağında bu flashmob planlaşdırıldı və oraya getdik. Oxuyucuların əksəriyyətinin əlində İblisin Oyunu (mənim kitabım) var idi. 5 dəqiqə keçəmiş hay-huy polislər tökülüşdü. Onlara izah etməyə çalışdıq ki, cəmiyyətdə gənclərin asudə vaxtının çayçılarda keçirilməməsi üçün kitablarla insanlara təsir edirik ki, cahilliyin, manqurtluğun daşını atsınlar.
 
Başına döndüyüm polislər “sən bizim cəmiyyətə manqurt deyirsən” – biri də kənardan gəldi dedi ki, bəs İblisin Oyununun təxribatını edirlər filan. Şəkilə də baxdılar məni gördülər və “ Aparın əəəə bunu” dedilər. Yolda mənə həqiqiətən yaxşı polis eləcə üzrxahlıq edirdi və oradan sağ salamat çıxmağım üçün rəislə “qadanalım-qurbanolumla” danışmağımı istəyirdi.
 
Nəysə, yanımda  bir nəfərdə gəlmişdi dostlardan. Sonda Rəisin özü də gəldi, “ Kimsən əəə sən, cəmiyyətə manqurt deyirsən, kitab yazıb xaricdə oxuyursan, kəşfiyyatçısan yoxsa, gəlmisən buralara?” – istədim deyim “ DOB”, dedim hələ lazım deyil, mədəni yolla izah etməyə çalışdım, ancaq nədənsə o məni agressiv başa düşdü və mənə dedi ki, sənə qanunları başa salacağıq podvalda. Belə deyəndə, məndə konstusiyanı 47,50,51, sensuzranın ləğv olunması,azad topaşmaq və s. kimi hüquqlarımın pozulduğunu dedim. Hüquqlarımı bildiyimə görə çöldəki 13 nəfəridə tutub gəitrdilər.
 
Polislərin içərisində  yaxşıları da var idi, amma onların içərisində talibilərdən fərqlənməyəndə var idi ki, orada olan qızlara sataşırdılar. Bu da birabrçılıq idi təbii ki… Gələn gedən mənə baxırdı, kitabımın adını soruşurdu, nədən bəhs etdiyimi soruşurdu, məndə bezirdim… 15-16 nəfərə  kitabın mövzusunu danışırıdm….
 
Ehh nəyəsə, xoşbəxtlikdən hüquqlarımızı bildiyimizdən azad olunduq… Çünki, orada sonda rəisə bir söz dedim:
 
“ Mirzə Ələkbər Sabir Azərbaycan xalqını maarifləndirməsi üçün onları cahil, manqurt adlandırırdı. Nəticədə Mirzə Ələkbər Sabir başda olmaqla onun simasında olan insanların  bu fikirlərinə görə 1918-ci il cCümhuriyyətinin yaranmasında böyük köməklikləri dəydi. Tutmaq istəyirsinizsə, Mirzə Ələkbər Sabiri də tuta bilərsiniz. Bu onun fikiridir”
 
***
 
Ramazan ayının daxil olduğu gün məscidin yanından keçirdim, həmin vaxtda namazadan çıxan oruclu Kərbəlayiləri gördüm, saqqalı  sinələrinə dəyirdi, ancaq  oradan keçən iki fahişə qadına elə nəzərlərlə baxırdılar ki, ayaqüstü orgazm yaşayacaqdılar az qala…
 
***
 
Yeganə bəyəndiyim dövlət orqanı hərbi komissarlıq oldu. Həm nəzakətli idilər, həm də düzgün işləyirdilər. Məndə onlara qarşı rəğbət hissi yarandı.
 
***
 
Tez-tez Bakıya gedib gəlirəm. Bakı haqqında yazsam heç kimə maraqlı olmayacaq,  çünki hər kəs oranın yaxşısını da bilir, pisini də, insanları bir göz qırpımında məhv etməyə qadir şəhər daxili avtobus sürücüləri, mədəniyyətdən məhrum olmuş metro istifadəçiləri, sənəd almaq üçün BDU-nun verdiyi işgəncələr…. Dünən Bakıda yaşadığım kiçik bir əhvalatı yazmaq istərdim. Deməli:
 
59 nömrəli marşutda camaat az-qala bir-birinin belinə çıxırdı.  Öz evində yemək bişirib yeməkdən başqa bir funksiyası olmayan 110 kiloya yaxın orta yaşlı qadın, burnunun qırağından yağ damcıllaya-damcıllaya, peraşki iyi verərək , gedib, pəncərəyə tərəfədə oturan oğlana özünü göstərdi ki, o oğlan yerindən dursun. Ancaq oğlan heç bir reaksiya vermədi. Peraşki iylənən qarnını qabağa verən arvad söylənməyə başladı ki, indi ki, zamanda heç cavanlarda böyüyə hörmət qalmayıb ki, böyüyə dursun yer versin. – Oğlan heç bir raksiya vermədi. Artıq hər kəsin fikiri həmin oğlanda idi, ictimai qınaq oğlanı yıxacağına oxşamırdı. Hərçənd ki, oğlanın heç bir reaksiya verməməsi mənə ləzzət edirdi. Çünki Avropa da  qocaya yer versən, çantasını başına çırpar ki, mən sənə dedim ki, bəyəm mənə yer ver?! ( Başıma gəlib ) .
 
Qarşındakı insana yer verməklə, o insanı gücsüz, qoca, öz ayaqları üzərində dura bilməyən ixtiyar adlandırmış kimi olduğun üçün, sən təhqir oluna bilərsən.
 
Bizdə isə 18 yaşlı kişilərdəndə sağlam olan qızlara da yer verirlər.
 
Nəysə, haşiyəyə çıxdım bir az. Hə, qıraqdan bir kişi səsi gəldi ki, “ Hə ay bajı, mənim hörmətsiz övladım olsa, onun canını alaram.  – Mən tez o oğlanın üzünə baxdım, heç bir reaksiya yox idi. Nəhayət,  üzündə saqqalı olan qara geyimli bir qaqaş, oğlanın çiynindən vuruaraq “ Qaqaş, ağsaqqal-ağbirçək var, dur qoy otursunlar.  -  Saçı səliqəli və üzündə nurani göyçəklik olan həmin oğlan başını qaldırdı, nədənsə ilk mənim üzümə baxdı. İstədim, əlimlə göstərim ki, durma otur. Oğlan ətrafa baxdı ki, hamı ona nifrətlə baxır. O şoferə səsləndi ki, indi saxlasın. Oğlan əyilib, yerdən qol-altı  dəstəyi götürdü. Sağ ayağı yox idi. Mənim ürəyim acıdı, oğlan  birtəhər avtobusdan düşdü və çöldən içəridəkilərin üzünə baxdı. Əmin idim ki, oğlanın düşəcəyi yer bura deyildi, o insanlara görə düşdü.
 
Oğlanın qıçasının biri olmağına təəssüflənməyən, yekəqarınlı qadın, camaatı basa-basa getdi özünü  qıçasız oğlanın yerində əyləşdirdi.
 
Məni çıldırtan odur ki, bu olanlardan heç kim dərs çıxarmadı. Belə də şey olar?! Orada o sözləri işlədən insanlar vicdan əzabından ölməliydilər. Oğlan  düşəndən də sonra hələ də ağsaqqal ədəbərkandan danışırdılar.
 
Bu bizim mədəni sivilizasiyamızın dayaz olduğunu göstərir.
 
***
 
Deyirlər, Dünya əxlaqsızdır, Azərbaycan əxlaqlı.. Aztv – tipli yanaşamalar var, cəmiyyət tərəfindən. Azərbaycanın hər tərəfində fahişəliyi sənətə çevirənlər var. Təbii ki, buna görə fahişələri qınamaq olmur, onlara verilən təhsil və ya peşə düzgün olsaydı, təhsilin strukturu düz qoyulsaydı heç kim də fahişəliklə məşğul olmazdı. Yol boyunca hər yanda qarşına bu  “sənət”-in sahibləri çıxır. Ətrafdakı kişilərdə pulları çatmadıqda, bacardıqları qədər söz atıb ayaqüstümastrubasiya yaşayırlar.
 
***
 
Gələk əsərimizin kuliminasiyasına. 2 gün bundan öncə Bakıya getmək üçün qatarla Bakıya yolda düşdüm. Hava da yağəşlı idi. Bileti həmişə 33cü kupeyə alıram. 90% kupedə tək gedirəm. Bu dəfə də tək getdim, yolda Şah və Sultan əsərini oxuya-oxuya düşünürdüm ki, gözəl vaxt  keçirirəm. Birdən birə sağ kupedən, ambulans siqnalına bənzəyən səs gəldi, amma sonradan mənə məlum oldu ki, bu siqnal deyil, körpə uşağın ağ ciyərindən, nəfəs borusuna, oradanda ağız boşluğuna süzülərək çıxan səsdir. Uşaq elə ağlayırdi ki,  fikirim dağılırdı və kitab oxuya bilmirdim. Gecə saat 2ə kimi belə davam etdi. Deməli, həmin kupedən bir qoca qadın və 16-17 yaşlı qız  tualet üçün kupedən çıxdılar. Birdən kupedən kişi səsi gəldi:
 
-  Səbinə, bilirsən də səni çox sevirəm.
 
-  Mən də səni sevirəm. – İncə qız səsi gəldi. Bilinirdi ki, o ağlayan uşağın anasıdır.
 
-  Mən sənlə həmişə qatarda sevişmək isəmişəm. – onların pıçhıladayaraq danışmasına baxmayaraq mən hər şeyi eşidirdim. Qız sonra davam etdi :
 
-  Aaa elə burda?
 
-  Həə, o biri kupe boşdur, səssiz işimizi həll edək, mamam gil gələnə kimi.
 
Bir neçə saniyə səssizlikdən sonra sapıklık başladı.   Kitabı kənara atdıb, əlimi üzümə qoyub və düşündüm:
 
“ İnsan fantaziyası nə qədər dərin olmalıdır ki, anası və qızı tualetdən gələnə kimi onlar bu işlə məşğul olmaq istəyirlər və həqiqətən bacarırlar.
 
Ya bu insanlar seksual inqilab yaşayıblar öz kəndlərində, ya da o qədər tək qalmayıblar ki, işlərini 5 dəqiqə içində elə qatarda görürdülər. Mat-məəttəl qaldım. Vallah mən heç Fransada belə şey nə görmüşdüm , nə də eşitmişdim  Buna sevinmək lazımdır, ya ağlamaq?!
 
***
 
Qatar və ya yol əhvalatlarım çoxdur. Demək bundan əvvəl Bakıya yenə qatarla gedirdim, bir əskərdə gedirdi. Ona yaxınlaşıb  dedim:
 
- Adın nədir?
 
- Adım Eyyubdur, 18 yaşım var. Qardaş, əskərliyə gedirəm, Bakıdakı filan çasta düşmüşəm. İndidən ev üçün çox darıxıram. Bayaq bilmirəm gördün ya görmədin, dostlarım və bizimkilər necə ağlayırdı.Hamsını elə çox istəyirəm ki, sözlə ifadə edə bilmərəm. Özüm Şahsevəndə yaşayıram, yaxşı uşaqlar var orda. Mən həm də sünniyəm. İndi deyəcəksən, Şahsevəndə şiələr olur axı, amma bizimkilərin kökü Qazaxdan gəlir, orada da bilməmiş olmazsan, sünni olurlar.9 ildir namaz qılıram. İnaşallah nişanlanacağam gələndə, bir qız sevirəm, çox sevirəm. İndi 1 il 6 ay yolumu gözləyəcək. Atam köhnənin injinerlərindəndir, şəkəri qalxandan işləmir. Anam baxçada müəllimə işləyir. Qardaş, bayaqdan susmusan, niyə danışmırsan? Sənin adın necə oldu?
 
- Nicat.
 
Hələlik Son
 
Gəncə-Bakı xatirələri
 
4.08.2012

Nicat Kazımov
 
Kultura.Az
Yuxarı