Tələbələr üçün həqiqət dərsi
Bu gün də təsirindən çıxa bilmədiyim ki&cc…
BBC Azəri sovet dövründə erməniyə ərə gedən bir azərbaycanlı qadından müsahibə alıb. Bu müsahibəni paylaşan teleaparıcı İlkin Həsəni qadına ar olsun yazıb iki ayaqlı varlıq etiketi yapışdırmışdı.
Bizim ölkədə kölə olmayan adama ya mason, ya erməni, ya da mavi deyirlər.
Elmir Mirzəyev
Həm özlərindən asılı olan, həm də özlərindən asılı olmayana səbəblərə görə hər gün əzilən, sındırılan azərbaycan insanı onu sındıranlara, ədalətsizliyə, haqqsızlığa qarşı çıxmağa qorxduğu və bu qorxunu pərdələməsi üçün başını başqa söhbətlərlə qatmağa məcburdur. Məsələn, kimisi dindar olub masonları söyməklə, kimisi də facebookda “Fuck Armenia” yazıb, rus saytlarında erməni bayraqları yandırmaqla məşğul olur. Sosial həyatda – işdə, küçədə əzilən azərbaycanlı kişi ya gəlib evdə arvadını döyür, ya da açıb internetdə erməniləri söyür. Evdə, küçədə, işdə bir sözlə hər yerdə əzilən azərbaycan insanı bəzən içindəki kini, nifrəti qusması üçün münbit şərait yaranır və bu zaman o çox qorxulu olur. Dünən twitterdə belə bir şərait yaranmışdı.
BBC Azəri sovet dövründə erməniyə ərə gedən bir azərbaycanlı qadından müsahibə alıb. Bu müsahibəni paylaşan teleaparıcı İlkin Həsəni qadına ar olsun yazıb iki ayaqlı varlıq etiketi yapışdırmışdı.
İlkin Həsəniyə cavab olaraq qadının şəxsi seçimidir və buna görə kiməsə açıqlama verməli deyil. Əksinə mən bunu sülh nümunəsi kimi təqdim edərdim deyə cavab yazdım. Bundan sonra isə yuxarıda təsvir etdiyim tiplər nifrət qusmağa başladılar. Qısacası, məni və həmin vaxt mənimlə eyni fikirdə olan bir neçə nəfəri vətən xaini çıxardılar.
Mənə maraqlıdır, bu vətənşüvənlər atəşkəs dövründə gündə bir əsgər ölümü olarkən, sabitlik dövründə insanların evləri başlarına uçurularkən, büdcə talanarkən, insanlar döyülərkən harda idilər? Cavab axtarmağa ehtiyac yoxdur, ritorik sual idi. Harada olduqlarını yuxarıda yazmışam. Onlar həmin vaxt duyğu orqanlarını söndürüb heçnədən xəbər tutmurlar.
Təbii ki, atəşkəs dövründə ölən əsgərlərə görə Səfər Əbiyevə bir söz deyə bilməyən biri üçün sadə bir qadını lənətləmək asandır. Təbii ki, 20 ildir Qarabağ məsələsi ilə spekulyasiya edən hakimiyyətə bir söz deyə bilməyən biri üçün bir qadını söymək asandır. Yəni ən başda yazdığım kimi azərbaycan insanı onu sındıranlara, ədalətsizliyə, haqqsızlığa qarşı çıxmağa qorxduğu və bu qorxunu pərdələməsi üçün başını başqa söhbətlərlə qatmağa məcburdur.
Hikmət Hacızadə demiş, həqiqəti danışa bilmirsizsə heç olmasa susun!
Emil Bağırov
Kultura.Az