post-title

Avropanın “yaxşı”sı çoxdu yoxsa “pis”i

Ölkəmizdə Avropa dəyərlərinə 2 baxış var: Obıvatel düşüncəsi olan “Qərbin yaxşı tərəflərini götürmək” və ta Axundovdan gələn Azərbaycan ədəbi düşüncəsinin Avropanı bütünüylə qəbul etmək fikri. Hər iki tərəf də öz doğruluna inanır və qarşısındakına güzəştə getmir.

 

Birincilər Qərbin ancaq texniki nailiyyətlərini götürməklə kifayətlənirlər. Yəni komputerləşək, texnikada onlarla bərabər olaq, ancaq ənənələrimizə sadiq qalaq. Yəni “Avropanın yaxşılarını” götürək. Bu “yaxşılar”ın arasına isə insan hüquqları deyilən məfhum da çox vaxt girmir. Bunu “imperialist” Qərbin dünyanın digər qismini idarə etmək üçün vasitə sayırlar. “Demokratiya elə dinimizdə var da, bizim mentalitetimiz onlarınkından qat-qat artıqdı, bizdə filan filan şeylər olanda Avropadakılar vəhşi kimi yaşayırdılar” düşüncəsi “Avropanın yaxşı” tərəflərini məhdudlaşdırır. İphondan istifadə edib orta əsrlərə aid əfsanələrlə beyinləri yumaq, ən son model maşında gəzib elə o maşını ixtira edən xalqı əxlaqsızlıqda ittiham etmək normal sayılır. Mercedes sürən azərbaycanlı düşünür ki alman qızları kiminlə gəldi yatır, kişiləri mavidi, donuz əti yeyirlər və onlar mundardı. “Avropanın pis tərəfləri” obıvatellərə görə inkişaf etmiş ölkələdəki insanları həyat tərzləridi. Heç vaxt bizim məişətimizə girməməlidi və s.
 
İkincilər isə maləsəf qərb dəyərləri deyəndə sancaq sek azadlığı deyə cəmiyyətə mesaj ötürürlər. Yəni qadınlar qarşılarına çıxan bütün kişilərlə yatmasa, mavilər hər addım başı qarşımızı çıxmasa (özü də mavi olduqlarını hər addımda bildirməklə) biz avropalı ola bilmərik. Avropanın bəşəriyyətə bəxş etdiyi digər daha mühim insan haqqlarının isə yuxarıdakılar həyata keçməsə mümkün ola bilməyəcəyini deyirlər. Lakin bunları deyənlər çox vaxt da ifadə etdiklərini şəxsi həyatda göstərə bilməyən və ya gizli mühavizəkar olanlardı.
 
Azərbaycanlıların zibili zibilqabına ata bilməməklərini xüsui faciəyə çevirən xüsusi qlamur təbəqə də var. Onlara görə insanların dəyişməsi öz əllərindədi. Siyasi sistemlər bu məsələyə az təsir edir. Rüşvət korrupsiya baş alıb gedirsə bu fərdlərin günahıdı. Ümumilikdə göbelətürdükdə isə xalq günahkardı, daha doğrusu xalq keyfiyyətsizdi və bu səbəbdən də belə də gəlib gedəcək (Obıvatellərin düşüncələrindən fərqlənmədiyi görürsünüz yəqin).
 
Birincilərin düşüncələrini dəyişmək çox çətindi və deyərdim ki hətta mümkünsüzdü də. Məncə bundan çıxış yolu “Avropanın yaxşı”larının sırasını genişləndirməkdi. Mənim təklifim belədi: Ay millət, “Avropanın yaxşı” tərəflərinə ancaq onun texniki uğurları yox həm də insan hüquqları daxildi. Hansılar ki onlarsız həyat yoxdu. İnsan kimi yaşamaq istəyiriksə haqqımızı bilməliyik, kimlərinsə hansısa dəyərlərdən istifadə edib bizi sömürməsinə şərait yaratmaq olmaz. İnsan azad məxluqdu və bu azadlığı qazanmaq lazımdı. Azad oldudan sonra biz də dünyanın sözü keçən üzvü ola bilərik. Əks təqdirdə ot gəlib saman gedəcəyik. Dünyanın sivil tərəfi uzaqbaşı bizə eqzotika kimi baxacaq. Bizi idarə edənlərdən istədiklərini alandan sonra heç kimin umurunda da olmayacağıq. Qərbin bizə müstəmləkə kimi baxmaması üçün elə qərbli olmalıyıq.
 
Seksi və cinsi azadlıqlarsız keçinə bilməyənlər isə bizdəki mavilərlər Qərbdəkilərin tamam fərqli olduğunu deyə bilərik. Bizdəkilər rəsmən fahişədi, oradakılar isə öz həyatı olan fərdlər. Qərbdə mavilərin öz məkanları var və sənin həyat tərzinə müdaxlə edə bilməzlər (necəki sən onların). Avropada ekrandan evlərə fahişəliyin karyerada irəliləyiş üçün yeganə vasitə olduğu təbliğ edilmir. Tək tük istisna olmaqla müğənni civilərimizin fahişəlik etməklə efir, avtomabil, mənzil sahibi olduğunu bilməyən yoxdu və insanlarımız da elə bilir ki bu müasir dəyərlər sistemidi. Bu sistemin mənbəyi hesab olunan Qərbdə vəziyyət daha acınacaqlıdı. Lakin real durumun tamm başqa olduğunu çatdırmaq lazımdı.
 
Savunduğu liberal dəyərlərdə daha səmimi olan Əli Novruzov Almaniya səfərindən sonra heyrətamiz şəkildə almanların uşaqlarına necə tərbiyə verdiklərini və bunun yanında aAzərbaycan ailəsinin uşaqlarına demək olar ki heç bir tərbiyə vermədiyini danışmışdı. Görürsünüzmü Avropanın nə qədər “yaxşı”ları var.
 
P.S. Fikrimin canı odur ki obıvatellərə güzəştə getmək lazımdı. Bu taktiki geri çəkilmə deyil. Demək lazımdı ki hə, biz də “Avropanın yaxşı”larını götürməyəliyik, amma bu “yaxşı”ların içini doldurmaq da bizə düşür.
 
Rəşad Babalı

 

Yuxarı