Sidikli çay və pivə satanlar
Həmin vaxt 2 nəfər tanışımla birgə “Otto”ya getmişdim…
Mentalitet. Nədi axı bu mentalitet? Məncə bu haqqda çoxda baş yormağa dəyməz.
O qədər də önəmli bir qavram deyil. Mən tərif verən deyiləm. İllərdi hamı öz quş beyniylə mentallıq barədə yazır, pozur və ağzına gələni danışır. Milli mənəvi dəyərlər yoxsa milli mənəvi verənlər? Bax bu sual altındadı...
Şəxsən mən belə düşünürəm ki, bir cəmiyyəti sərt şəkildə sarsıdan ən əsas ünsür, mentalitetin intellektdən uzaq düşməsdir. Baxın. Bizim mentallıq dediyimiz milli mənəvi dəyərlərin 50%-dən çoxunu islam dini təməlləri təşkil edir.
Mən mentallığa qarşı deyiləm. Mən mentallığın kor koranə, savadsız, pəjmurdə idarə və icrasına qarşıyam.
Bir misal çəkəcəm. İslam ölkələrində və şərqdə bir qızın bakirəliyinin qorunması vacib və həlledici məqam sayılmaqdadır. Ərə gedənə qədər bakirəliyi toxunulmazdır. Yəni lap oğlanla yatmasa belə, xiyar salıb özünü açması da təhlükəlidir. Sonra gələcək ərinə sübut etməsi çətindiləşəcək və fahişə damğası vurulacaq.
Mövzudan yayınmaq istəmirəm. Statistik bir məlumatı nəzərinizə çatdırıb keçirəm dərhal mövzuya.
Demək 1995-2010 illər arası bütün dünya üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, ən çox anal, oral seks islam və şərq ölkələrində aşırı dərəcədə yayılmaqdadır. Sizi əmin edim ki, bu əsrlərdi belədi.
Lakin alimlər təzə təzə ağıl ediblər bunu araşdırmağa. İndi mən bunun səbəbini deyim. Deməli islam və şərqdə qızların bakirəliyi xususi önəm daşıdığına görə, qızlar da öz yanğılarını çıxarmaları üçün arxadan ya da ağızla münasibəti seçirlər. Axı islam və mentallıq bakirəliyin pozulmasını qadağan edir. Buna mən gizli fahişəlik deyərdim. Elə ən qorxulusu da budur. Necə deyərlər probu üstündədi, lakin bədəninin elə bir nöqtəsi yoxdurki sperma ilə sulanmasın.
Nəticə etibarilə bu qız uşağıdır və onu alan oğlan üçün o qız mentalitetə bağlı əsl məsləhətli qızdı. Hərhalda anus yoxlamaq üçün tibbi avadanlıq icad olunmayıb nədəki dişin dibində sperm ilişib qalmır. Yəni bakirəliyini qoruyaraq öz kefindən qalmayan ölkələr islam və şərq ölkələridir.
Niyə axı? Niyə də..ʔ
Bu haqqda biraz düşünün. Şəxsən mənə görə səmimi bakirə olmayan qız, misal çəkdiyim bakirədən olduqca üstündü. Əlbəttə bunu hər kəsə şamil eləmək olmaz. Doğulduqları gündən ölənə kimi öz mənliklərini qoruyub saxlayan qızlarımız da çoxdur. Lakin mövzumuz xoşagəlməz həqiqətlərdi.
P.S. Bakirəlik indi dəbdə deyil. Arxanıza yazığınız gəlsin.
Albay Əfəndi
Kultura.Az