Tapdaqıstan. Laplandiya
Quruca adı var – “prezident”. ”Prez…
Malidəki Ənsar əd-Din terror təşkilatı və Tuareq tayfasından olan separatçılar UNESCO tərəfindən qorunan memarlıq abidəsini dağıtdılar.
Terror təşkilatının dağıtdığı bu məqbərələrin orta əsrlərdə yaşamış 3 sufi müqəddəsinə (Seyid Elmety, Mahaman Elmety və Şeyx Seyid Ömər) aid olduğu bildirilir.
Ənsar əd-Din təşkilatı və Tuareq üsyançılar bu ilin aprel ayından Malinin Timbuktu şəhərinə nəzarəti ələ keçirərək, orada şəriət dövlətini yaratdıqlarını elan ediblər.
Onların dediklərinə görə islamda məqbərənin necə olması və ölçüləri dəqiq göstərilib. Bu məqbərələr isə islam qanunlarına uyğun deyil.
Qeyd edək ki, 2001-ci ildə də oxşar hərəkəti Əfqanıstandakı Taliban hərəkatı sərgiləmişdi. Onlar da Bamiyandakı məşhur budda heykəllərini dinamitlə partlatmışdılar.
Kultura.Az