post-title

Seksin 5-ci dəqiqəsi

Bu yazıda ifadə tərzimə, yazıda istifadə olunan sözlərə heç bir məhdudiyyət qoymayacağam. Bəlkə də müəyyən yerlərdə fikir səhvinə yol verərəm. Ancaq beynimdə olan və bu mövzu ilə əlaqəsi olan fikirləri köçürdəcəyəm bura.

 

 

Mövzumuz yenə gənclikdir. Qocalardan heç vaxt yazmaq istəmirəm. Getsinlər öz işlərinin dalınca. Mane olmasınlar bizə yetər. Nə onların həyat təcrübəsi (hansıkı sürünüb çoxu və həyatın nə olduğunu bilmir), nə də özlərinin olmayan fikirləri bizi maraqlandırmamalıdır. Özümüz daha ağıllıyıq. Biz də qocalanda bizim fikilərimiz gənclərin vecinə olmamalıdır.

Bəs bugünki gənclik? O nə işlə məşğuldur? Hə, gəlin bunu biraz dartışaq.

Statistikaya ehtiyac yoxdur. Amma qısaca qeyd edim ki, bu ölkədəki gəncliyin 90 faizinin gənclik filan vecinə deyil. Onlar əksinə, tez qocalmaq istəyirlər, “müdrik” olmaq istəyirlər, özləri – özləri ilə tək qalanda qoxurlar, çünki nə qədər əclaf olduqlarını anlayırlar,  məhəllənin tinində durub dostları ilə siqaret çəkə - çəkə söyüşürlər, məhləyə bir qaqaş 2 dəfədən çox girəndə isə camaatın anası – bacısı var deyib özlərini ifadə etməyə çalışırlar.

Digər 10 faizin yarısı rahat karyera qumaq üçün tələbəlik illərinin ilk illərindən yaltaqlanmağa, rüşvət verməyə və ya oğlanlar atasının taxta biznesi olan qız, qızlar isə atası korrupsioner olan oğlan axtarırlar evlənməyə. Onlar az - çox düşünür, ancaq düşüncələrini ifad edə bilmir. Məsələn: Bütün günü şəhidlərdən danışırlar. Ancaq atası Qarabağ uğrunda savaşanların, şəhid övladlarının polis və ya məmur  tərəfindən alçaldılmasına heç bir reaksiya verə bilmirlər, qorxurlar, cəsarətləri çatmır rahat olmağa.

Gələk digər hissəyə. Bizim ictimai, siyasi sektor adlandığımız toplumda cəmlənənlər. Təqribən 2 il əvvəl səhv eləmirəmsə Araz Önər “Siyasi mastrubasiya” ifadəsini işlətmişdi. Düzü ifadə çox xoşuma gəlmişdi. Bu gün də bu mastrubasiya hiss olunur.

İctimai sektora yeni gələn (bütün dövrlər üçün yeni) gəncliyin hissləri bəlkə də daha səmimidir, ancaq bu hisslərdən doğan hərəkətləri ancaq belə izah etmək olar.

Yəqin çoxlarınızda belə bir hal olub: Hansısa bir əks cinsin nümayəndəsi ilə tanış olmusunuz, hər şey istədiyiniz kimi davam edir. Bir neçə saat və ya 1 gün sonra həmin insanla sekslə məşğul olursunuz. Yeni partnyorun çılğınlığı sizə valeh edir, öpüşürsünüz, sonra əl və dodaq hərəkətləriniz sürətlənməyə başlayır. Bir əlinizlə onun başının arxa tərəfindən yapışmısız, digər əlinizlə paltarınızı soyunursuz. Seksual ehtirasınız pik nöqtəyə çatıb. 1,2,3,4 dəqiqə artıq arxada qalıb. Bu an həmin yeni tanış olduğunuz və hələ tanımaığınız insanla daha çılğın sekslə məşğul olmaq üçün ona 1 saniyə içində “səni sevirəm” demək istəyirsiz. Ancaq dodaqlarınızı ondan  ayırmaq istəmirsiz, davam edirsiz. Yatağa uzanırsız, artıq hər iki əliniz onun bədənində gəzişir. Sürət artır. Qulağınıza gələn ehtiras səsləri artıq o an üçün hər şey deməkdir. 20-25 dəqiqəlik seksdən sonra ilk boşalmanız olur. Arxası üstə yataqda uzanırsız, ilk ağlınızdan keçən fikir çox vaxt bu olur: “Yaxşı ki, ona səni sevirəm demədim...” və bir neçə dəqiqədən sonra daha strategiyalı olan ikinci raund başlayır.

Gəncliyin seksdəki durumu ictimai – siyasi həyatda da eynidir. Proseslə yeni tanışlıqdır, onu daha da alovlandırmaq, çılğın etmək istəyirlər. 2-ci ayda durub bərkdən haqq ədalət naminə nəsə qışqırmaq istəyirlər. Sonra isə boşalırlar və çəkilirlər bir kənara. Bax buna siyasi mastrubasiya deyilir.

Oturub analizlər edirlər. Doğru və ya yalnış, daha qətiyyərli qərarlar verirlər. Bu isə illərin gənc “siyasətçi”lərində qıcıq yaradır. Təhlükə görürlər o gəncdə və təkidlə tələb edirlər: “Bəy, ortaya bir mövqe qoyun. Bura sizin üçün oyun meydançası deyil!!!”. Artıq mövqe qoymağa məcbursan. Əks halda satqın adlanmağına 3 addım qalıb. Ancaq bir məsələ də var. Mövqe qoyduğun halda belə 90 faiz satqın çıxacaqsan. Bunu sənin üzünə belə tezliklə deməyəcklər. Gözləyəcəklər. Əgər sən düşünüb, dartışıb nə İlham Əliyev hakimiyyətini nə də hazırkı müxalifəti bəyənməmək qənaətinə gəlsən, yəqin ki, hansısa statusunda və ya şərhində həmin siyasi müxalifət liderini də 10 dəfə İlham Əliyevi tənqid etdiyin cəsarətlə tənqid edəcəksən. Ancaq bunu etdiyin an sən “öldün”. Sağ qalsan dahisən. Müxtəlif istiqamətlərdən üstüvə vahid məqsədlə hücumlar başlayacaq. Seymur Baycanın bir müddət əvvəl yazısındakı təriqət və fan – klub üzvləri liderləri tənqid olunub deyə mütləq səni satqın “çıxardacaq”lar.

Burada isə hadisələr seksdən biraz fərqlənəcək. Seksdə ikinci raund daha uzun çəkdiyi halda, burada çox vaxt tez bitir. Sən bezirsən və çəkilirsən kənara və biz beləliklə məhv olmağa doğru növbəti addımı atırıq...

Pərviz Əzimov

Dalğa Gənclər Hərəkat

Yuxarı