post-title

Joze Saramaqo: Dəftərlər (Çörək)

Kultura.az saytı söz verdiyi kimi oxuculara Joze Saramaqonun \"Dəftərlər\" adlı kitabından seçmələri təqdim edir. Kitabdan növbəti \"Çörək\" adlı hissəni təqdim edirik.

 

Çox hörmətli Badalona prokuroru Vikot Hüqonun Səfillər əsərini oxuyubmu, yoxsa insanlığın qanunlardan öyərnildiyini düşünən qismə aiddir? Sual ritorikdir təbii ki, və əgər bunu soruşuramsa, mövzuya girişi asanlaşdırmaq üçündür. Beləcə, aydın oxucu artıq indidən o prokurorun tam ədalətlə, Viktor Hüqonun kitaba yerləşdirdiyi fiqurlardan birinin, ictimai prokuror olacağını bildi. Hekayənin qəhramanı Jan Valjan (bu adı eşitmisiniz, hörmətli prokuror?) bir çörək oğurlamaqda ittiham olunmuşdu (ki doğurdan çörəyi oğurlamışdı), dəfələrlə qaçmağa cəhd etməsindən qaynaqlanan, ki kimiləri digərlərindən daha uğurlu olub, ard-arda məhkumiyyətlərdən dolayı bu cinayət demək olar ömrü boyunca həbs olunmasına səbəb olmuşdu. Jan Valjanın həbs olunan insanın canında daşıdığı bir xəstəliyi vardı, azadlıq yanğısı. Kitab çox böyükdür, bu, səhifələri həddən artıq çox olduğu deyilənlərdəndir və şübhəsiz ki artıq, ehtimal ki, oxuma yaşında olmayan hörmətli prokurora maraqlı gəlməyəcək: Səfillər gənc olarkən oxunmalı bir kitabdır, sonra siniklik gəlir və səfalətlə, Jan Valjanın bəxtsizlikləri ilə maraqlanacaq səbrə sahib olanların sayı azalır. Hər şeyə rəğmən, bəlkə də mən səhv edirəm: Bəlkə də, hörmətli prokuror Səfilləri oxuyub...Əgər belədirsə, bir sual verməmə icəzə verin: Bandalonda bir “dişlək çörək” oğurlamağa cəhd edən, ki cəhd edən deyirəm, çünki yarısını götürə bilmişdi, bir dilənçi üçün bir il yarım həbs cəzasını hansı cəsarətlə tələb edirsiz (əgər feil siz həddən artıq sərt görünürsə, eyni mənalı başqa bir feili yerinə qoya bilərsiz)? Bunu necə etdiniz? Görəsən, bir beyin yerinə, başınızın içində daşına bilən tək şey olaraq qanunmu var? Günlərin birində sizin tipdə biri ilə qarşı-qarşıya gələrəmsə, müdafiəmi hazırlamağa hazır olum deyə, bunu mənə bir izah etdin, xahiş edirəm.

 

Tərcümə: Emin Aslan
Kultura.az

 

Yuxarı