Ayaz Qəmbərlinin əsəri ABŞ-da ifa olunacaq

Музыка

 
Burada müəllifin "Elementlərin müqaviməti" (piano trio) adlı əsəri ensemble mise-en'in musiqiçiləri tərəfindən ifa ediləcək.
 
2016-cı ildə bu festivalın seçimlərinə ümumilikdə 792 bəstəkar qatılıb. Onların arasından  isə yalnız 31 bəstəkar festivala dəvət alıb.
 
Festival 22-25 iyun 2016-cı il tarixdə, New York şəhərində keçiriləcək.
 
Kultura.Az xatırladır ki, "Elementlərin müqaviməti" 2014-cü ildə, Avstriyanın Qraz şəhərində keçirilən 9-cu "Franz Schubert and Modern Music" Müasir Musiqi Müsabiqəsində 51 ölkədən qatılmış 185 bəstəkar arasından seçilərək birinci yeri qazanmışdı.
 
Kultura.Az
 


 
Kultura.az | Developed by Samir Yahyazade