post-title

Bir uzunmetrajlı film qədər vaxtınızı alacaq on qısa animasiya filmi

Nə qədər böyüsək də istənilən yaşda həvəslə cizgi film izləyirik. Üstəlik, yeni texnologiyadan istifadə olunaraq hazırlanan animasiyalar bəzən gerçək aktyorların oynadığı filmlərdən daha uğurlu olur və ya bir neçə dəqiqə içində insanda uzunmetrajlı filmin təsirini yara bilir. Uğurlu və təsirli hesab etdiyim animasiyalardan ibarət bir onluq hazırladım. Qeyd edim ki, sıralama şərtidir və əksər filmlərlə danışıq yoxdur. Danışıq olanları isə türk dilində altyazı ilə izləyə bilərsiniz:

 
 
1. Father and Daughter (Ata və Qız)
 
2000-ci ildə Oskara layiq görülmüş bu animasiya hollandiyalı rejissor MichaëL Dudok de Wit tərəfindən çəkilib. Filmdə bir ata qızı ilə vidalaşır və gedir. Holland mənzərələri mövsümdən-mövsümə keçərkən, qız da öz həyatının fəsillərini yaşayır. Gənc qadın olur, ailə qurur, yaşlanır amma hər zaman içində atasına qarşı dərin bir həsrət duyur. 
 
https://www.youtube.com/watch?v=I9JfkSUaorM
 
2. Harvie Krumpet 
 
Mary və Max-ın rejissoru Adam Elliotun diqqətləri ilk çəkdiyi, 2003-cü ildə Oskar aldığı qısa animasiya. 
 
Polşada doğulub, uşaqlıqda başına gələn faciədən sonra Avstraliyaya köçən və boynuna asdığı kitabçaya hər zaman qeydlər edən Harvinin qəribə hekayəsinə kədərlənərkən,  eyni zamanda filmdəki maraqlı yumor sizi güldürəcəkdir. 
 
https://www.youtube.com/watch?v=nOTeu14uFJA
 
3. La Maison en Petits Cubes (Kiçik kublardan ibarət ev)
 
Oskar qazanmış növbəti qısa animasiya. 2008-ci ildə yaponiyalı animator Kunio Katōnun çəkdiyi bu qısa filmdə su basqının qarşısını almaq üçün evinə kərpiçlər əlavə edən bir qocanın xatirələrindən bəhs edir.
 
https://www.youtube.com/watch?v=dEITJA9aSlg
 
4. Alma (Ruh)
 
2007-ci ildə Rodrigo Blaas tərəfindən çəkilən, Barselona küçələrində yaşanan gözəl duyğusal bir animasiya. Qeyd edim ki, “alma” ispanca “ruh” deməkdir.
 
https://www.youtube.com/watch?v=irbFBgI0jhM
 
5. Benigni (Mərhəmətli)
 
Jasmiini Ottelin, Pinja Partanen və Elli Vuorinen tərəfindən çəkilən bu qısa animasiyada yalnızlıqdan bəhs edilir. İnsan yalnız olanda içində bir nəfər daha doğulurmuş. Film bizə bunu anladır. 
 
https://www.youtube.com/watch?v=sl8M6QGnVEo
 
6. Skhizein (Şezofreniya)
 
Özündən 91 sm uzaqda yaşayan birinin hekayəsi.  Filmin rejissoru Jeremy Clapinin ilk işi olsa da, istər vizuallıq, istərsə də duyğu baxımından orjinal və uğurlu bir animasiyadır. Hüzünlü bir xarakter və xoş musiqinin müşayiəti ilə şezofreniyanı olduqca təsirli anladan bir hekayə. 
 
https://www.youtube.com/watch?v=rx79mTlVjWg
 
7. Destiny (Tale)
 
Bu qısa animasiyada isə insanların öz gələcəklərini (talelərini) dəyişdirə bilib-bilməyəcəklərindən  bəhs olunur. 
 
https://www.youtube.com/watch?v=wEKLEeY_WeQ
 
8. El Empleo (Məşğulluq)
 
Kapitalizmi təndiq edən, 102 mükafat almış möhtəşəm bir animasiya. 
 
https://www.youtube.com/watch?v=cxUuU1jwMgM
 
9. Zero (Sıfır)
 
Zeronun yaşadığı cəmiyyətdə hər kəsin statusuna görə bir nömrəsi var. Təbii ki, qəhrəmanımızın nömrəsi də, “zero” yəni sıfırdır. Ayrıseçkilik haqda olan bu sevgi hekayəsi bir çox mükafata layiq görülüb. 
 
https://www.youtube.com/watch?v=RvZDoECu53Q
 
10. French Roast (Fransız kofesi)
 
Parisdə bir kafedə yaşanan hekayə. Sosial mesajlarla dolu bu animasiya 2009-cu ildə Oskara namizəd görülüb. 
 
https://www.youtube.com/watch?v=eboANSeXEiU#t=46
 
Nuranə Bəşirzadə
 
Kultura.az
Yuxarı